
| # | Komanda | O | Q | H | M | T-F | X |
| 1 | Neftçi | 18 | 12 | 1 | 5 | 37-16 | 37 |
| 2 | İnter | 18 | 10 | 6 | 2 | 17-9 | 36 |
| 3 | Xəzər L. | 18 | 10 | 5 | 3 | 27-17 | 35 |
| 4 | Qarabağ | 18 | 8 | 5 | 5 | 20-14 | 29 |
| 5 | Bakı | 18 | 8 | 5 | 5 | 23-16 | 29 |
| 6 | Qəbələ | 18 | 7 | 5 | 6 | 18-19 | 26 |
| 7 | AZAL | 18 | 6 | 5 | 7 | 26-28 | 23 |
| 8 | Rəvan | 18 | 5 | 7 | 6 | 21-22 | 22 |
| 9 | Simurq | 18 | 5 | 4 | 9 | 18-27 | 19 |
| 10 | Kəpəz | 18 | 4 | 4 | 10 | 21-34 | 16 |
| 11 | Sumqayıt Ş. | 18 | 4 | 3 | 11 | 13-23 | 15 |
| 12 | Turan | 18 | 3 | 2 | 13 | 10-26 | 11 |
| # | Oyunçu | Komanda | Q |
| 1 | Bahodir Nasimov | Neftçi | 11 |
| 2 | Robertas Poşkus | Simurq | 8 |
| 3 | Tales Şütz | AZAL | 8 |
| 4 | Flavio Aleks Valensio | Neftçi | 7 |
| 5 | Uinston Parks | Bakı | 6 |
| 6 | Luiz Paulo Hilario | Qəbələ | 6 |
Baş katib mətbuat günü münasibətilə tədbirdə 90 min futbolçu söz verdi
AFFA-da Milli Mətbuatın 135 illiyi ilə bağlı tədbir keçirilib. Qurumun baş katibi Elxan Məmmədov mətbuat günü tədbirində Azərbaycanda futbolun inkişafından danışıb:
"Hazırda ölkədə 10 min futbolçu var. Biz səylərimizi daha da artıraraq, bu rəqəmi 90 minə çatdıracağıq. Bunun üçün əlimizdən gələni edəcəyik. İnfrastruktura da ciddi diqqət yetirilir. Bunsuz futbolu inkişaf etdirmək olmaz. Hazırda Bayılda 3000, Mərdəkanda 5000, Nizami rayonunda isə 12000 azarkeş tutumu olan stadionun inşası davam edir".
Baş katibin bu sözlərində inkişafın hansı formasından bəhs edildiyi naməlum olaraq qalacaq. Məqsəd 90 min futbolçu "düzəltməkdisə", bunu hansı yolla və üçün etdikləri aydın deyil.
Assosiasiya rəsmisi həm də millinin oyunlarına bilet satışı məsələsində ixtira etdiklərini düşünür: "Bundan sonra millinin bütün oyunlarına biletlərin satışı kompüter vasitəsilə həyata keçiriləcək. Bizə daxil olan məlumata görə, Respublika stadionunun kassaları üçün ayrılan biletlər alverçilərin əlinə keçir və onlar qiymətləri süni şəkildə artırırlar. AFFA-nın son səkkiz ayda apardığı işlərin nəticəsində artıq bu problem aradan qaldırılıb. Bundan sonra azarkeşlər özləri kompüter vasitəsilə stadionun istənilən sektorunda istənilən boş qalmış yer üçün bilet ala bilərlər".
Məlum olduğu kimi, səyyar bilet satışı ləğv olunacaq və bu işlə AFFA əməkdaşları məşğul olacaq. Məmmədov klublara da bu üsula keçməyi çağırıb. O elə düşünür ki, ən çox azarkeşi olan "Xəzər Lənkəran" da bileti kompüterlə satsa, yaxşıdı. Ancaq uzaqgörən Məmmədov lüks kabinetdə lüks həyat qaydalarını xəyal edir. Lənkəranlı azarkeşlərin əksəriyyətinin kompüterlə bilet alması mümkün olmadığı dəqiqdi, hörmətli Məmmədov. Təbii ki, belə mənasız qərarlarınızın qarşısını almaq mümkün deyil. Heç olmasa, kompüterlə bilet almaq imkanı olmayan azarkeşlərin əvəzinə öz kompüterinizə "əziyyət" verərsiz. Futboluna şükür...