
| # | Komanda | O | Q | H | M | T-F | X |
| 1 | Neftçi | 18 | 12 | 1 | 5 | 37-16 | 37 |
| 2 | İnter | 18 | 10 | 6 | 2 | 17-9 | 36 |
| 3 | Xəzər L. | 18 | 10 | 5 | 3 | 27-17 | 35 |
| 4 | Qarabağ | 18 | 8 | 5 | 5 | 20-14 | 29 |
| 5 | Bakı | 18 | 8 | 5 | 5 | 23-16 | 29 |
| 6 | Qəbələ | 18 | 7 | 5 | 6 | 18-19 | 26 |
| 7 | AZAL | 18 | 6 | 5 | 7 | 26-28 | 23 |
| 8 | Rəvan | 18 | 5 | 7 | 6 | 21-22 | 22 |
| 9 | Simurq | 18 | 5 | 4 | 9 | 18-27 | 19 |
| 10 | Kəpəz | 18 | 4 | 4 | 10 | 21-34 | 16 |
| 11 | Sumqayıt Ş. | 18 | 4 | 3 | 11 | 13-23 | 15 |
| 12 | Turan | 18 | 3 | 2 | 13 | 10-26 | 11 |
| # | Oyunçu | Komanda | Q |
| 1 | Bahodir Nasimov | Neftçi | 11 |
| 2 | Robertas Poşkus | Simurq | 8 |
| 3 | Tales Şütz | AZAL | 8 |
| 4 | Flavio Aleks Valensio | Neftçi | 7 |
| 5 | Uinston Parks | Bakı | 6 |
| 6 | Luiz Paulo Hilario | Qəbələ | 6 |
Bir müddət əvvəl AZAL aşağı yaş qrupları üzrə komandalar arasında keçirilən çempionatların təşkilindən narazılığını ifadə ettmiş, klub prezidenti Vaqif Qasımov AFFA prezidenti Rövnəq Abdullayevə bu haqda etiraz məktubu ünvanlamışdı. Məktubun cavabsız qalması və bu gün AFFA-da U-13, U-14, U-15 və U-17 liqaları ilə bağlı keçirilən iclasda paytaxt təmsilçisinin təkliflərinin dinlənilməməsi klubun etirazı ilə qarşılanıb. Bununla bağlı AZAL rəhbərliyi bəyanat yayıb. Bəyanatı olduğu kimi diqqətinizə çatdırırıq:
"Bu gün AFFA-nın mənzil-qərərgahında uşaq futbol komandaları arasında keçirilən çempionatlarla bağlı klub nümayəndələrinin, uşaq futbol məşqçilərinin iştirakı ilə iclas keçirilmişdir. Bu iclasda U-13, U-14, U-15 və U-17 liqası haqda ətraflı müzakirə aparılmış və klubların təklifləri dinlənilmişdir. Bu tədbirdə AZAL PFK-nın da təmsilçiləri iştirak etmiş və klubumuzun mövqeyini bildirmişlər. Təəssüf ki, uşaq və yeniyetmələrin yarışları, onların təşkili ilə bağlı təkliflərimizin çox az bir qismi nəzərə alınmışdır.
Məlumat üçün qeyd edək ki, AZAL PFK hələ iyun ayında bu sahədəki nöqsanlara, çatışmazlıqlara dair mövqeyini ortaya qoymuşdur. Konkret olaraq, 12.06.2010-cu iltarixdə AZAL PFK-nın prezidenti Vaqif Qasımov AFFA prezidenti cənab Rövnəq Abdullayevin ünvanına geniş məzmunlu məktub yazaraq rəsmi münasibətini bildirmişdir. Buna görə də biz yeni mövsümdən etibarən turnirlərin təşkili və keçirilməsi qaydalarında ciddi dəyişiklik gözləyirdik. Amma bugünkü iclasda bəzi xırda məsələlər istisna olmaqla bizə yeni heç nə deyilmədi. Bütün bunlar isə AZAL PFK-nın rəhbərliyini narahat etməkdədir. İş ondadır ki, AFFA-nın "Uşaq və Gənclər Arasında Yarışların Keçirlməsi şöbəsi" ötən mövsüm fəaliyyətini düzgün qurmamaqla, zəif təşkilatçılıq bacarığı göstərməklə yarışların vaxtını və formatını düzgün müəyyənləşdirə bilməmişdir. Məsələn, 15 və 17 yaşlılardan ibarət komandaların yarışlarının bütün respublikanı əhatə etməsi klubların xərclərinin süni surətdə artması ilə nəticələnir. Bu həm də təhlükəsizlik tədbirləri, təminat baxımından da klublarını qayğılarını artırır. Matçların həftənin ortalarına təyin edilməsi və bölgələrə çoxsaylı səfərlər isə məktəb-valideyn, valideyn-klub münasibətlərini gərginləşməsinə təsir götərir. Nəticədə biz valideynlərin kəskin etirazı ilə üzləşirik. Seçim qarşısında qalanlar isə uşaqlarını təhsildən ayırmamaq üçün onları komandadan çıxarır və bununla da biz istedadlı yeniyetmələri itiririk. Uşaqların təhsil almaq hüququna bu şəkildə münasibət göstərilməsi, onların dərslərdən ayrılması əlbəttə narazılığa səbəb olur. Daha bir məqam: bu il U-17 liqasının oyunları iyun ayının ortalarında, özü də buraxılış imtahaları keçirilən zaman başa çatdı və uşaqlar 30-35 dərəcədə istidə oynamağa məcbur edildi. Bunun özü qeyri-peşəkarlığın və işə səthi yanaşılmasının göstəricisi deyilmi? Halbuki U-15 və U-17 liqasının yarışlarını "zona prinsipi"nə əsasən keçirmək, oyunları şənbə və bazar günlərinə təyin etmək olar.
İnanırıq ki, bizim klubun xahiş və təkliflərini, məsələlərə tənqidi yanaşmasını vətandaş mövqeyinin göstəricisi kimi qiymətləndirəcəksiniz. Biz bütün klubları, futbol mütəxəssislərini və mətbuat nümayəndələrini təkliflərimizə münasibət bildirməyə çağırır, yuxarıda diqqətə çatdırılan problemlərin aradan qaldırılması üçün hamını birgə səy göstərməyə dəvət edirik".