1
2
3
4
5
6
7
8
9
10
11
P.S.
MƏMMƏDOVUN "NİSYƏ CAVABLARI"... (YAZI)
HAKİM-İNSPEKTORLARIN SEMİNARINDA RAMİN MUSAYEV "İZDİHAMI"... // PFL prezidenti gedir, yoxsa qalır? EKSKLÜZİV!
Turnir cədvəli
# Komanda O Q H M T-F X
1 Neftçi 18 12 1 5 37-16 37
2 İnter 18 10 6 2 17-9 36
3 Xəzər L. 18 10 5 3 27-17 35
4 Qarabağ 18 8 5 5 20-14 29
5 Bakı 18 8 5 5 23-16 29
6 Qəbələ 18 7 5 6 18-19 26
7 AZAL 18 6 5 7 26-28 23
8 Rəvan 18 5 7 6 21-22 22
9 Simurq 18 5 4 9 18-27 19
10 Kəpəz 18 4 4 10 21-34 16
11 Sumqayıt Ş. 18 4 3 11 13-23 15
12 Turan 18 3 2 13 10-26 11
Bombardirlər
# Oyunçu Komanda Q
1 Bahodir Nasimov Neftçi 11
2 Robertas Poşkus Simurq 8
3 Tales Şütz AZAL 8
4 Flavio Aleks Valensio Neftçi 7
5 Uinston Parks Bakı 6
6 Luiz Paulo Hilario Qəbələ 6
Arxiv
Həftənin xəbər hiti
Dost saytlar

Facebook
PRESSinq*
MAHMUD QURBANOVU BU YAZIYA GÖRƏ "KOMANDA" QƏZETİNƏ HÜCUM EDİB
MAHMUD QURBANOVU BU YAZIYA GÖRƏ "KOMANDA" QƏZETİNƏ HÜCUM EDİB
23.08.2010 14:12

Bəzən yaşlılara da məsləhət vermək lazımdı

Səhv etmirəmsə, Azərbaycanda kişiləri təqaüdə 65 yaşında buraxırlar. Dünyanın müxtəlif ölkələrində bu rəqəm 60-65 arasında dəyişir. Amma elə ağır peşə sahibləri də var ki, təqaüdə daha tez, məsələn, 45 yaşında çıxırlar.


Zidandan Karlosa kimi

Ancaq yəqin ki, bütün dünyada təqaüd yaşı ən tez çatan peşə sahibləri futbolçulardı. 33-35 yaş nədi ki? Əksər peşəkar futbolçular məhz bu yaş dövründə sevimli peşələrinə əlvida deyirlər. Daim gündəmdə qalmaq həvəsi, inanılmaz azarkeş sevgisi belə, bəzi futbolçuları «vaxtında futboldan getmək şərəfdi» prinsipindən çəkindirmir.
Zinəddin Zidan futboldan gedərkən az qala bütün dünya azarkeşləri fransıza bir neçə il də oynamaq üçün yalvarırdı. George Hacıya karyerasını daha bir il də davam etdirmək üçün «Qalatasaray» rəhbərliyi nə qədər dil tökdü? Amma bu futbolçular prinsiplərinə zidd hərəkət etmədilər, azarkeşlərin fit səslərini, mətbuatın qınağını eşitmədən və görmədən futbola əlvida dedilər.
Elə futbolçular da var ki, Avropanın adlı-sanlı klublarında bir çox titulları qazanandan sonra, pul amilini arxa plana atıb, karyeralarının son illərində bilik və təcrübələrini futbolda ilk addımlarını atdıqları ölkəyə, kluba verməyə çalışırlar. Bununla da, bir növ yüksək mənsəbə çatdıqlarına görə ölkələrinə və klublarına olan mənəvi borcu ödəyirlər.
Yaşı 37-ni keçsə də, hələ də min cavana dəyən Roberto Karlos bu üzdən onu Avropadan buraxmaq istəməyənlərə üz çevirdi. Finlandiya futbolunun əfsanəsi Yari Litmanen isə heç kimin tanımadığı, amma onu futbola bəxş edən «Laxti»yə xidmət etməkdən qürur duyduğunu bildirir.

