1
2
3
4
5
6
7
8
9
10
11
P.S.
MƏMMƏDOVUN "NİSYƏ CAVABLARI"... (YAZI)
HAKİM-İNSPEKTORLARIN SEMİNARINDA RAMİN MUSAYEV "İZDİHAMI"... // PFL prezidenti gedir, yoxsa qalır? EKSKLÜZİV!
Turnir cədvəli
# Komanda O Q H M T-F X
1 Neftçi 18 12 1 5 37-16 37
2 İnter 18 10 6 2 17-9 36
3 Xəzər L. 18 10 5 3 27-17 35
4 Qarabağ 18 8 5 5 20-14 29
5 Bakı 18 8 5 5 23-16 29
6 Qəbələ 18 7 5 6 18-19 26
7 AZAL 18 6 5 7 26-28 23
8 Rəvan 18 5 7 6 21-22 22
9 Simurq 18 5 4 9 18-27 19
10 Kəpəz 18 4 4 10 21-34 16
11 Sumqayıt Ş. 18 4 3 11 13-23 15
12 Turan 18 3 2 13 10-26 11
Bombardirlər
# Oyunçu Komanda Q
1 Bahodir Nasimov Neftçi 11
2 Robertas Poşkus Simurq 8
3 Tales Şütz AZAL 8
4 Flavio Aleks Valensio Neftçi 7
5 Uinston Parks Bakı 6
6 Luiz Paulo Hilario Qəbələ 6
Arxiv
Həftənin xəbər hiti
Dost saytlar

Facebook
Ölkə futbolu
"PORTADAUN": "QARABAĞ"IN II QURBANI...
"PORTADAUN": "QARABAĞ"IN II QURBANI...
23.07.2010 02:34

"Bakı": hər iki oyunda qələbə. Nəticədə texniki "pazor"

"Qarabağ" Avropa Liqasının II təsnifat mərhələsində dördüncü oyununa çıxırdı. "Bakı" isə ikinci.

Ağdam təmsilçisi I mərhələdə Makedoniya "Metalurq"unu evdə darmadağın (4:1), səfərdə isə "sülh" (1:1) hesabına keçmişdi. Növbəti mərhələdə daha samballı ad - Şimali İrlandiyanın "Portadaun" komandası.

İlk oyunda Qurban Qurbanovun komandası göstərdiyi oyunla "Portadaun"un
başına "oyun" açdı. Hesabı rəqib açır, ardınca vurulan qollarla Azərbaycan komandası qalib gəlir (1:2) - belə nəticə daha bizə yad olmayacaq. Ölkə çempionatı ərzində vaxtaşırı tənqidlərə məruz qalan Qurbanovun futbolu səbrli olmağın mükafatını qazanır...

Bakıdakı matçda "Portadaun"un rəqibdən çəkindiyi görünürdü. "Qarabağ" həmlələr etdi, cinah keçidləri və fərdi reydləriylə göstərdi ki, komanda oyunu Azərbaycanda da mümkündü. Əfran kimi futbolçunun yetişməyi də gözünüzün önündədi. Görürsüz ki, işləmək və sadəcə, BİRLİKDƏ OYNAMAQ qələbə gətirir...

...Yenə şimaldakı irlandlar hesabı açdı, ancaq buna qədər olan real imkanlar, sonradan vurulan qolun (1:1) məntiqli, adlanan mərhələnin haqq olduğunu deməyə əsasdı. Qurbanov oyundan sonrakı konfransda hər şeydən əvvəl bunu vurğuladı: "Real qol imkanlarını boşa vermək problemə çevrilməmiş bunun üzərində işləməliyik".

III mərhələdə bir çıxış yolu var: "Visla"ya qarşı yaxşı oynamaq. "Qarabağ" bundan sonra uduzsa da olar, ancaq yaxşı oynamasa...

"Bakı" isə bir şeyi düşünür: "pazor".
"Buduçnost"a evdə qalib gələsən (2:1), oyundan sonra mətbuat sənə xatırlada ki, Epallenin cəzası varmış, onu oynatmaq texniki məğlubiyyətə səbəb olacaq və belə də ola. Səfərdə yenə 1:2 hesablı qələbə qzanasan, ancaq rəqib növbəti mərhələyə adlaya. Sadəcə, klub anlayışının Azərbaycanda qətiyyən normalara uyğun gəlmədiyi aydın göründü. Özü də "Bakı" mətbuat xidmətindəki əməkdaşların kəmiyyətinə görə öndədi. Çoxluq axırda bir xətaya yol verdi.

Azarkeşə üzüntü, sizə dərs... Onu-bunu günahkar çıxarmaqdansa, yaxşıca düşünün: klub nə deməkdi..? Artıq futbola "oyuncaq" kimi yanaşanlar meydanda tab gətirmir, pullar əriyir...

"QARABAĞ" (AZƏRBAYCAN) - "PORTADAUN" (ŞİMALİ İRLANDİYA) - 1:1
Qollar: Əfran İsmayılov, 83 - Kevin Braniff, 71
Baş hakim: İqor Pristovnik
İlk oyun - 2:1

"BUDUÇNOST" (ÇERNOQORİYA) - "BAKI" (AZƏRBAYCAN) - 1:2
Qollar: Nenad Brnoviç, 64 - Aleksandar Şoliç, 28, Jaba, 42
Baş hakim: Dimitrios Kalopoulos
İlk oyun - 3:0 (tex. məğlubiyyət)

142 dəfə oxunub Share/Save/Bookmark
Şərh yaz:
Ad/Soyad:

E-mail:

Şərhiniz:



Əlavə edilən şərhlər Azərbaycan Respublikası qanunlarına və etikaya zidd olarsa, administrator tərəfindən redaktə edilə və ya silinə bilər.
 
Yazarlar
Gey Parad və...
Günay ELTAC
Günay ELTAC
"FutbolPress" 2012 
Xəndan ƏLİZADƏ
Xəndan ƏLİZADƏ
"Oxu" meydanı
ANTALYA KAMPINDAN PREVYU (YAZI)
"PERŞƏKARLAR" // Müasir futbolun abırsızlığı. Futbol totalizatoru (IX FƏSİL)
Xəbər-Xronika