
| # | Komanda | O | Q | H | M | T-F | X |
| 1 | Neftçi | 18 | 12 | 1 | 5 | 37-16 | 37 |
| 2 | İnter | 18 | 10 | 6 | 2 | 17-9 | 36 |
| 3 | Xəzər L. | 18 | 10 | 5 | 3 | 27-17 | 35 |
| 4 | Qarabağ | 18 | 8 | 5 | 5 | 20-14 | 29 |
| 5 | Bakı | 18 | 8 | 5 | 5 | 23-16 | 29 |
| 6 | Qəbələ | 18 | 7 | 5 | 6 | 18-19 | 26 |
| 7 | AZAL | 18 | 6 | 5 | 7 | 26-28 | 23 |
| 8 | Rəvan | 18 | 5 | 7 | 6 | 21-22 | 22 |
| 9 | Simurq | 18 | 5 | 4 | 9 | 18-27 | 19 |
| 10 | Kəpəz | 18 | 4 | 4 | 10 | 21-34 | 16 |
| 11 | Sumqayıt Ş. | 18 | 4 | 3 | 11 | 13-23 | 15 |
| 12 | Turan | 18 | 3 | 2 | 13 | 10-26 | 11 |
| # | Oyunçu | Komanda | Q |
| 1 | Bahodir Nasimov | Neftçi | 11 |
| 2 | Robertas Poşkus | Simurq | 8 |
| 3 | Tales Şütz | AZAL | 8 |
| 4 | Flavio Aleks Valensio | Neftçi | 7 |
| 5 | Uinston Parks | Bakı | 6 |
| 6 | Luiz Paulo Hilario | Qəbələ | 6 |
Ceyhun Əzizli: "Muğan"la görüşdən etibarən həm ev, həm də səfər oyunlarında "Neftçi"mizi dəstəkləyəcəyik"
Bir neçə ay əvvəl yaradılması barədə qərar qəbul olunan "ultraNeftçi" fan-klubu rəsmi fəaliyyətə başlayır. Fan-klub bundan sonra "Neftçi"ni stadiondan dəstəkləməklə bağlı qərar qəbul edib. "UltraNeftçi" ilk olaraq sentyabrın 11-də baş tutacaq "Neftçi" - "Muğan" oyununda stadiona yollanacaq.
Xəbəri dəqiqləşdirmək üçün "ultraNeftçi"nin rəhbəri Ceyhun Əzizli ilə əlaqə saxladıq. Ceyhun bəy açıqlamasında faktı təsdiq etdi: "Artıq fan-klubun fəaliyyətə başlaması barədə qərar qəbul etmişik. "Muğan"la görüşdən etibarən həm ev, həm də səfər oyunlarında "Neftçi"mizi dəstəkləyəcəyik. Məqsədimiz stadiona daha çox azarkeş cəlb etməklə, komandamızın uğurlarında pay sahibi olmaqdır".
Xatırladaq ki, "Qarabağ" - "Borussiya" oyununda polis təzyiqi ilə üzləşən Əzizli təhlükəsizliklərinə təminat verilənə qədər stadiona getməyəcəklərini bildirmişdi. Ceyhun bəy bu günkü açıqlamasında qeyd etdi ki, "Neftçi" rəhbərliyi onlarla belə bir zəmanət verib: "Neftçi"nin prezidenti Sadıq Sadıqovla görüşdüm. O da azarkeşlərin təzyiqlə üzləşməsinə qarşı olduqlarını bildirdi. Sadıq müəllim həmçinin qeyd etdi ki, azarkeşlərsiz futbol olmaz. Klub prezidenti bizə hər cür dəstək verəcəklərini dedi. Bu səbəbdən də artıq stadionlara getməklə bağlı heç bir probilemimiz qalmadı".
"UltraNeftçi"nin rəhbəri "Neftçi"sevərlərə müraciət də etdi: "Fan-klubumuz 16-cı sektorda oturacaq. Mən bütün "Neftçi" azarkeşlərinə müraciət edərək, fan-klubumuza üzv olmağa və komandamızı dəstəkləməyə çağırıram. İnanıram ki, bu mövsüm qarşısına qoyduğu hədəflərə çatacaq "Neftçi" ölkədə və Avropada böyük uğurlar qazanmaqla bizləri sevindirəcək".