
| # | Komanda | O | Q | H | M | T-F | X |
| 1 | Neftçi | 18 | 12 | 1 | 5 | 37-16 | 37 |
| 2 | İnter | 18 | 10 | 6 | 2 | 17-9 | 36 |
| 3 | Xəzər L. | 18 | 10 | 5 | 3 | 27-17 | 35 |
| 4 | Qarabağ | 18 | 8 | 5 | 5 | 20-14 | 29 |
| 5 | Bakı | 18 | 8 | 5 | 5 | 23-16 | 29 |
| 6 | Qəbələ | 18 | 7 | 5 | 6 | 18-19 | 26 |
| 7 | AZAL | 18 | 6 | 5 | 7 | 26-28 | 23 |
| 8 | Rəvan | 18 | 5 | 7 | 6 | 21-22 | 22 |
| 9 | Simurq | 18 | 5 | 4 | 9 | 18-27 | 19 |
| 10 | Kəpəz | 18 | 4 | 4 | 10 | 21-34 | 16 |
| 11 | Sumqayıt Ş. | 18 | 4 | 3 | 11 | 13-23 | 15 |
| 12 | Turan | 18 | 3 | 2 | 13 | 10-26 | 11 |
| # | Oyunçu | Komanda | Q |
| 1 | Bahodir Nasimov | Neftçi | 11 |
| 2 | Robertas Poşkus | Simurq | 8 |
| 3 | Tales Şütz | AZAL | 8 |
| 4 | Flavio Aleks Valensio | Neftçi | 7 |
| 5 | Uinston Parks | Bakı | 6 |
| 6 | Luiz Paulo Hilario | Qəbələ | 6 |
Bu gün "Buduçnost"a 3 cavabsız qol vurulmalıdı
"Bakı"nın Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyununda "Buduçnost"la qarşılaşmada qazandığı nəticə (2:1) ləğv olunub. Hələ iki gün əvvəl "Bakı"nın yeni transferi kamerunlu Joel Epallenin cəzalı halda meydana çıxdığı və UEFA-nın bu texniki nöqsana görə "Bakı"ya texniki məğlubiyyət verdiyi haqda qeyri-rəsmi məlumatlar yayılmışdı.
Xəbərin klub tərəfindən gizlədilməsi çox şəkə bilməzdi və belə də oldu. Epalle 2006/07 mövsümündə "İraklis"in (Yunanıstan) heyətində "Visla"ya (Polşa) qarşı ilk oyunda birbaşa qırmızı vərəqə aldığı üçün ən azı 2 oyunluq diskvalifikasiya edilib. O vaxt cavab oyununu buraxsa da, bir oyunluq cəzası qalıb.
Ondan sonra heyətində olduğu komandalar avrokuboklarda oynamadığı üçün cəzası aktiv qalan futbolçunun "Bakı"da oyuna çıxması birmənalı klubun mətbuat xidmətinin səriştəsizliyinin göstəricisidi.
UEFA bu gün "Bakı"ya göndərdiyi faksda təmsilçimizə 0:3 hesablı məğlubiyyət verildiyini açıqlayıb. Bundan başqa, paytaxt klubu 3 min avro cərimələnib. 1 oyunluq cəzası qalan Epalle isə bundan sonra daha iki oyun buraxmalı olacaq. İndi "Bakı" mərhələ adlamaq üçün səfərdə ən azı 3:0 hesablı qələbə qazanmalı və oyunu əlavə vaxta aparmalıdır.