1
2
3
4
5
6
7
8
9
10
11
P.S.
MƏMMƏDOVUN "NİSYƏ CAVABLARI"... (YAZI)
HAKİM-İNSPEKTORLARIN SEMİNARINDA RAMİN MUSAYEV "İZDİHAMI"... // PFL prezidenti gedir, yoxsa qalır? EKSKLÜZİV!
Turnir cədvəli
# Komanda O Q H M T-F X
1 Neftçi 18 12 1 5 37-16 37
2 İnter 18 10 6 2 17-9 36
3 Xəzər L. 18 10 5 3 27-17 35
4 Qarabağ 18 8 5 5 20-14 29
5 Bakı 18 8 5 5 23-16 29
6 Qəbələ 18 7 5 6 18-19 26
7 AZAL 18 6 5 7 26-28 23
8 Rəvan 18 5 7 6 21-22 22
9 Simurq 18 5 4 9 18-27 19
10 Kəpəz 18 4 4 10 21-34 16
11 Sumqayıt Ş. 18 4 3 11 13-23 15
12 Turan 18 3 2 13 10-26 11
Bombardirlər
# Oyunçu Komanda Q
1 Bahodir Nasimov Neftçi 11
2 Robertas Poşkus Simurq 8
3 Tales Şütz AZAL 8
4 Flavio Aleks Valensio Neftçi 7
5 Uinston Parks Bakı 6
6 Luiz Paulo Hilario Qəbələ 6
Arxiv
Həftənin xəbər hiti
Dost saytlar

Facebook
Ümumi idman
SİNQAPURDAN XOŞ XƏBƏRLƏR! (YENİLƏNİB)
SİNQAPURDAN XOŞ XƏBƏRLƏR! (YENİLƏNİB)
25.08.2010 10:54

Sinqapurda keçirilən Yeniyetmələrin I Olimpiya Yay Oyunlarında Azərbaycan idmançılarının uğurlu çıxışı diqqət çəkir. Buna qədər, Maqomedabirovdan öncə Murad Bazarov (42 kq), Elman Muxtarov (52 kq), Patimat Baqometova (52 kq), Nicat Rəhimov (69 kq) qızıl, Kənan Quliyev (54 kq) gümüş medala yiyələnmişdilər.
Bu gün isə sərbəst güləşçi Əli Maqomedabirov (100 kq) qızıl medal qazanıb. Əli ilk görüşdə monqolustanlı Oyunbold Enxtugsə (3:1), daha sonra gürcüstanlı Geno Petriaşviliyə (3:0) hesabı ilə qalib gəlib. Yarımfinalda Manuolefoaga Sualevaya (Amerika Samoası), finalda isə Xesus Konyedonu (Kuba) da məğlub edərək olimpiya çempionu tituluna sahiblənib.
Qeyd edək ki, 205 ölkənin qatıldığı yarışda medal qazanan 46 ölkə arasında medal əyarında ikinci, medal sayında isə 4-cü pillədədi.
Hələlik təmsilçilərimiz 5 qızıl, 1 gümüş medal qazanıblar. Medal sayında isə 11 medala (4 qızıl, 4 gümüş, 3 bürünc) malik Rusiya öndədir. Çin ikinci, 3 qızıl, 3 gümüş, 1 bürünc medalı olan İtaliya üçüncüdür.

----------         ------------         -------------           ------------

Bu gün (18.08.2010) 73 kq-da yarışan taekvandoçumuz Səbuhi İsmayılzadə tatami üzərinə çıxıb. Lakin onun ilk cəhdi uğursuz alınıb. Surinamlı Toş Van Dijklə qarşılaşan təmsilçimiz 6:7 hesabı ilə uduzaraq mübarizəni erkən dayandırıb.

---------         ------------          ---------------          ---------------

Bu gün (21 avqust) Azərbaycan komandası son beş çəkidə müvarizəyə qoşulacaq. Onlardan biri - 66 kq çəki dərəcəsində mübarizə aparan cüdoçu Cəlil Cəlilov ilk görüşdə andorralı Patrik Ferreyra Martinslə qarşılaşıb və rəqibinə ippon fəndi ilə qalib gəlib. Lakin Cəlilin ikinci cəhdi uğursuz alınıb. ABŞ təmsilçisi Maksimiliam Şneyder güclü olub. İdmançı bürünc medal qazanmaq şansını da boşa verib: təsəlliverici mərhələdə danimarkalı Puç Çaya da yenilib. Bununla da Cəlil Sinqapurdakı çıxışını medalsız başa vurub.
Bu gün həmçinin boks üzrə dünya çempionları - Salman Əlizadə (48 kq) və Şaban Şahpələngov (51 kq), həmçinin Elvin İsayev (57 kq) və 1 nəfərlik kanoe qayıqla avarçəkmə yarışçısı Radoslav Kutsev mübarizəyə başlayacaq. O özünü 420 metr məsafəyə yürüşdə sınayaycaq.

