
| # | Komanda | O | Q | H | M | T-F | X |
| 1 | Neftçi | 32 | 20 | 3 | 9 | 55-30 | 63 |
| 2 | Xəzər L. | 32 | 17 | 8 | 7 | 44-28 | 59 |
| 3 | İnter | 32 | 16 | 8 | 8 | 29-21 | 56 |
| 4 | Qarabağ | 32 | 15 | 8 | 9 | 37-28 | 53 |
| 5 | Qəbələ | 32 | 15 | 7 | 10 | 43-32 | 52 |
| 6 | Bakı | 32 | 15 | 5 | 12 | 42-36 | 50 |
| 7 | AZAL | 31 | 11 | 8 | 12 | 43-44 | 41 |
| 8 | Rəvan | 31 | 9 | 11 | 11 | 36-37 | 38 |
| 9 | Kəpəz | 31 | 9 | 5 | 17 | 35-54 | 32 |
| 10 | Simurq | 31 | 7 | 10 | 14 | 26-41 | 31 |
| 11 | Turan | 31 | 6 | 7 | 18 | 25-39 | 25 |
| 12 | Sumqayıt | 31 | 6 | 6 | 19 | 25-49 | 24 |
| # | Oyunçu | Komanda | Q |
| 1 | Bahodir Nasimov | Neftçi | 16 |
| 2 | Tales Şütz | AZAL | 10 |
| 3 | Yuri Fomenko | Kəpəz | 10 |
| 4 | Flavinyo | Neftçi | 10 |
| 5 | Zuheyr Benuahi | AZAL | 10 |
Futbolun reqbidən ayrılması və ilk qaydalar
(II Fəsil)
- Tarixdə ilk futbol təşkilatının yaranması
- Futbol assosiasiyası və onun qaydaları
- Əllə oynamaq və əldə top yüyürmək olmaz
- Futbolun və reqbinin ayrılması. Futbol özünəməxsusluq qazanır.
Bu tarixi yadda saxlayın: 26 oktyabr 1863-cü il. Bu, dünyada ilk futbol assosiasiyası olan İngiltərə futbol assosiasiyasının yarandığı gündür.
Gördüyünüz kimi, futbolu mütəşəkkil oyun çərçivəsinə salmaq cəhdləri elə əvvəllər də göstərilmişdi. Belə cəhdlər böyük nəticələr verməmişdi, amma futbolun gələcəkdə daha sürətli inkişafına zəmin hazırlamışdı. Və budur, 1863-cü il oktyabrın 26-da İngiltərənin cənub əyalətlərinin II klubunun nümayəndələri Londonun Qreyt Kuin küçəsində yerləşən "Azad masonlar" meyxanasında görüşürlər.
Bura toplaşanlar futbolu nəinki qızğın məhəbbətlə sevir, həm də onun mümkün olan bütün növlərini oynayırdılar. O zaman onların heç ağıllarına da gəlməzdi ki, inkişafına təkan verdikləri bu oyun gələcəkdə bütün dünyanı fəth edəcək və ümumxalq ehtirasına çevriləcək.
Klubların nümayəndələri arasında biznesmenlər, zabitlər vardı və onlar bur bircə məqsədlə - assosiasiya yaratmaq, onun qanun və qaydalarının ilk məcəlləsini təsdiq etmək məqsədilə yığışmışdılar. Bu adamlar öz qarşılarına ümummilli miqyasda futbolu idarə edə biləcək vahid təşkilat yaratmaq məqsədini qoymuşdular.
Bu ilk əlamətdar iclasa "Kilborn" klubundan olan A.Penber sədrlik edirdi. İclasda E.Morli ("Barns" klubu), tarixi təklif irəli sürdü, Q.Styüard ("Kryuseyders") ona tərəfdar çıxdı. "Mən təklif edirəm ki, bu iclasda təmsil olunan 11 klub futbol assosiasiyası adı altında ittifaq yaratsın".
Maşın hərəkətə gəldi. Bu möhtərəm cənabların ağıllarına gəlməzdi ki, ilk futbol assosiasiyası təşkil etmək və bununla da mütəşəkkil idman aləmində futbolun möhkəm əsasını qoymaq qərarı Yer kürəsinin müxtəlif guşələrində milyonlarla adamın həyatını və asudə vaxtını dəyişəcəkdir.
Futbolun intişar tapmasında çox böyük tarixi rol oynamış bu assosiasiyaya daxil olmaq hüququ verən üzvlük haqqı ildə bir gineyaya (bir funt bir şillinqə) bərabər idi.
