1
2
3
4
5
6
7
8
9
10
11
P.S.
BEYNƏLXALQ SIĞORTA ŞİRKƏTİ "SİMURQ"DAN NİYƏ İMTİNA EDİB?
Turnir cədvəli
# Komanda O Q H M T-F X
1 İnter 20 7 8 5 22-19 29
2 Bakı 20 7 7 6 19-15 28
3 Qarabağ 20 6 9 5 16-18 27
4 Xəzər L. 20 6 9 5 19-14 27
5 Neftçi 20 4 11 5 11-12 23
6 Qəbələ 20 4 8 8 18-27 20
7 Olimpik Ş. 20 10 6 4 27-15 36
8 Simurq 20 8 7 5 21-21 31
9 Turan 20 7 8 5 27-22 29
10 Muğan 20 7 6 7 17-16 27
11 Standard 20 7 4 9 26-23 25
12 Karvan 20 2 7 11 14-34 13
Bombardirlər
# Oyunçu Komanda Q
1 Fərid Quliyev Standard 16
2 Anatoli Doroş Olimpik-Ş. 12
3 Robertas Poşkus İnter 12
4 Adrean Neaqa Neftçi 11
5 Jaba Bakı 10
Arxiv
Həftənin xəbər hiti
Araşdırma
P.S. MƏTBUAT AZAD MÜTƏLLİMOVU XAQANİ MƏMMƏDOVUN "CAYNAĞINDAN" ALDI
P.S. MƏTBUAT AZAD MÜTƏLLİMOVU XAQANİ MƏMMƏDOVUN "CAYNAĞINDAN" ALDI
12.11.2009 14:27

FutbolPress: Srağagün redaksiyamıza daxil olan məlumatda deyilirdi ki, Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov növbəti hakimin- Azad Mütəllimovun karyerasına son qoyacaq. Səbəb kimi isə Mütəllimovun Premyer Liqanın X turunun "Bakı"-"Karvan" oyununda qonaq komandanın lehinə iki dəfə real penalı qərəzli şəkildə təyin etməməsi göstərilirdi.

Məsələni araşdırmağa çalışdıq, amma yayılan xəbərə aydınlıq gətirməli olan HK sədri növbəti dəfə mətbuatdan "gizləndi".
Portalların birində xəbər bu cür təqdim olundu: "Xaqani Məmmədov oyun bitəndən sonra PFL-in prezidenti Ramin Musayevə zəng edərək Azad Mütəllimovu hakimlikdən kənarlaşdıracağını, ondan bu qərarı barədə məsləhət verməyi istəyib".

Məsələnin bu dərəcədə absurd, biabırçı şəkil almasını sadəcə, müşahidə etmək məcburiyyətində idik, çünki xəbərə rəsmi münasibət bildirməli olan şəxslər müxtəlif bəhanələrlə suallardan yayınırdılar. Nəhayət, Ramin Musayev suallarımıza cavab verməyə razı oldu. Musayev HK sədrinin ona zəng etmədiyini, ümumiyyətlə, HK-nın müstəqil qərar verməli olduğunu dedi və əlavə etdi ki, sözügedən oyunu izləyib, hakimlikdən qərəzli qərarlar olmadığı zənn edir.

Bundan sonra yenidən Xaqani Məmmədova müraciət etdik. Məmmədov növbəti dəfə nümayiş etdirdi ki, sualların qarşısından qaçmağı hakimlikdən və sədrlikdən daha yaxşı bacarır.
Məsələni bu cür axarına buraxmamağı qərara aldıq. Hadisələrdən kifayət qədər məlumatlı olan mənbədən vəziyyəti öyrənə bildik. Mənbə bildirdi ki, bir neçə idman KİV-nin bu məsələni yekdil şəkildə qabartması HK sədrini təşvişə salıb. Xüsusən, Musayevin saytımıza verdiyi açıqlamadan sonra Məmmədov tamamilə bu məqsədindən əl şəkməli olub. Amma planda qəti şəkildə Mütəllimovun karyerasına son qoymaq məqsədi həqiqətən, varmış: "Əgər Ramin Musayev deməsəydi ki, mən həmin oyunda qərəzli hakimlik görmədim, Xaqani Məmmdov dərhal əməlini gerçəkləşdirəcəkdi".

Bəli, bu dəfə HK sədrinin bir hakimin səhvləri araşdırılmadan, aktlaşdırılmadan və kollegial müzakirəyə qoyulmadan onun karyerasına "məqsədyönlü şəkildə" son qoymaq iştahasını mətbuat və Ramin Musayev pozdu- Musayevin bu problemə təsir etməsi nə qədər absurd olsa belə...

Ümumiyyətlə, Xaqani Məmmədovun hakimləri belə sürətlə "qaralamaq" arzusunun səbəbini bilmək maraqlı olardı. Eşitdiyimiz son məlumatlara görə Məmmədovun hədəfində növbəti FİFA referisi Fariz Yusifovdu. Niyə? Nəyə görə bu hakimlərin bu şəkildə birbaşa karyerasına xətm vermək niyyəti var? Bunu araşdırıb, təfsilatını yaxın günlərdə oxucularımıza çatdıracağıq.

126 dəfə oxunub Share/Save/Bookmark
Şərh yaz:
Ad/Soyad:

E-mail:

Şərhiniz:




Əlavə edilən şərhlər Azərbaycan Respublikası qanunlarına və etikaya zidd olarsa, administrator tərəfindən redaktə edilə və ya silinə bilər.
 
Yazarlar
Maradona üçün - vuvuzela
Qismət RÜSTƏMOV
Qismət RÜSTƏMOV
Anti-Vuvuzela
Günay ELTAC
Günay ELTAC
Xəbər-Xronika