
| # | Komanda | O | Q | H | M | T-F | X |
| 1 | Neftçi | 18 | 12 | 1 | 5 | 37-16 | 37 |
| 2 | İnter | 18 | 10 | 6 | 2 | 17-9 | 36 |
| 3 | Xəzər L. | 18 | 10 | 5 | 3 | 27-17 | 35 |
| 4 | Qarabağ | 18 | 8 | 5 | 5 | 20-14 | 29 |
| 5 | Bakı | 18 | 8 | 5 | 5 | 23-16 | 29 |
| 6 | Qəbələ | 18 | 7 | 5 | 6 | 18-19 | 26 |
| 7 | AZAL | 18 | 6 | 5 | 7 | 26-28 | 23 |
| 8 | Rəvan | 18 | 5 | 7 | 6 | 21-22 | 22 |
| 9 | Simurq | 18 | 5 | 4 | 9 | 18-27 | 19 |
| 10 | Kəpəz | 18 | 4 | 4 | 10 | 21-34 | 16 |
| 11 | Sumqayıt Ş. | 18 | 4 | 3 | 11 | 13-23 | 15 |
| 12 | Turan | 18 | 3 | 2 | 13 | 10-26 | 11 |
| # | Oyunçu | Komanda | Q |
| 1 | Bahodir Nasimov | Neftçi | 11 |
| 2 | Robertas Poşkus | Simurq | 8 |
| 3 | Tales Şütz | AZAL | 8 |
| 4 | Flavio Aleks Valensio | Neftçi | 7 |
| 5 | Uinston Parks | Bakı | 6 |
| 6 | Luiz Paulo Hilario | Qəbələ | 6 |
Yerli futbolçulara kəm baxanın gözlərinə qan damar...
Berti Foqts niyə Bakıda "Qarabağ"ı qoyub, burdan Polşaya "İnter", ordan da Çernoqoriyaya "Bakı"nın oyununa baxmağa getdi?
Elə şey olar?! Necə yəni...
Azərbaycan milli komandasının yarısından çoxu "Qarabağ"lıdı axı... "İnter"dən isə yalnız Vladimir Levin və Çertoqanov kimi azərbaycanlı olmayan (sanki bunlar azərbaycanlı deyilsə, insan deyil), "Bakı"da da arabir Cəmşid Məhərrəmov və yenə bir qeyri-azərbaycanlı Fabio Luis Ramim çağırılır yığmaya.
Bir tərəfdən baxanda, haqlı şüvənlikdi: Foqts özünü nə hesab edir ki, burdakı oyunu qoyub, gedir mənasız səfərlərə..?
Ancaq müasir dünyada belə tənqidlər "giley-güzar" janrına (təzə çıxıb) aid edildiyi üçün təsir qüvvəsini itirib. İndi gərək birbaşa deyəsən ki, bu məsələnin kökü Elxan Məmmədov - Ramin Musayev münasibətlərindən qaynaqlanır. Çünki belədi. Həyatın özündən misallar çəkmək lazımdı.
Məmmədovla Musayev arasında münasibətlər "səhnədə" "mehriban düşmən", "kulisdə" didişmələrlə zəngindi. Onların bir-birini görməyə gözü yoxdu...
Məmmədov öz imkanlarından istifadə edib Musayevin dayaqlarına zərbə vurur, Musayev də əksinə.. Hələ ki, tam üstünlük yoxdu. Ancaq proseslərin gedişi Məmmədovun intelligentliliyinin işə yarayacağı qənaətini yaradır. Məsələn, kim Foqtsun məhz Elxan Məmmədovun təşəbbüsüylə Polşa və Çernoqoriyaya ezam olunduğunu inkar edə bilər? Bu, belədi.
Öz aramızda bildiyimizə görə, "Qarabağ" Musayevin simpatiya mənbəyidi. Bir az diqqətli olan oxucu Foqstun mütəmadi bu komandanın bostanını top atəşinə tutmasının da səbəbini özüyçün ayırd edə bilər.
Əgər bunu ayırd edə bilirsizsə, daha Foqtsun məntiqsiz görünən ezamiyyətlərinin məntiqini deməyə ehtiyac qalmır.
Qaldı ki Foqtsun özünə, o, yığma komandanı yığa bilib. Bir az səliqəli futbol görürük. Mən bir daha razı olmaram ki, kimsə Foqtsa verilən pulların filan qədərdə birini yerli məşqçiyə verməklə eyni nəticənin mümkünlüyünü iddia etsin. Yerli məşqçilərin ən yaxşılarından biri də Diniyev idi, ondan da xilas olana qədər milli "insulta" tutlmuşdu.
Yaxın 5-7 ildə yerli məşqçi millinin yalnız həndəvərinə buraxılmalıdı. Qoy hələ öyrənsinlər... Qətiyyəti, təcrübəni, inamlı futbolu, istefa bacarığını...
Elxan Məmmədova isə bir şeyi arzu edirəm: Ramin Musayev kimi rəqibdənsə, bir normal azəricə kəlmən olsun. Bizdən sizə futbolçuların sayını 90 minə çatdıracağınız günə qədər səbr diləmək qalır. Foqtsu özünüzə çox öyrəşdirməyin, ola bilər ki o bir müddət sizsiz işlədi bu vəzifəsində... Nə bilmək olar; həyatın özündən misallar çəkmək lazımdı...
E L Ç ! N