İdarəedici orqan olan - futbol assosiasiyasının yaradılması məsələsini həll edəndən sonra klubların nümayəndələri daha çox mübahisə doğuran ikinci məsələyə - oyunun qaydaları haqqındakı məsələyə keçdilər.
1863-cü il noyabrın 10-da Futbol assosiasiyası təssisçi üzvlərinin ikinci iclası oldu. Onların işi axıra çatdırmaq və futbol assosiasiyasını effektiv idarəedici orqana çevirmək cəhdləri təqdirəlayiq idi. Bu iclasda doqquz maddə təsdiq olundu. 9 nömrəli maddə daha çox maraq doğururdu:
"Hər klub öz komandasının fərqləndirici rəngini müəyyən etməli və futbol assosiasiyasının katibi tərəfindən təsdiq olunduqdan sonra seçilmiş geyimə sadiq qalmalıdır".
Bu vaxta qədər futbolçular hansı geyimdə oldu oynayırdılar. Bundan etibarən klubların ümumi forması və fərqləndirici rəngləri qanunlaşdırılırdı.
Oyunun qaydaları ətrafında qızğın mübahisələr oldu. Bəzi məsələlər ən ziddiyyətli fikirlər doğururdu.
Meydanın uzunluğu və eni nə qədər olmalıdır?
Qapının eni və dirəyin hündürlüyü nə qədər olmalıdır?
Qapı çatı üçün nədən istifadə etməli: tirdən, yoxsa lentdən?
Topu qapıya necə vurmaq lazımdır? (ayaqla, əllə, yoxsa reqbidə olduğu kimi topu qapı xəttinin arxasında yerə qoymalı?)
Qapıya top vurulduqdan sonra oyunu necə davam etdirmək:
- Topu meydanın mərkəzindən, yoxsa topun vurduğu yerdən meydana daxil etməkləmi?
- Hərəkətsiz dayanmış topa zərbə endirmək, yoxsa onu mərkəzə tullamaqlamı?
- Hər iki komandadan eyni uzaqlıqda topu mərkəz xətti boyunca diyirlətməkləmi?
Hələ bunlar hamısı deyil. Ən vacib problemlərdən birini həll etmək lazım idi: əllə oynamağa icazə verilsinmi, həmçinin ayağa zərbə endirmək, badalaq vurmaq, oyunçunu tutub saxlamaq, oyunçuya hücum etmək, güc tətbiq etmək hallarına öz münasibətlərini müəyyənləşdirməliydilər. Mübahisəli məsələləri, "oyundan kənar" vəziyyəti, topun yan xətdən, yaxud qapı xəttindən çıxandan sonra oyuna daxil edilməsini həll etmək barədə razılığa gəlmək tələb olunurdu.
Bir həftə sonra futbol assosiasiyasının üçüncü iclası keçirildi. Bu iclasda qərara alındı ki, oyunun qaydaları layihəsi işlənib hazırlansın, müzakirə edilsin, dəqiqləşdirilsin və növbəti iclasda təsdiq olunsun.
Və budur 1863-cü il noyabrın 24-də futbol oyununun ilk rəsmi qaydaları təklif olunan dördüncü iclas keçirildi.
Püşk atılmışdı
İlk 14 qaydalar bunlardır:
1. Meydanın maksimal uzunluğu 200 yarda, eni isə 100 yarda bərabər olsun. Meydanın eni və uzunu boyu bayraqlar sancılsın. Qapılar üzərində heç bir çat, yaxud lent olmadan səkkiz yard məsafədə basdırılmış iki şaquli dirəkdən ibarət olmalıdır.
2. Oyun meydanın mərkəzindən, statik vəziyyətdə olan topa zərbə ilə başlanır. Topu oyuna, bu hüququ püşkə görə qazanmış komandanın oyunçusu daxil dir. Bu halda rəqib komandanın oyunçuları topdan 10 yard aralı dayanmalı və top top oyuna daxil edilənədək bu məsafədə durmalıdırlar. Qol vurularsa, top buraxan komandanın oyunçusu onu qapıdan oyuna daxil etmək hüququ qazanır.
3. Qol vurulandan sonra komandalar yerlərini dəyişirlər.
4. Top dirəklərin arasındakı boşluqlardan keçərsə (istənilən hündürlükdə) qol hesaba alınır. Topu qapıya əllə vurmaq və gətirmək qadağandır.
