1
2
3
4
5
6
7
8
9
10
11
P.S.
MƏMMƏDOVUN "NİSYƏ CAVABLARI"... (YAZI)
HAKİM-İNSPEKTORLARIN SEMİNARINDA RAMİN MUSAYEV "İZDİHAMI"... // PFL prezidenti gedir, yoxsa qalır? EKSKLÜZİV!
Turnir cədvəli
# Komanda O Q H M T-F X
1 Neftçi 18 12 1 5 37-16 37
2 İnter 18 10 6 2 17-9 36
3 Xəzər L. 18 10 5 3 27-17 35
4 Qarabağ 18 8 5 5 20-14 29
5 Bakı 18 8 5 5 23-16 29
6 Qəbələ 18 7 5 6 18-19 26
7 AZAL 18 6 5 7 26-28 23
8 Rəvan 18 5 7 6 21-22 22
9 Simurq 18 5 4 9 18-27 19
10 Kəpəz 18 4 4 10 21-34 16
11 Sumqayıt Ş. 18 4 3 11 13-23 15
12 Turan 18 3 2 13 10-26 11
Bombardirlər
# Oyunçu Komanda Q
1 Bahodir Nasimov Neftçi 11
2 Robertas Poşkus Simurq 8
3 Tales Şütz AZAL 8
4 Flavio Aleks Valensio Neftçi 7
5 Uinston Parks Bakı 6
6 Luiz Paulo Hilario Qəbələ 6
Arxiv
Həftənin xəbər hiti
Dost saytlar

Facebook
Futbol Panorama
YERİNDƏ ADDIMLA: 1-1
YERİNDƏ ADDIMLA: 1-1
12.08.2010 00:03

Foqtsun "eksperiment" limiti dolur

Avropa çempionatına seçmə mərhələ öncəsi Azərbaycan yığması son yoldaşlıq oyununu keçirdi. Tofiq Bəhramov adına Respublika stadionunda Küveytlə qarşılaşma heç-heçə oldu. İlk qolu birinci hissənin sonuna yaxın Elvin Məmmədov vurdu. Ancaq ikinci hissədə tempi və sistemi sabit saxlayan rəqib komanda bunun məntiqi nəticəsinə nail oldu - 1:1.

Berti Foqtsun komandası oyunun əvvəllərində "iştahlı" görünsə də"şeyxlər" asan yem olmadıqlarını göstərdilər. Oyunun 60-cı dəqiqəsindən sonra tədricən sürət aşağı düşdü. Vaqif Cavadov və Mahir Şükürov onlardan gözləniləni tam verə bilmədi. İkincinin cinahdakı müəyyən fəallığı fonunda Cavadov ələ düşən imkanlardan heç faydalanmadı. O, oyuna tam hazır olmadığını göstərdi, amma məşqçi onun əvəzinə Fərid Quliyevi əvəzlədi. Şükürov isə oyunun əsasən onun cinahı üzərindən qurulduğunu bilsə də, bir neçə dəfə sürəti aşağı salır və ya topla lazımsız davranışa yol verirdi; təbii, yaxşı ötürmələrini də nəzərə almaq şərtiylə.

Üstəlik, komandanın oyunu heç də ürəkaçan olmadı. Əgər küveytlilər cinah keçidlərinə aludə olub məşqçinin şablon üslubundan yeri gəldikcə çıxsaydılar, onlar qalib gələ bilərdilər. Bizim futbolçular mərkəzdə rəqibi asudə qoymuşdu. Bundan başqa, uzaqdan zərbələr heç olmadı. Hansı ki, müdafiəni yarıb keçmək əlverişli variant deyildi, çünki onlar müdafiədə çoxluq yaradırdılar.

Foqts komandada irəliləyiş yaratdığı bu dəfə hiss olunmadı. Məşqçinin işi ən azı futbolçuların bir-birinə sağlam ötürmələr verməyindədi. Əgər bu alınmırsa, oyunda xətlər arasında münasibət baş tutmurdusa, bu məsuliyyət birbaşa Foqtsun üzərinə düşür. Daha futbolçuların mövqeyi üzərində oynayıb bunu taktiki yoxlama adlandırmaq yaraşmaz...

AZƏRBAYCAN - KÜVEYT - 1:1
Qollar: Elvin Məmmədov, 41 - Bader Almutva, 82
Baş hakim: Sergey Karasyov (Rusiya)

119 dəfə oxunub Share/Save/Bookmark
Şərh yaz:
Ad/Soyad:

E-mail:

Şərhiniz:



Əlavə edilən şərhlər Azərbaycan Respublikası qanunlarına və etikaya zidd olarsa, administrator tərəfindən redaktə edilə və ya silinə bilər.
 
Yazarlar
Gey Parad və...
Günay ELTAC
Günay ELTAC
"FutbolPress" 2012 
Xəndan ƏLİZADƏ
Xəndan ƏLİZADƏ
"Oxu" meydanı
ANTALYA KAMPINDAN PREVYU (YAZI)
"PERŞƏKARLAR" // Müasir futbolun abırsızlığı. Futbol totalizatoru (IX FƏSİL)
Xəbər-Xronika