1
2
3
4
5
6
7
8
9
10
11
P.S.
MƏMMƏDOVUN "NİSYƏ CAVABLARI"... (YAZI)
HAKİM-İNSPEKTORLARIN SEMİNARINDA RAMİN MUSAYEV "İZDİHAMI"... // PFL prezidenti gedir, yoxsa qalır? EKSKLÜZİV!
Turnir cədvəli
# Komanda O Q H M T-F X
1 Neftçi 18 12 1 5 37-16 37
2 İnter 18 10 6 2 17-9 36
3 Xəzər L. 18 10 5 3 27-17 35
4 Qarabağ 18 8 5 5 20-14 29
5 Bakı 18 8 5 5 23-16 29
6 Qəbələ 18 7 5 6 18-19 26
7 AZAL 18 6 5 7 26-28 23
8 Rəvan 18 5 7 6 21-22 22
9 Simurq 18 5 4 9 18-27 19
10 Kəpəz 18 4 4 10 21-34 16
11 Sumqayıt Ş. 18 4 3 11 13-23 15
12 Turan 18 3 2 13 10-26 11
Bombardirlər
# Oyunçu Komanda Q
1 Bahodir Nasimov Neftçi 11
2 Robertas Poşkus Simurq 8
3 Tales Şütz AZAL 8
4 Flavio Aleks Valensio Neftçi 7
5 Uinston Parks Bakı 6
6 Luiz Paulo Hilario Qəbələ 6
Arxiv
Həftənin xəbər hiti
Dost saytlar

Facebook
Futbol Panorama
RAMİN MUSAYEV: BÜTÜN KLUBLAR MƏNİMÇÜN EYNİDİ
RAMİN MUSAYEV: BÜTÜN KLUBLAR MƏNİMÇÜN EYNİDİ
28.08.2010 12:51

I divizionun püşkatmasından sonra Peşəkar Futbol Fedferasoyasının rəhbəri Ramin Musayev çıxış edib, divizionun təşkili və s. haqda fikirlərini bölüşüb: "İlk növbədə mövsümün yeniliklərindən danışmaq istərdim. Çempionatı 2 klubun tərk etməsinə baxmayaraq, bu mövsümdən etibarən 4 yeni komanda I divizionda iştirak edəcək. "Şəmkir", "Sumqayıt" və "Abşeron" klubunun olması, xüsusən də "Şuşa" komandasının I divizionda iştirak etməsi məni çox sevindirdi. Bu hamımız üçün bayramdır, "Şuşa"ya uğurlar arzu edirik. Sevindirici haldır ki, həm Avropada, həm də Azərbaycanda öz sözünü demiş "Şəmkir" klubu da bu ildən çıxışını bərpa edir. Keçən il "Standard" klubu Sumqayıt şəhərini təmsil etsə də, yerli azarkeşlərə layiqli qələbə sevinci bəxş edə bilmədikləri üçün çempionatı tərk etdilər. Yeni "Sumqayıt" komandasının yaranması da sevindiricidir. Sumqayıt futbolçuları həmişə gözəl oyun nümayiş etdiriblər, şəhər futbol məktəbi öz göstəriciləri ilə seçilib. Bütün komandaları təşvişə salan isə "Abşeron" komandasıdır. Hələ I divizionda iştirak etmələrinə baxmayaraq, artıq Premyer Liqada da özlərindən söz etdiriblər".

PFL prezidenti klublara müraciət edib: "Hər bir komandamıza yeni mövsümdə uğurlar arzu edirik, bütün komandalar bizim üçün eynidir. Futbola aid hüququnuzu müdafiə etmək bizim borcumuzdur. Mənim qapım hər bir klub üçün açıqdır, öz köməyimi əsirgəməyəcəm. Həm AFFA, həm də PFL rəhbərliyi divizion komandalarına diqqət ayırır. I divizion komandaları əsasən yerli oyunçulardan təşkil olunduğu üçün qaliblərə mükafat ayırmışıq. İnanıram ki, yeni çempionat keçən mövsümdən daha maraqlı olacaq. Premyer Liqanın təqvimində olduğu kimi I divizionun təqvimində də komandaların oyunları təkrarlanmayacaq. Klublara müraciət edib bildirmək istəyirəm ki, rəqib komandalarını normal şəraitdə, qardaş komanda kimi qəbul edin".

Musayev maraqlı oyunların televiziya vasitəsi ilə canlı yayımlanmasına çalışacaqlarını bildirib: "Maraqlı oyunların televiziya vasitəsi ilə yayımlamasına çalışacağıq. Bunun üçün yarışlar keçirilən stadionlar da qaydasına salınmalıdır. İnanıram ki, yaxın gələcəkdə hər bir komandanın öz stadionu olacaq, komandalara normal şərait yaradılacaq. Komandalar arasında mehribançılıq olmalıdır".

"Həm "Şuşa" klubu, həm də Azərbaycan futbolu üçün bacardığımız qədər yaxşılıq etməliyik. İndiki AFFA rəhbərliyi keçmiş rəhbərlik kimi deyil. Dünən AFFA-nın prezidenti Rövnəq Abdullayevlə "Qarabağ"ın "Borussiya" ilə oyununu izləyərkən I divizion haqqında söhbət etmişik. Əsasən yerli futbolçulara diqqət ayrılmalıdır. Çalışacağıq ki, I divizionun oyunlarını müxtəlif media vasitələrində daha çox işıqlandıraq. Şuşa hamımızın yaralı yeridir, "Şuşa" klubunun I divizionda iştirak etməyi "qonşularımız"a bir işarə olsun. İnanıram ki, tezliklə "Şuşa" ev oyunlarını doğma şəhərdə keçirəcək. Ölkə prezidenti cənab İlham Əliyevə Azərbaycan futboluna verdiyi dəstəyə görə minnətdarlığımı bildirirəm, Allahdan can sağlığı arzu edirəm. Hər birimiz tutduğu vəzifədən asılı olmayaraq borcumuzu layiqincə yerinə yetirməli və ölkə başçısının bizə olan etimadını doğrultmalıyıq", deyə Ramin bəy əlavə edib.

62 dəfə oxunub Share/Save/Bookmark
Şərh yaz:
Ad/Soyad:

E-mail:

Şərhiniz:



Əlavə edilən şərhlər Azərbaycan Respublikası qanunlarına və etikaya zidd olarsa, administrator tərəfindən redaktə edilə və ya silinə bilər.
 
Yazarlar
Gey Parad və...
Günay ELTAC
Günay ELTAC
"FutbolPress" 2012 
Xəndan ƏLİZADƏ
Xəndan ƏLİZADƏ
"Oxu" meydanı
ANTALYA KAMPINDAN PREVYU (YAZI)
"PERŞƏKARLAR" // Müasir futbolun abırsızlığı. Futbol totalizatoru (IX FƏSİL)
Xəbər-Xronika