57 kq çəki dərəcəsində döyüşən boksçu Elvin İsayev ilk döyüşdə monqol Anand Daşdorju vaxtından əvvəl məğlub edib - 13:2. Bununla da Elvin yarımfinala vəsiqə qazanıb.
Digər boksçumuz Şaban Şahpələngov isə uğursuz çıxış edib. 51 kq çəkisi olan təmsilçimiz misirli Heşam Abdellala yenilib.
1 nəfərlik kanoe qayıqla avarçəkmə yarışçısı Radoslav Kutsev 420 metr məsafəyə yürüşdə Moldova təmsilçisi Aleksandr Tiqanla müvarizədə qalib gəlib. O, bu mərhələdə Pedro Kastanedaya məğlub olsa da, 1/4 finala vəsiqə qazanıb. Kutsev sabah Kuba avarçəkəni Osvaldo Saserio Kardenasla yarışacaq.

------------            ----------------              -----------------            -------------

Bu gün boksçu Salman Əlizadə də (48 kq) sinqapurlu Moxda Xamidi 9:1 hesabı ilə yenərək, finala çıxıb. Onun finaldakı rəqibi Rayan Bernet (İrlandiya) - Zohicon Xurboyev (Özbəkistan) cütünün qalibi olacaq. Elvin İsayev (57 kq) bu gün yarımfinalda Venesuela təmsilçisi Fradimir Makayonu məğlub edərək finala çıxıb.
Kanoe növündə 1/4 finala qədər irəliləyən Radoslav Kutsev Kuba avarçəkəni Osvaldo Saserio Kardenasa məğlub olaraq mübarizəni tərk edib.

--------------          ---------------             ---------------          ------------

Beləliklə, Yay Olimpiya Oyunları başa çatdı. Yarışa 12 idmançı ilə yarışa qatılan Azərbaycan yığması 8 medalla (5 qızıl və 3 gümüş medal qazanıblar) döndü. Olimpiadada milli komandamızın heyətində Murad Bazarov (42 kq), Elman Muxtarov (52 kq), Patimat Baqometova (52 kq), Nicat Rəhimov (69 kq), Əli Maqomedabirov (100 kq) qızıl, Kənan Quliyev (54 kq), Salman Əlizadə (48 kq) və Elvin İsayev (57 kq) gümüş medala yiyələniblər.

------------         ---------------             --------------              --------------

Beləliklə, yeniyetmələr arasında birinci Yay Olimpiya Oyunları başa çatdı. Yarışı yekununa görə 12 nəfərlik heyətlə Azərbaycan komandası medal qazanan ölkələrin siyahısında 11-ci yeri tutaraq, ABŞ, Almaniya, Böyük Britaniya və digər aparıcı idman ölkələrini qabaqlamağı bacarıb.
Yığma komanda MDB ölkələri arasında yalnız Rusiya və Ukraynadan geri qalıb. Ermənistan isə yarışda çempionluq sevinci yaşamayıb. Onlar 1 gümüş və 3 bürünc medalla 68-ci olublar.
Azərbaycan komandası qazandığı ümumi nəticəylə Avropa ölkələri arasında yalnız Rusiya, Ukrayna, İtaliya, Macarıstan və Fransadan geri qalıb.
Medal qazanan ölkələr arasında 1-ci yeri Çin atletləri tutublar. Onlar 30 qızıl, 16 gümüş və 5 bürünc medala sahib olublar. 45 medal (19 qızıl, 15 gümüş və 11 bürünc) qazanan Rusiya ikinci, 20 dəfə fəxri kürsüyə yüksələn (11 qızıl, 5 gümüş və 4 bürünc) Cənubi Koreya yığması isə üçüncü olub.

133 dəfə oxunub Share/Save/Bookmark
Şərh yaz:
Ad/Soyad:

E-mail:

Şərhiniz:



Əlavə edilən şərhlər Azərbaycan Respublikası qanunlarına və etikaya zidd olarsa, administrator tərəfindən redaktə edilə və ya silinə bilər.
 
Yazarlar
Gey Parad və...
Günay ELTAC
Günay ELTAC
"FutbolPress" 2012 
Xəndan ƏLİZADƏ
Xəndan ƏLİZADƏ
"Oxu" meydanı
ANTALYA KAMPINDAN PREVYU (YAZI)
"PERŞƏKARLAR" // Müasir futbolun abırsızlığı. Futbol totalizatoru (IX FƏSİL)
Xəbər-Xronika