5. Top yan xətdən kənara çıxanda onu əldə edən ilk oyunçu topun çıxdığı yerdən yan xəttə düz bucaq altında, ya ayaqla zərbə vurmaqla, ya da əllə tullamaqla onu oyuna daxil etməlidir.
6. Oyunçu topdan qabaqda olarsa "oyundan kənar" vəziyyətdə sayılır. Bu halda oyunçu dərhal topdan arxadakı vəziyyəti tutmalıdır. Oyundan kənar vəziyyətdə olan oyunçu komanda yoldaşlarının bir-birinə ötürdükləri topa toxunmamalı və irəli getməməlidir. Oyunçu ilə bir xətt boyunca dayanmış, ya da ondan arxada mövqe tutmuş öz yoldaşlarından biri, yaxud rəqib komandanın oyunçusu topa toxunana qədər həmin oyunçu topa toxuna bilməz, yaxud irəli hərəkət edə bilməz..
7. Top qapı xəttindən çıxarsa, bunlara icazə verilir: əgər qapını müdafiə eləyən komandanın oyunçusu topa birinci toxunarsa, onda onun yoldaşlarından biri topu qapı xəttini keçdiyi yerin əks tərəfindəki nöqtədən sərbəst zəbə vurmaq hüququ qazanır. Yox, əgər rəqib (yəni hücum eləyən) komandanın oyunçusu topa birinci toxunarsa, onda onun yoldaşlarından biri qapı xəttindən 15 yardlıq məsafədən qapıya sərbəst zərbə vurmaq hüququ qazanır. Bu halda müdafiə olunan komanda sərbəst zərbə vurulana qədər öz qapı xətti arxasında dayanmalıdır.
8. Əgər oyunçu topu havada tutarsa və bu zaman dabanı ilə meydanda nişan cızarsa, o sərbəst zərbə vurmaq hüququ qazanır. Sərbəst zərbəni icra etmək üçün o, meydançada istənilən məsafəyə geri çəkilə bilər və zərbə vurulana qədər rəqiblərdən heç birinə onun cızdığı nişanı keçməyə icazə verilmir.
9. Əgər oyunçu topu havada, yaxud yerə bircə dəfə dəyəndən sonra tutubsa, ona topla rəqib qapısına doğru qaçmağa icazə verilir. Lakin, əgər oyunçu topu havada tutub meydançada nişan cızıbsa, o, topla qaça bilməz, sərbəst zərbə vurmalıdır (8-ci maddəyə bax).
10. Əlində top olan oyunçu rəqib qapısına doğru qaçırsa, onda rəqib ona hücuç etmək, əllə saxlamaq, badalaq vurmaq, ayağıyla ayağına vurmaq, yaxud ondan topu almaq hüququna malikdir. Rəibi əllə tutub saxlamaqla eyni vaxtda ayaqlarına vurmaq qadağandır.
11. Yalnız 10-cu maddədə göstərildiyi halda (yəni hücum edən oyunçu rəqib qapısına doğru topla qaçanda) rəqibin ayağına badalaq və zərbə vurmaq, həmçinin əllə tutub saxlamaq və itələmək, yaxud dirsəklərlə dümsükləməyə icazə verilir.
12. Oyunçulara bir-birinə hücum etməyə hər ikisinin fəal oyun vəziyyətində olduğu zaman icazə verilir.
13. Oyunçuya topu meydana əllə atmağa və ya başqa oyunçuya ötürməyə, onu yalnız havada, yaxud yerə bircə dəfə dəyəndən sonra tutduqda icazə verilir.
14. Oyunçulara uzun dırnaq saxlamaq, futbol çəkmələrinin pəncələrinə və dabanlarına dəmir, yaxud quttaperçadan qayrılmış altlıq vurmaq qadağandır.
Bu qaydalardan görünür ki, artıq o zaman futbol müəyyən formalar kəsb etməyə başlayırdı. Lakin eyni zamanda bu qaydalar göstərir ki, onların yaradıcıları əllə oyuna icazə verib-verməyəcəkləri barədə hələ ümumi bir fikrə gəlməmişdilər. Ona görə də bu qaydalarda "əldə topla qaçmaq", "topu əllə tutmaq" kimi maddələr qalmışdı və futbolun qədim növlərində buna icazə verilirdi.
