
| # | Komanda | O | Q | H | M | T-F | X |
| 1 | Neftçi | 18 | 12 | 1 | 5 | 37-16 | 37 |
| 2 | İnter | 18 | 10 | 6 | 2 | 17-9 | 36 |
| 3 | Xəzər L. | 18 | 10 | 5 | 3 | 27-17 | 35 |
| 4 | Qarabağ | 18 | 8 | 5 | 5 | 20-14 | 29 |
| 5 | Bakı | 18 | 8 | 5 | 5 | 23-16 | 29 |
| 6 | Qəbələ | 18 | 7 | 5 | 6 | 18-19 | 26 |
| 7 | AZAL | 18 | 6 | 5 | 7 | 26-28 | 23 |
| 8 | Rəvan | 18 | 5 | 7 | 6 | 21-22 | 22 |
| 9 | Simurq | 18 | 5 | 4 | 9 | 18-27 | 19 |
| 10 | Kəpəz | 18 | 4 | 4 | 10 | 21-34 | 16 |
| 11 | Sumqayıt Ş. | 18 | 4 | 3 | 11 | 13-23 | 15 |
| 12 | Turan | 18 | 3 | 2 | 13 | 10-26 | 11 |
| # | Oyunçu | Komanda | Q |
| 1 | Bahodir Nasimov | Neftçi | 11 |
| 2 | Robertas Poşkus | Simurq | 8 |
| 3 | Tales Şütz | AZAL | 8 |
| 4 | Flavio Aleks Valensio | Neftçi | 7 |
| 5 | Uinston Parks | Bakı | 6 |
| 6 | Luiz Paulo Hilario | Qəbələ | 6 |
"Muğan"ın "Bakı"nı məğlub etməsi diqqətləri Salyan klubuna yönəldib. Komandanın yeni transferinin klubun rəsmi saytına verdiyi müsahibədə iddialı açıqlamaların olması məlum məsələdi: "Muğan" hazırda Premyer Liqanın ən perspektivli klublarından biridi və bu komandada çıxış etmək mənim üçün çox xoşdur. Burada öz sözümü deyəcəyimə inanıram. Son mövsüm mənim üçün bir o qədər də uğurlu keçmədi. Məndən gözlənilən oyunu burada sərgiləyə biləcəm".
"Bakı"ya vurulan qolun müəllifi həmin oyunda komandasının rəqibdən üstün olduğunu deyib: "Bu oyunda "Muğan"ın heyətində ilk qolumu vurdum və bu qolun oyunda həlledici olması məni çox sevindirdi. Lakin qeyd etməliyəm ki, komanda yoldaşlarım da bu matçda çox gözəl oyun nümayiş etdirdilər və "Muğan" sözün əsl mənasında meydandakı üstün olan tərəf idi. Qısacası zəhmətimiz hədər getmədi".
Qutyerres perspektiv haqda da danışıb: "Əgər itkisiz oynasaq, ilk "altılıq"da yer ala bilərik. Bəzən aparıcı oyunçuların zədəli və ya cəzalı olması komandanın istədiyi kimi oyun qurmasına mane olur. Bu çox önəmli amildir. Komanda həqiqətən yaxşı səviyyədədir və ilk altılığa düşməyə layiqdir".