
| # | Komanda | O | Q | H | M | T-F | X |
| 1 | Neftçi | 18 | 12 | 1 | 5 | 37-16 | 37 |
| 2 | İnter | 18 | 10 | 6 | 2 | 17-9 | 36 |
| 3 | Xəzər L. | 18 | 10 | 5 | 3 | 27-17 | 35 |
| 4 | Qarabağ | 18 | 8 | 5 | 5 | 20-14 | 29 |
| 5 | Bakı | 18 | 8 | 5 | 5 | 23-16 | 29 |
| 6 | Qəbələ | 18 | 7 | 5 | 6 | 18-19 | 26 |
| 7 | AZAL | 18 | 6 | 5 | 7 | 26-28 | 23 |
| 8 | Rəvan | 18 | 5 | 7 | 6 | 21-22 | 22 |
| 9 | Simurq | 18 | 5 | 4 | 9 | 18-27 | 19 |
| 10 | Kəpəz | 18 | 4 | 4 | 10 | 21-34 | 16 |
| 11 | Sumqayıt Ş. | 18 | 4 | 3 | 11 | 13-23 | 15 |
| 12 | Turan | 18 | 3 | 2 | 13 | 10-26 | 11 |
| # | Oyunçu | Komanda | Q |
| 1 | Bahodir Nasimov | Neftçi | 11 |
| 2 | Robertas Poşkus | Simurq | 8 |
| 3 | Tales Şütz | AZAL | 8 |
| 4 | Flavio Aleks Valensio | Neftçi | 7 |
| 5 | Uinston Parks | Bakı | 6 |
| 6 | Luiz Paulo Hilario | Qəbələ | 6 |
Ağasəlim Mircavadov KİV-ə müsahibəsində "Neftçi"nin uğurlu transferlərindən və Premyer Liqanın şəriksiz bombardiri olan özbək Bahodir Nasimov haqda danışıb. Mircavadov Nasimovu "Xəzər Lənkəran"a gətirmək istəyirmiş: "Nasimov mənə tanış futbolçudur. "Xəzər Lənkəran"da işlədiyim zaman onu komandamızda görmək istəyirdim. Bu, iyunun əvvəlində yeni mövsümə hazırlıq ərəfəsində idi. Nasimov "Rubin"də əvəzedici heyətdə oynayırdı. Bu klubla əlaqəsi olan bir nəfər mənimlə bu hücumçu haqda söhbət etdi. Mən də Nasimovun keçidinə razı oldum. Amma keçid nədənsə alınmadı. Vallah, bunun səbəbi ilə maraqlanmadım. Hər halda, bu hücumçunu istəyirdim. Bahodirin oyunları olan diski mənə vermişdilər. Ancaq onun "Neftçi"nin heyətində oyununu görməmişəm. Bahodirin "Neftçi"yə keçidini normal qarşıladım. Dedim ki, doğru seçim ediblər. Fakt onu göstərir ki, "Neftçi"nin bu hücumçu ilə bağlı seçimi düzgündür".
Ancaq sən demə, qocaman məşqçi bu məsələdə yalan danışırmış. Belə ki, Nasimovun Azərbaycana gəlməsində vasitəçi olan menecer Firayiz Əliyev bunun əslində belə olmadığını deyib. Əliyev açıqlamasında bildirib ki: "Əslində Mircavadov Bahodirdən imtina edib. Biz menecerik, işimiz futbolçuları bütün klublara təqdim etməkdir. Yayda Mircavadova siyahı vermişdik. Siyahıda birinci Bahodirin adı yazılmışdı. Onun oyunlarının diskini də "Xəzər Lənkəran"a təqdim etmişdik. Lakin Mircavadov bu futbolçunu istəmədi".