Unutmaq olmaz ki, İngiltərədə futbola təkbətək döyüş kimi baxırdılar və buna görə də güc işlədilməsi rəğbətlə qarşılanırdı. Futbolu kişi oyunu və cəsarətli idman növü kimi qiymətləndirir və hesab edirdilər ki, zərbələrə, vurulubyıxılmağa heç kəs əhəmiyyət verməməlidir.
Məsələn, topun yan xətdən çıxmağı barədə 5-ci maddəni, yaxud qapı xəttindən çıxmağı barədə 7-ci maddəni oxuyun. Bu vəziyyətlərdə hər iki komandanın oyunçularının topa birinci toxunmaq üçün onun ardınca cummaları və təkbətək mübarizəyə qoşulmaları tamamilə aydındır. Çünki oyundan çıxmış topa toxunan oyunçu ya onu meydana tullamaq, ya da ilk zərbə vurmaq hüququ qazanır.
Qaydaların yaradıcıları reqbi ilə futbol arasında kompromis tapmağa səy edirdilər.
Hakimlik işini yüngülləşdirmək üçün qaydaların pozulması halları dəqiqləşdirilir və anlaşıqlı hala salınırdı.
Belə ki, "rəqibə ayaqla zərbə vurmaq", yaxud "ayaqla ayağa zərbə" qarşı tərəfdən, həm də hökmən dizdən aşağı ayağa zərbə demək idi; oyunçuya "hücum etmək" - əllərin, ayaqların və s. fəal müdaxiləsi olmadan çiyinlərlə, sinə ilə, gövdə ilə güc tətbiq etmək idi.
Ancaq reqbi ilə futbol qaydalarının qarışıq tətbiq olunması uzun sürə bilməzdi və 1863-cü il dekabrın 1-də təzəcə təşkil olunmuş futbol assosiasiyasının beşinci coşğun iclası keçirildi. Assosiasiyanın prezidenti A.Palmer ("Kilborn") oyunun strukturunu dəqiq müəyyənləşdirməyi təklif etdi. "Leyton stoun" klubundan olan D.Elkok qaydalardan 9-cu və 10-cu maddələrin çıxarılmasını təklif elədi. O sübut edirdi ki, badalaqlar, ayaqla zərbələr, topun əllə tutulması və əldə topla qaçmaq halları qadağan olunarsa - futbol yalnız bu halda sözün həqiqi mənasında futbol ola bilər.
Assosiasiyanın katibi E.Morli ona tərəfdar çıxdı. O dedi: "Əgər biz kobud oyuna imkan verən qaydaları saxlasaq, gələcəkdə bu oyunla yalnız məktəblilər məşğul olacaqlar. Bu oyun öz səhhətlərini təhlükə qarşısında qoymaq istəməyən böyüklərin xoşuna gəlməyəcək. Şəxsən mən topu ələ götürüb qaçmağın və ayağa zərbə vurmağın əleyhinə deyiləm. Bununla belə mən qəlbən inanıram ki. əgər biz bu iki qaydanı təqdir etsək, onlar futbolun inkişafını ciddi şəkildə ləngidəcəkdir. Mənə belə gəlir ki, klubların çoxusu bizim assosiasiyada oynamaqdan imtina edəcəklər və bu səbəblərə görə qaydalardan bu iki maddənin çıxarılması barədə Mister Elkokun təklifinə tərəfdaram".
Assosiasiyanın xəzinədarı mister Kempbell əksinə, hər iki maddəni qızğın surətdə müdafiə edirdi, belə ki, onun fikrincə, maddələr cəsarət və hünər nümunəsi idi.
O coşaraq deyirdi: "Mən səkkiz yaşımdan futbol oynayıram. Ayağa zərbəni yığışdırmaq futboldan cəsarəti və ustalığı tullamaq deməkdir. Bu isə futbolçuları tütünü, qroqu və şnapsı idmandan və futboldan üstün tutanlardan fərqləndirir. Biz təklifdən imtina etməli və hər iki qaydanı qüvvədə saxlamalıyıq. Bu qaydaları çıxarmaq təklifi London klublarının əhval-ruhiyyəsinə ziddir və əgər siz bu təklifi məktəblərdə səsə qoysanız, yəqin ki, onlar əleyhinə səs verəcəklər! Əgər siz topu ələ götürüb qaçmağı və ayağa zərbə vurmağı qadağan etsəniz, məktəblərdə futboldan imtina edəcəklər!
Frenk Teylor "Peşəkarlar" (1985)
(c) "FutbolPress" // materialdan istifadə olunarsa, istinad mütləqdi.