Mahmud Qurbanov ayıb bilir

Azərbaycan futbolunda da müəyyən iz qoymuş, istedadı ilə xeyli pərəstişkar qazanmış bir neçə futbolçu var ki, təqaüd yaşına çatsalar da, hələ də top qovmaqdan usanmırlar. Olsun, güc və istedad varsa, bunun nəyi pisdi ki? Amma dünənə qədər azarkeşlərin sevimlisi olan birisinin bu gün ehtiyat oyuncular skamyasında kök atmasını anlamaq da çox çətindi. Nəyin xətrinə? Nəyin xətrinə damla-damla qazanılan sevgi qurban verilir? 30-40 min dolların? Bu günə qədər futboldan əldə edilən 300-400 minlər bəs etməyib? Yoxsa azarkeş sevgisi 30-40 minin yanında heç nədi? Yoxsa azarkeş sevgisi bizim futbolçular üçün heç bir önəm kəsb etmir?
Bu gün müstəqil Azərbaycan futbolunun əfsanələrindən sayıla biləcək Mahmud Qurbanov «Bakı»nın ehtiyat oyunçular skamyasında alman Vinfrid Şeferin mərhəmətinə, onu nə vaxtsa 5 dəqiqə oyuna buraxacağına ümid edir.
Amma bu gün Mahmudun doğulduğu, futbolda ilk addımlarını atdığı Gəncədə xeyli gənc futbolçu onun təcrübə və məsləhətinə möhtacdı.
Çoxları «Gəncə» Premyer-Liqaya vəsiqə qazanandan sonra ötən mövsümü əsasən ehtiyat oyuncular skamyasında keçirən Mahmudun doğma şəhərinin komandasına qayıdacağını, karyerasının son illərini də Gəncə futbolunun inkişafına həsr edəcəyini düşünürdü. Amma Mahmud «Gəncə»yə qayıdacaqsanmı» sualına, «mənim orda nə işim var?» cavabını verdi.
İndiki durumda Mahmuda «Bakı»da mövsümə 100 min dollardan artıq pul verməzlər yəqin. Əslində, daim ehtiyat oyunçular skamyasında oturan biri üçün bu da çox böyük rəqəmdi. Yəqin ki, «ədalətsizlər»in rəhbərliyi də «üz-üzdən utanar» prinsipini əsas tutaraq, heç bir vəchlə «Bakı»dan ayrılmaq istəməyən Mahmudun keçmiş xidmətlərinə rəğmən, israfçılığa yol verirlər.
«Gəncə»nin maliyyə imkanları «Bakı» qədər deyil. Amma nə qədər kasıb olsalar da, gəncəlilər də şəhərin fəxrinə, öz yetirmələrinə bir mövsümlük xidmət üçün 50-60 min dollar verə bilərdilər. Çox güman ki, elə veriblər də. Amma güman ki, elə Mahmud Qurbanov da 50-60 min dollara onun üçün «doğma» olan bir şəhərə və kluba xidmət etməyi şəninə sığışdırmayıb.
Bir tərəfdə 100 min dollar, amma itirilən sevgi və nüfuz, bir tərəfdə isə az para, ancaq mənəvi borcu qaytarmaq missiyası, daimi olaraq bir şəhərin kumiri olmaq kimi perspektiv. Mahmud Qurbanov birincini seçib. Yəqin ki, bir ildən sonra «Bakı» rəhbərliyi daha ona 100 min dolları da çox görəcək. Onda Mahmudun yadına Gəncə düşəcək. Onda Mahmud Gəncə futboluna xidmət etmək istədiyini deyəcək. Ancaq yəqin ki, futbolçu kimi yox, yəqin ki, «Gəncə»nin baş məşqçi postunun ona etibar edilməsini tələb edəcək. Cəmi bir mövsüm sonra Mahmud gəncəli olacaq. Mahmud futbolçu Roberto Karlos, Yari Litmanen ola bilmədi. Mahmud heç insan, vətəndaş Roberto Karlos, Yari Litmanen də ola bilməyəcək.

Bax, örnək götür

Maykl Ouen, İngiltərə yığmasının və «Mançester Yunayted»in hücumçusu: «Düzünü desəm, 40 yaşımadək oynayası deyiləm. Karyeramı onun zirvəsində bitirmək istəyirəm. Şəxsən mən səviyyəm azaldıqca, arxa plana keçib butslarımı mıxdan asmaq istəmirəm. Belədə yaddaşlardan tez silinəcəm».

15 avqust, 2010-cu il. "Komanda" qəzeti

152 dəfə oxunub Share/Save/Bookmark
Şərhlər (1)
EN BOYUK FANAT AKTYOR FAIQ SHADLI / 23.08.2010 16:01

Yazanda da , gerek insana toxunan yazi  olmasinda. Bes  bu ne sozdur yazilib? "Mahmud heç insan, vətəndaş Roberto Karlos, Yari Litmanen də ola bilməyəcək. "Adama deyerler ki, insan ve vetendash olmamagimi subut ele. Ozude Mahmud kimi xosh xasiyetli 2-ci bir futbolchu yoxdur axi...  Ilanin quyrugunu basmayanda, hetta ilan bele insana hec ne etmir.

EN BOYUK FANAT AKTYOR FAIQ SHADLI

Şərh yaz:
Ad/Soyad:

E-mail:

Şərhiniz:



Əlavə edilən şərhlər Azərbaycan Respublikası qanunlarına və etikaya zidd olarsa, administrator tərəfindən redaktə edilə və ya silinə bilər.
 
Yazarlar
Gey Parad və...
Günay ELTAC
Günay ELTAC
"FutbolPress" 2012 
Xəndan ƏLİZADƏ
Xəndan ƏLİZADƏ
"Oxu" meydanı
ANTALYA KAMPINDAN PREVYU (YAZI)
"PERŞƏKARLAR" // Müasir futbolun abırsızlığı. Futbol totalizatoru (IX FƏSİL)
Xəbər-Xronika