
| # | Komanda | O | Q | H | M | T-F | X |
| 1 | Neftçi | 18 | 12 | 1 | 5 | 37-16 | 37 |
| 2 | İnter | 18 | 10 | 6 | 2 | 17-9 | 36 |
| 3 | Xəzər L. | 18 | 10 | 5 | 3 | 27-17 | 35 |
| 4 | Qarabağ | 18 | 8 | 5 | 5 | 20-14 | 29 |
| 5 | Bakı | 18 | 8 | 5 | 5 | 23-16 | 29 |
| 6 | Qəbələ | 18 | 7 | 5 | 6 | 18-19 | 26 |
| 7 | AZAL | 18 | 6 | 5 | 7 | 26-28 | 23 |
| 8 | Rəvan | 18 | 5 | 7 | 6 | 21-22 | 22 |
| 9 | Simurq | 18 | 5 | 4 | 9 | 18-27 | 19 |
| 10 | Kəpəz | 18 | 4 | 4 | 10 | 21-34 | 16 |
| 11 | Sumqayıt Ş. | 18 | 4 | 3 | 11 | 13-23 | 15 |
| 12 | Turan | 18 | 3 | 2 | 13 | 10-26 | 11 |
| # | Oyunçu | Komanda | Q |
| 1 | Bahodir Nasimov | Neftçi | 11 |
| 2 | Robertas Poşkus | Simurq | 8 |
| 3 | Tales Şütz | AZAL | 8 |
| 4 | Flavio Aleks Valensio | Neftçi | 7 |
| 5 | Uinston Parks | Bakı | 6 |
| 6 | Luiz Paulo Hilario | Qəbələ | 6 |
Proqnoz ozünü doğrultdu. "İnter" "Lex"i keçə bilmədi. Amma etiraf edək ki, proqnozun alt-üst olmasına az qalmışdı.
Əslində çempionumuz gözləmədiyimiz bir işin öhdəsindən gəldi. Polşa klubunu elə Polşada məğlub etdi. Bu qələbə ilə deyərdim ki, "İnter" özü üçün müəyyən tənqidlər söyləməyə əsas verdi.
Bəli, Polşa futbolu bizdən güclüdür. Amma bu dəfə ki "Lex" nə "Karvan"ı və nə də "Xəzər Lənkaran"ı məğlub edən komanda deyildi. Bu, o komandadan zəif idi. Amma təəssüf ki, "İnter" onu keçəcək gücdə deyildi.
Hələ birinci oyunda Bakı klubu məğlubiyyəti ilə barışmasaydı, oyuna qələbə əzmi ilə çıxsaydı "Lex" elə Bakıda məğlub ediləcəkdi. Amma Bakıdakı oyundan sonra "İnter" anladı ki, bu komandanı keçmək olar və keçdi də. Amma komandada nə penalti qaytaran qapıçı, nə də penalti vura bilən oyunçu tapılmadı.
"İnter" Azərbaycan futbolu tarixində bir ilki gerçəkləşdirdi. Polşada qələbə qazandı və Polşa klublarına qarşı olan sindromu qırdı. Bu cəhətdən komandanı alqışlamaq olar.
Amma bu görüşə daha ciddi yanaşılsaydı Praqa "Sparta" sı da Bakıya gələcəkdi. Bu komandaya məğlubiyyət belə problem olmayacaqdı. Ən azı ona görə ki, qarşıda Avroliqanın play off mərhələsinin 2 oyunu duracaqdı.
Bəli "İnter" gec ayıldı Rəhbərliyin yarıtmaz fəaliyyəti nəticə vermədi. Çempion olan heyətin yarıdan çoxunu dəyişıb yeni oyunçular gətirən rəhbərlik bilməliydi ki, Avroliqalar təcrübə meydanı deyil, şərəf meydanıdır.
Azarkeşlərin hissləriylə belə oynamayın. Gecə saat 2-dək internet qarşısında müxtəlif his və halətlərə düşərək penaltilərə qədər gətirilən oyunun bizim üçün uğurlu olacağının gözləyə-gözləyə sonradan məyus olmaq üzücüdür. Bunun səbəbkarı sizlərsiniz. O yuxusuz anların, keçirilən hisslərin əvəzini verəcəksinizmi? 9 penaltidən birini qaytarmaq olmazdımı, elə ancaq siz vura bilməməliydiniz eləmi? Karlsons olmasaydı nə edəcəkdiniz? Bir ətək pul xərclədiyiniz oyunçular qol vura bilmirsə nəyə lazımdır ki?
Bir sözlə, bəhanə axtarmayın. Siz gücsüzsünüz, vəssalam. İstər qələbə qazan, istər penaltiləri şans əsəri say, amma bu reallıqdır. Unutmayın şans da həmişə daha çox istəyənin yanında olur.
Moldova, Qazaxıstan kimi həmişə bizdən aşağı səviyyədə oan futbol ölkələrinin mərhələ keçməsinə baxmaq utancvericidir. Bəhanə də axtarmayın ki, onların rəqibi zəif idi. İki oyun göstərdi ki, "Lex" də bir komanda deyilmiş. Əgər komanda olsaydı siz heç vaxt onu öz meydanında məğlub edə bilməzdiniz.
AZƏRBAYCANDA FUTBOL İNKİŞAF ETMƏYİB!
