
| # | Komanda | O | Q | H | M | T-F | X |
| 1 | Neftçi | 18 | 12 | 1 | 5 | 37-16 | 37 |
| 2 | İnter | 18 | 10 | 6 | 2 | 17-9 | 36 |
| 3 | Xəzər L. | 18 | 10 | 5 | 3 | 27-17 | 35 |
| 4 | Qarabağ | 18 | 8 | 5 | 5 | 20-14 | 29 |
| 5 | Bakı | 18 | 8 | 5 | 5 | 23-16 | 29 |
| 6 | Qəbələ | 18 | 7 | 5 | 6 | 18-19 | 26 |
| 7 | AZAL | 18 | 6 | 5 | 7 | 26-28 | 23 |
| 8 | Rəvan | 18 | 5 | 7 | 6 | 21-22 | 22 |
| 9 | Simurq | 18 | 5 | 4 | 9 | 18-27 | 19 |
| 10 | Kəpəz | 18 | 4 | 4 | 10 | 21-34 | 16 |
| 11 | Sumqayıt Ş. | 18 | 4 | 3 | 11 | 13-23 | 15 |
| 12 | Turan | 18 | 3 | 2 | 13 | 10-26 | 11 |
| # | Oyunçu | Komanda | Q |
| 1 | Bahodir Nasimov | Neftçi | 11 |
| 2 | Robertas Poşkus | Simurq | 8 |
| 3 | Tales Şütz | AZAL | 8 |
| 4 | Flavio Aleks Valensio | Neftçi | 7 |
| 5 | Uinston Parks | Bakı | 6 |
| 6 | Luiz Paulo Hilario | Qəbələ | 6 |
"Mən öz istəyimlə vəzifədən getmişəm və bir də geri qayıtmaram"
FutbolPress: "Fırtına" fanklubu "Böyük oyun"dan sonra etirazlar silsiləsində "Xəzər Lənkərana"ın rəhbərliyinə də münasibətini açqıladı. Fanklubun saytında polislərə, KİV-ə, stadion rəhbərliyinə ünvanlanan etiraz bəyanatlarının ardınca birbaşa klub rəhbərliyinə yönəlik etiraz bəyanatı birmənalı reaksiya vermədi. Dərhal "Xəzər Lənkəran" rəhbərliyi bu etiraza adekvat göstərdi. Vitse-prezident köməkçisi Tuyqun Nadirov "Fırtına"ya sərt şəkildə cavab verərək, fanklubda bəzi qüvvələr vəzifəyə gəlmək üçün aranı qarışdırırlar"- deyə, onların etirazına cavab vermişdi.
Daha sonra hadisələr süni "qığılcımlanmaya" məruz qaldı. Rəhbərliyə etirazlardan sonra "Fırtına"nın rəsmi saytında məşqçilər korpusuna- başda Ağasəlim Mircavadova ittiham dolu etiraz bəyanatı ünvanlandı. Bu dəfə də klub rəhbərliyi fankluba sərt şəkildə cavab verdi və onları qərəzli mövqe tutmaqda ittiham etdi.
Bu arada, mətbuat məsələni balanslı şəkildə araşdırmaqda sanki maraqlı görünmürdü. Məşqçilər korpusuna etirazdan sonra KİV-də tədricən bəzi "işartılar" görünməyə başladı. Məsələn, "Fırtına" rəhbərliyə etiraz bəyanatı verərkən, bəzi KİV-də bildirildi ki, burda fanklub, etirazında vəzifəyə gəlmək məqsədi güdür, hətta konkret adlar da çəkilmişdi: "Bu qalmaqala səbəbkar olanlar Araz Nəsirov və Rəvan Bəşirovdu".
FutbolPress.az saytı bu qalmaqalda klubun mövqeyini işqılandırmışdı. Lakin etiraz bəyanatında məqsəd güdən tərəfin adı çəkilən şəxslərin nə dərəcədə əlaqəli olub-olmamağını da araşdırmaq gərək idi. Örtən il təxminən 4 ay "Xəzər Lənkəarn"ın vitse-prezidenti vəzifəsini yerinə yetirən, hazırda isə "Palmali"nin İstanbul ofisində çalışan Araz Nəsirovla əlaqə saxlayıb məsələyə aydınlıq gətirməyə çalışdıq. Nəsirov bunları dedi: "Fırtına"nın mövqeyi Araz Nəsirovun mövqeyi deyil.
"Fırtına" bütün Xəzər Lənkəran" azarkeşlərinin səsidi. Əgər etiraz edilirsə, burda qərəz axtarmağa dəyməz, yaxşı olar ki, etirazın səbəbi öyrənilsin, klubla onun fanatı arasında interaktivlik yaradılsın".
- Klub rəhbərliyi fanklubu komkret azarkeşlik etməyə səsləmişdi. Onlar konkret ad çəkməsələr də bəzi KİV-də bildirilir ki, bu gərginlikdə sizin də rolunuz var...
- Bütün məsələlərdən xəbərimiz var, əgər düşünülürsə ki, Araz Nəsirov vəzifəyə gəlmək məqsdəi güdür, bu, kökündən yalnış ehtimaldı. Mən bir vəzifədən özüm getmişəmsə, deməli, həmin yerə bir də geri qayıtmaram. Heç bir narahatçılığa ehtiyac yoxdu. Bir də deyirəm, "Fırtına" bütün azarkeşlərin səsidi, hansısa fərdlərin yox.
- Onda niyə belə gərginlik yaranır?
- Əgər hardasa etiraz səsi varsa, orda mütləq gərginlik olmalıdı. Burda başqa motiv axtarmağa ehtiyac yoxdu. Onsuz da "Xəzər Lənkəran"ı düşünənlər onun adına vicdanla çalışacaq. Məqsəd o deyil, mütləq vəzifədə olasan, əsas odu ki, sevgini əsirgəməyəsən.
- İstanbuldan klub-fanat gərginliyinə münasibət necədi?
- Burda hər gün proseslər analiz olunur. Heç kəs istəməz ki, can yandırdığı bir işdə ümidləri puç olsun. Hamı işin yaxşı tərəfini düşünür. Biz də fərd kimi buna çalışırıq.