
| # | Komanda | O | Q | H | M | T-F | X |
| 1 | Neftçi | 18 | 12 | 1 | 5 | 37-16 | 37 |
| 2 | İnter | 18 | 10 | 6 | 2 | 17-9 | 36 |
| 3 | Xəzər L. | 18 | 10 | 5 | 3 | 27-17 | 35 |
| 4 | Qarabağ | 18 | 8 | 5 | 5 | 20-14 | 29 |
| 5 | Bakı | 18 | 8 | 5 | 5 | 23-16 | 29 |
| 6 | Qəbələ | 18 | 7 | 5 | 6 | 18-19 | 26 |
| 7 | AZAL | 18 | 6 | 5 | 7 | 26-28 | 23 |
| 8 | Rəvan | 18 | 5 | 7 | 6 | 21-22 | 22 |
| 9 | Simurq | 18 | 5 | 4 | 9 | 18-27 | 19 |
| 10 | Kəpəz | 18 | 4 | 4 | 10 | 21-34 | 16 |
| 11 | Sumqayıt Ş. | 18 | 4 | 3 | 11 | 13-23 | 15 |
| 12 | Turan | 18 | 3 | 2 | 13 | 10-26 | 11 |
| # | Oyunçu | Komanda | Q |
| 1 | Bahodir Nasimov | Neftçi | 11 |
| 2 | Robertas Poşkus | Simurq | 8 |
| 3 | Tales Şütz | AZAL | 8 |
| 4 | Flavio Aleks Valensio | Neftçi | 7 |
| 5 | Uinston Parks | Bakı | 6 |
| 6 | Luiz Paulo Hilario | Qəbələ | 6 |
"Qarabağ" gənc komandadı və heyətdə vətənpərvər qəhrəmanlar yer alıb"
"İnanın ki, bura Dubay deyil".
"Bakı"nın yeni baş məşqçisi almaniyalı Vinfred Şafer Avropa Liqasının pley-off mərhələsində üz-üzə gələcək "Borussiya" (Dortmund) və "Qarabağ" oyunu haqda fikirlərini bölüşüb. Onun Almaniya mətbuatında dərc olunan müsahibəsində maraqlı fikirlər var. Məsələn, Şafer "Borussiya"ya rəqibin əlinə düşən tarixi şansdan və əsas heyətin əksəriyyətini təşkil edən yerli futbolçuların vətənpərlik hissiylə oyuna yanaşdıqlarını diqqətə almağı məsləhət bilib: "Dortmund klubu həqiqətən güclüdü. Ancaq bu komandayla oyun onlara heç də asan başa gəlməyəcək. Bu, "Qarabağ"ın əlinə düşən tarixi şansdı. Azərbaycanın ilk komandasıdı ki, qrup mərəhələsinin bir addımlığındadı. Hazırda klub bu istəklə mübarizə aparır. Onlar ağacdan düşməyiblər. Polşa vitse-çempionu "Visla"nı mübarizədən kənarlaşdırıblar. "Qarabağ" gənc komandadı və heyətdə vətənpərvər qəhrəmanlar yer alıb. Demək olar ki, komandanın bütün futbolçuları yerlilərdən təşkil olunub. Onlar isə çox güclü mənəvi qüvvəyə sahibdilər".
Şafer "Qarabağ"ın bu cütün mübarizəsində maksimum edə biləcəyi haqda verilən sualə belə cavablandırıb: "Borussiya" öz meydanında daha ehtiyatlı olmalıdı. "Qarabağ" komanda şəklində çox güclü əks-hücumlar edir. Xüsusən, Rauf Əliyevin hücumda iştirakı təhlükəli nəticələnir. Ancaq Əfran İsmayılovun zədəli olması onların şansını bir qədər azaldır. Həm də gənc futbolçuların 81 minlik azarkeş qarşısında özlərini necə hiss edəcəkləri də vacib amildi".
Müsahibənin müəllifi Şaferdən Azərbaycan futbolu haqda qısa anket də ala bilib: "Hazırda 4 klub ikinci liqada mübarizə apara bilər. Azərbaycan futbolu yeni inkişaf mərhələsindədi. Məhz buna görə də biz Avropa məşqçiləri buradayıq. Burda hər şey çox dinamik inkişaf edir. Futbolun inkişafında neftdən gələn gəlirin rolu olsa da, futbolçuların məvacibi elə də yüksək deyil. Təsəvvür edin ki, Joel Epalle burada "Boxum"da qazandığından az pul alır. İnanın ki, bura Dubay deyil".