AZƏRBAYCANDA HƏLƏ Kİ, FUTBOLUN SİMASI DƏYİŞİB!
AZƏRBAYCAN FUTBOLUNDA İNVESTİSİYA ÇOXALIB!
QARŞILIQ NƏ VAXT OLACAQ?-SİZLƏRİN BU OYUNA BAXIŞ TƏRZİNİZ DƏYİŞƏNDƏ.
Azərbaycan futbolunun inkişafını yoxlamaq üçün isə mənim xüsusu meyarım var.
Avropanın futbol ölkələrini məğlub etmək. Kimdir onlar? Siyahını əzbərləyin. Əgər onlarla qarşılaşmalardan keçsəniz onda bizdə futbol inkişaf edib deyərsiniz:
İsveç, Danimarka, İngiltərə, Avstriya, Bolqarıstan, Polşa, Fransa, Almaniya, İtaliya, İspaniya, Potuqaliya, Rusiya, Ukrayna, Serbiya, Xorvatiya, Çexiya, Türkiyə, Belçika, Hollandiya, Şotlandiya, Rumıniya, Yunanıstan.
Yerdə qalanlar ki, var mən onları futbol ölkəsi saymıram. Bu pulların qarşısında onlar əzilməlidir, keçilməli yox, cənablar.
Ona görə də, sözüm həm də "Bakı" və "Qarabağ"adır. Bu mərhələni keçib camaatı aldatmayın. Keçin 3-cü mərhələdəki rəqiblərinizi-Polşa və Danimarkanı sonra sevinin, deyin ki, biz bir mərhələ irəli atladıq. Yoxsa, susun! Çünki, hələ qoyulmuş sərmayənini və yaradılmış imkanların əvəzini verməmisiniz. VƏSSALAM.
P.S.Yazı çox tənqidi və sərt alındı deyənlərlə razıyam. Amma azarkeşlərin hissləri ilə oynayanların da bu işə dur demələri lazım deyilmi?
P.S.S. Ölkənin idman kanalı olan "İdman Azərbaycana"a da sözüm var. Siz niyə fəaliyyət göstəririsiniz? Bu ölkənin idmanı işıqlandırmaq üçün deyilmi? Bəs nə vaxta kimi hər şeyi biznes maraqlarına qurban verəcəksiniz? Kanalın hər zaman təqdimatında ölkənin ən mühim idman tədbirlərini işıqlandırmağı qarşınıza məqsəd qoyduğunuzu az qala gözümüzə soxursunuz. Hanı, verdiyiniz sözünüzə əməl? Avrokuboklardakı oyunlar əhəmiyyətli deyil? Nə vaxta kimi bu ölkənin klublarının istər qələbəyə yaxın olsun, istər yox oyunlarını canlı yayımlamayacaqsınız, bu ölkədə futbol inkişafından danışmayın. Bəsdirin, bu millətin futbol sevdalılarının hissiyatı ilə oynadınız. Oyunu verməməyinizin istənilən əsası elə əsassızlıqdır və bəhanədən başqa bir şey deyil. Mən hələ oyunun penalti zərbələrindən danışmıram ki, heç olmasa onu dəqiqəbədəqiqə verə bilərdiniz, necə ki, bunu internetdən əldə edirdik. Bir sözlə, siz də ölkə idmanına və xüsusuilə də futboluna xidmət etmirsiniz. Sizin üçün də şəxsi və biznes maraqları var.
Çempionlar Liqası
II təsnifat mərhələsi, cavab oyunu
"LEX" (POLŞA) - "İNTER" (AZƏRBAYCAN) - 0:1 (9:8 - pen.)
Qol: Girts Karlsons, 84
Baş hakim: Miodraq Maziç (Serbiya)
İlk oyun - 1:0
Həsən Əliyev
SIZIN KIMI BISAVAT VE GEREZLI jazarlarin bele de bisavat oxygylari olmalidi.Men Inter kimi bytyn klyblarimiza azarkeshlik edirem?klublardan dilenchi payi gozlemirem.Sizlernen polemika aparmag da ajibdir.Dyz 1 ilden sonra Inter yene Chempion olandan sonra ne yazagaxsiniz.Belke ona geder Interden nese goparda bilersiniz/
Ariz müəllim, bu yazını yazan Həsən də sənin kimi bir oxucudu. O yazıb göndərib, biz də verdik. Mümkünsə, guruldama. "Çox bisavad və qərəzli yazıdı" deyən oğlan ortaya bir şey qoymalıdı. Mən nə bilim ki, sən kimsən, bəlkə qərəzin ən yekəsi özünsən. Heç soyadıvı düzgün yaza bilməmisən. Dəhşətsən vallah. Səni cırnadan nədi.
Chox bisavat ve gerezli jazidir.Neftchi ve ya Baki Lexi kechse idi jazarin agzi kopyk le doly metnleri ile raslashardig.Meselen Azerbajcan klubu Polshani jer yzynden sildi yaxyd Baki klubu Polshani zebt eledi.Halbyki hevin klublarda da 95 faizi ecnebidiler.Inter bu gyn Azerbaycanin en gycly ve peshekar klubudu.byny istesenizde istemesenizde Yemek mecbyrsynyz jazar hesen elijev.