1
2
3
4
5
6
7
8
9
10
11
P.S.
MƏMMƏDOVUN "NİSYƏ CAVABLARI"... (YAZI)
ƏSGƏR ABDULLAYEV: NİYƏ BU ADDIMI ATDIQLARINI ANLAMADIM // "Onların hamısını geri qaytaracağam"
Turnir cədvəli
# Komanda O Q H M T-F X
1 Neftçi 18 12 1 5 37-16 37
2 İnter 18 10 6 2 17-9 36
3 Xəzər L. 18 10 5 3 27-17 35
4 Qarabağ 18 8 5 5 20-14 29
5 Bakı 18 8 5 5 23-16 29
6 Qəbələ 18 7 5 6 18-19 26
7 AZAL 18 6 5 7 26-28 23
8 Rəvan 18 5 7 6 21-22 22
9 Simurq 18 5 4 9 18-27 19
10 Kəpəz 18 4 4 10 21-34 16
11 Sumqayıt Ş. 18 4 3 11 13-23 15
12 Turan 18 3 2 13 10-26 11
Bombardirlər
# Oyunçu Komanda Q
1 Bahodir Nasimov Neftçi 11
2 Robertas Poşkus Simurq 8
3 Tales Şütz AZAL 8
4 Flavio Aleks Valensio Neftçi 7
5 Uinston Parks Bakı 6
6 Luiz Paulo Hilario Qəbələ 6
Arxiv
Həftənin xəbər hiti
Dost saytlar

Facebook
Araşdırma
TAHİR SÜLEYMANOVU LƏNKƏRANDA BİABIR EDİBLƏR
TAHİR SÜLEYMANOVU LƏNKƏRANDA BİABIR EDİBLƏR
10.11.2009 08:15

FutbolPress: Məsələn, Azərbaycanda sözün doğru üzündən danışan futbol adamları azdı, az idi, az olacaq... Bunlardan biri Tahirdi, Tahir idi, Tahir olacaq..

Yox, bir qədər nəfəsinizi dərin... Hə, indi deyək: Tahir Süleymanov cənabları sadəcə, qafiyəyə uyğun gəldiyi üçün yuxarıdakı cümlə belə alındı. Əslində, onu tanımayanlara deyək ki, yavaş-yavaş bizə aydınlaşdı: Süleymanov hamı susanda danışır, hamı danışanda susur... Cümlənin gözəllikdə Rəksanəyə oxşamasına aldanmayın, burda qeyri-adi heç nə yoxdu: yəni Tahir müəllim ta ovaxtadək danışır ki, onu vəzifəyə qoyurlar.

Az əvvəl dediyimiz kimi, hamı danışırsa, deməli, Tahir Süleymanov vəzifədədi, həm də deməli, o susur... Niyə? Çünki ətrafda onu danışdıqlarına bənzətməyən jurnalistlərimiz danışmağa başlayır, Tahir müəllim ən yaxşı halda, susmağa məkum olur. Qısası, o susanda bizləri danışmağa vadar edir...

İkinci variantda belə idi: Hamı susanda Tahir danışır(dı)- çünki hamı Tahirin danışdığını dinləyirdi, onun hansı addım atacağını səbrsizliklə gözləyirdik... Onu aydın kimi qiymətləndirdiyimiz dövrlər olub... İndi zaman o zaman deyil...

Deməli, həmin Tahir Süleymanov "Neftçi"nin vitse-prezidenti postuna keçəndən sonra susub.. hamı da hələ ki susur, bu heç, bu öz yerində- məsələ ondadı ki, Süleymanovun yeni vəzifəsində bəzən həddindən artıq alicənab davranışı ona mane olur. Bu da normal bir şeydi: hər şeyin "həddindən artığı" maneçilik törətməlidi də.
Premyer Liqanın X turunda "Xəzər Lənkəran" - "Neftçi" matçı "sülh"lə bitəndən sonra, Tahir müəllimin bu "həddindənartıqlığı" yenidən ona mane olmağa başlayıb. Belə ki, "Böyük oyun"u stadionda izləyən bir azarkeşin bizə verdiyi məlumata görə: "Oyun qurtardı, futbolçular meydançanı tərk etdi, amma bir neçə "Neftçi" futbolçusu hələ stadionu tərk etməmişdi. Tahir Süleymanov meydançada ora-bura qaçıb orda qalan futbolçuları bir yerə yığdı və gəldilər "Neftçi"nin azarkeşləri olan tərəfə. Başladılar Çempionlar Liqasının qalibi olmuş komanda kimi azarkeşlərinə əl-qol sallamağa. Hələ Tahir özünü elə aparırdıBu da bizə pis təsir elədi.  Hələ bəzi uşaqlar onu çox biabırçı şəkildə təhqir etdi. Bu adam özünü elə göstərirdi ki, elə bil, "Neftçi" Lənkəranda fantastik qələbə qazanmışdı". (Bir daha xatırladaq ki, oyunda hesab açılmayıb)

Əziz oxucular, biz hələ diktofonumuza danışan azarkeşin dediklərini ədəbi dil formasına salıb, yazdıq ha. Təsəvvür edin, stadionda Süleymanovun bu mənasız jestindən qəzəblənən fanatların emosiyası hara vurub-çıxıb. Düzdü, deyilənə görə, sonradan Süleymanov futbolçuları yola salaraq tək "Xəzər Lənkəran" azarkeşlərinin olduğu tribunaya tərəf gedib və onları da alqışlayıb. Amma nə edəsən ki, bu alqış da onlara təsir etməyib. Süleymanovun Lənkəran səfərindəki təəssüratları maraqlı olardı- həddindən artıq...

168 dəfə oxunub Share/Save/Bookmark
Şərh yaz:
Ad/Soyad:

E-mail:

Şərhiniz:



Əlavə edilən şərhlər Azərbaycan Respublikası qanunlarına və etikaya zidd olarsa, administrator tərəfindən redaktə edilə və ya silinə bilər.
 
Yazarlar
1588 işarə 
Elçin CƏLİLOV
Elçin CƏLİLOV
Gey Parad və...
Günay ELTAC
Günay ELTAC
"FutbolPress" 2012 
Xəndan ƏLİZADƏ
Xəndan ƏLİZADƏ
"Oxu" meydanı
ANTALYA KAMPINDAN PREVYU (YAZI)
"PERŞƏKARLAR" // Müasir futbolun abırsızlığı. Futbol totalizatoru (IX FƏSİL)
Xəbər-Xronika