1
2
3
4
5
6
7
8
9
10
11
P.S.
MƏMMƏDOVUN "NİSYƏ CAVABLARI"... (YAZI)
HAKİM-İNSPEKTORLARIN SEMİNARINDA RAMİN MUSAYEV "İZDİHAMI"... // PFL prezidenti gedir, yoxsa qalır? EKSKLÜZİV!
Turnir cədvəli
# Komanda O Q H M T-F X
1 Neftçi 18 12 1 5 37-16 37
2 İnter 18 10 6 2 17-9 36
3 Xəzər L. 18 10 5 3 27-17 35
4 Qarabağ 18 8 5 5 20-14 29
5 Bakı 18 8 5 5 23-16 29
6 Qəbələ 18 7 5 6 18-19 26
7 AZAL 18 6 5 7 26-28 23
8 Rəvan 18 5 7 6 21-22 22
9 Simurq 18 5 4 9 18-27 19
10 Kəpəz 18 4 4 10 21-34 16
11 Sumqayıt Ş. 18 4 3 11 13-23 15
12 Turan 18 3 2 13 10-26 11
Bombardirlər
# Oyunçu Komanda Q
1 Bahodir Nasimov Neftçi 11
2 Robertas Poşkus Simurq 8
3 Tales Şütz AZAL 8
4 Flavio Aleks Valensio Neftçi 7
5 Uinston Parks Bakı 6
6 Luiz Paulo Hilario Qəbələ 6
Arxiv
Həftənin xəbər hiti
Dost saytlar

Facebook
PRESSinq*
MAHMUD QURBANOV TÖRƏTDİYİ ƏMƏLİ TƏKZİB EDİR!
MAHMUD QURBANOV TÖRƏTDİYİ ƏMƏLİ TƏKZİB EDİR!
23.08.2010 18:01

«Bakı» klubunun futbolçusu, Azərbaycan yığmasının keçmiş oyunçusu Mahmud Qurbanov bəzi KİV-də «KomandA» qəzetinin redaksiyasına basqın etməsi haqqında gedən məlumatları təkzib edib. Turanın müxbiri ilə söhbətində o təsdiq edib ki, həqiqətən qəzet rəhbərliyinin dəvəti ilə redaksiyada olub. Lakin redaksiya əməkdaşlarını döyməyib və kompüter və külqabıları sındırmayıb.
Bununla belə, o qeyd edib ki, «vətənpərvər olmamaqda» ittiham edildiyinə görə qəzetdə gedən məqalə həqiqətən onun narazılığına səbəb olub. Xüsusən, qəzet onun doğma «Gəncə» klubunda oynamaq əvəzinə, «pula görə» «Bakı» klubunda ehtiyat oyunçu kimi qalmağa üstünlük verdiyini yazıb.

«Azərbaycan yığmasında 80 oyun oynadığım halda məni vətənpərvər olmamaqda necə ittiham etmək olar? Birlik Kubokunda Ermənistan çempionunu məğlub edən «Neftçi»nin tərkibində olmuşam», deyə Qurbanov bildirib. O qeyd edib ki, «Bakı» da Azərbaycan klubudur və ümumiyyətlə, müasir idman qlobaldır.

Baş vermiş hadisəyə gəlincə, Qurbanovun sözlərinə görə, o, yalnız qərəzli məqalə ilə bağlı etirazını bildirib. «Buna cavab olaraq redaktor qəzetin satılması üçün belə etdiyini deyib», deyə Qurbanov bildirib.

Öz növbəsində, «Komanda» qəzetinin baş redaktoru Rəşad Elgün iddia edir ki, qəzetin redaksiyasında Qurbanov tərəfindən döyülüb və təhqir edilib. Elgünün sözlərinə görə, Qurbanov avqustun 22-də qəzetin redaksiyasına basqın edib, qəzet əməkdaşlarını təhqir edib və kompüter avadanlıqlarını sındırıb. Redaktor Nəsimi rayon Polis İdarəsinin 20-ci polis bölməsinə müraciət edib və məhkəmə iddiası qaldırmaq niyyətindədir.

Qeyd edək ki, 37 yaşlı Qurbanov qızıl medallarının sayına görə Azərbaycan futbolunun rekordçusudur. O, müxtəlif klubların təkribində 10 dəfə çempion olub.

Onu da bildirək ki, bu gün Media Hüququ İnstitutu "Komanda" qəzetinin redaksiyasına basqın edilməsini, qəzetin baş redaktoru Rəşad Elgünün döyülməsinə, qəzet əməkdaşlarının təhqir edilib hədələnməsinəgörə bəyanat yayıb.

Bəyənatda bildirilir ki, avqustun 22-də tanınmış futbolçu Mahmud Qurbanov idman yönümlü "Komanda" qəzetinin redaksiyasına basqın edib. Bir neçə gün əvvəl qəzetdə dərc olunan barəsindəki yazıya görə haqq-hesab çəkmək üçün redaksiyaya gələn Mahmud Qurbanov qəzetin baş redaktoru Rəşad Elgünə hücum edərək onu döyüb, təhqir edib. Yazılarına görə jurnalisti hədələyən M.Qurbanov onun üz nahiyəsinə xəsarət yetirib. M.Qurbanov qəzetin digər əməkdaşlarını da təhqir edib, hədələyib, redaksiyaya məxsus kompüter avadanlıqlarını yararsız hala salıb. Jurnalistlər faktla bağlı Nəsimi rayon Polis İdarəsinin 20-ci polis bölməsinə şikayət edib.

"Jurnalistlərin yazılarına görə döyülməsi, hədələnməsi, təhqir edilməsi söz və mətbuat azadlığına qaba münasibətin nümunəsidir. Media Hüququ İnstitutu belə qanunsuz və insanlığa yaraşmayan hərəkətləri kəskin pisləyir. Jurnalistə, bütövlükdə topluma qarşı yönəlmiş belə basqıları həyata keçirən şəxslərin qanun pozuntularına görə məsuliyyətə cəlb edilməsi zəruridir. Media Hüquqı İnstitutu Daxili İşlər Nazirliyini, əlaqəli digər hüquq mühafizə orqanlarını baş vermiş hadisəni araşdırmağa, qanunsuzluq edənlərin cəzalandırılması üçün gərəkli ölçülər götürməyə, nəticələr barədə topluma məlumat verməyə çağırır".

Redaksiyadan: Qurbanov təkzib edir. Ancaq dünən Xəzər TV-də xəsarət almış jurnalistin açıqlaması nümayiş etdirilib. Süjetdə onun ciddi xəsarət aldığıaydın görünür. Bundan başqa hadisənin ən az 5 şahidi var. 

68 dəfə oxunub Share/Save/Bookmark
Şərh yaz:
Ad/Soyad:

E-mail:

Şərhiniz:



Əlavə edilən şərhlər Azərbaycan Respublikası qanunlarına və etikaya zidd olarsa, administrator tərəfindən redaktə edilə və ya silinə bilər.
 
Yazarlar
Gey Parad və...
Günay ELTAC
Günay ELTAC
"FutbolPress" 2012 
Xəndan ƏLİZADƏ
Xəndan ƏLİZADƏ
"Oxu" meydanı
ANTALYA KAMPINDAN PREVYU (YAZI)
"PERŞƏKARLAR" // Müasir futbolun abırsızlığı. Futbol totalizatoru (IX FƏSİL)
Xəbər-Xronika