
| # | Komanda | O | Q | H | M | T-F | X |
| 1 | Neftçi | 18 | 12 | 1 | 5 | 37-16 | 37 |
| 2 | İnter | 18 | 10 | 6 | 2 | 17-9 | 36 |
| 3 | Xəzər L. | 18 | 10 | 5 | 3 | 27-17 | 35 |
| 4 | Qarabağ | 18 | 8 | 5 | 5 | 20-14 | 29 |
| 5 | Bakı | 18 | 8 | 5 | 5 | 23-16 | 29 |
| 6 | Qəbələ | 18 | 7 | 5 | 6 | 18-19 | 26 |
| 7 | AZAL | 18 | 6 | 5 | 7 | 26-28 | 23 |
| 8 | Rəvan | 18 | 5 | 7 | 6 | 21-22 | 22 |
| 9 | Simurq | 18 | 5 | 4 | 9 | 18-27 | 19 |
| 10 | Kəpəz | 18 | 4 | 4 | 10 | 21-34 | 16 |
| 11 | Sumqayıt Ş. | 18 | 4 | 3 | 11 | 13-23 | 15 |
| 12 | Turan | 18 | 3 | 2 | 13 | 10-26 | 11 |
| # | Oyunçu | Komanda | Q |
| 1 | Bahodir Nasimov | Neftçi | 11 |
| 2 | Robertas Poşkus | Simurq | 8 |
| 3 | Tales Şütz | AZAL | 8 |
| 4 | Flavio Aleks Valensio | Neftçi | 7 |
| 5 | Uinston Parks | Bakı | 6 |
| 6 | Luiz Paulo Hilario | Qəbələ | 6 |
Futbolçu jurnalistlərə hücum etdi
Mahmud Qurbanov "KomandA" qəzetinin redaksiyasına hücum edib. Hadisə bir qədər əvvəl baş verib.
Qəzetdən verilən məlumata görə, "Bakı"nın yarımmüdafiəçisi redaksiyadakı kompüterlərin bir neçəsini, qab-qacağı sındırıb, əməkdaşlara fiziki təzyiq göstərib, döyməyə çalışıb. Olayla bağlı artıq polisə məlumat verilib. Futbolçu qəzetin redaktoru Rəşad Ergünə hücum edib, ona ciddi xəsarətlər yetirib. Faktla bağlı Nəsimi Rayon Polis İdarəsi 20-ci polis bölməsində redaktordan və qəzetin əməkdaşları - Natiq Muxtarlı və Kənan Məstəliyevdən izahat alınıb. Redaksiyada dəymiş ziyan aktlaşdırılıb. Rəşad Ergün sabah tibbi ekspertizadan keçəcək. Mahmud Qurbanov isə hələ dindirilməyib.
Məlumat üçün bildirək ki, çapı texniki səbəb görə sabaha təxirə salınan "KomanA" qəzetində hadisəylə bağlı tam ətraflı məlumat ala bilərsiz.
