
| # | Komanda | O | Q | H | M | T-F | X |
| 1 | Neftçi | 18 | 12 | 1 | 5 | 37-16 | 37 |
| 2 | İnter | 18 | 10 | 6 | 2 | 17-9 | 36 |
| 3 | Xəzər L. | 18 | 10 | 5 | 3 | 27-17 | 35 |
| 4 | Qarabağ | 18 | 8 | 5 | 5 | 20-14 | 29 |
| 5 | Bakı | 18 | 8 | 5 | 5 | 23-16 | 29 |
| 6 | Qəbələ | 18 | 7 | 5 | 6 | 18-19 | 26 |
| 7 | AZAL | 18 | 6 | 5 | 7 | 26-28 | 23 |
| 8 | Rəvan | 18 | 5 | 7 | 6 | 21-22 | 22 |
| 9 | Simurq | 18 | 5 | 4 | 9 | 18-27 | 19 |
| 10 | Kəpəz | 18 | 4 | 4 | 10 | 21-34 | 16 |
| 11 | Sumqayıt Ş. | 18 | 4 | 3 | 11 | 13-23 | 15 |
| 12 | Turan | 18 | 3 | 2 | 13 | 10-26 | 11 |
| # | Oyunçu | Komanda | Q |
| 1 | Bahodir Nasimov | Neftçi | 11 |
| 2 | Robertas Poşkus | Simurq | 8 |
| 3 | Tales Şütz | AZAL | 8 |
| 4 | Flavio Aleks Valensio | Neftçi | 7 |
| 5 | Uinston Parks | Bakı | 6 |
| 6 | Luiz Paulo Hilario | Qəbələ | 6 |
Türkiyə Superliqasının sürpriz çempionu "Bursaspor" Çempionlar Liqası ərəfəsində heyətin ən yaxşı oyunçularından olan Sərcan Yıldırımı satmaq istəyir. "Ağ-yaşılların" baş məşqçisi Ərtuğrul Sağlamın bu haqda fikri çox önəmlidi: "Bizə bəzi mövqelərə etibarlı dayaqlar lazımdı. Çox düşünürəm, çünki maliyyə vəziyyəti niyyətlərimizə uyğun deyil".
Türkiyə mətbuatı Sağlamın bu açıqlamasını məhz Sərcanın satılmasına bir işarə kimi analiz edir. Federiko İnsua kimi bahalı və tanınmış futbolçunun transferindən sonra Sərcanın şəxsi meneceri Əfqan Ərciyasa gənc futbolçu üçün kluba maddi cəhətdən sərf edəcək qiymətə müştəri axtarmaq təklifi verildiyi deyilir.
Məlumdu ki, son iki ildə Sərcanı "Beşiktaş" və "Fənərbağça" əsas transfer siyahısına daxil etmişdi. Sağlam mövsümün sonunda "sarı-lacivərtlilərin" transfer müraciətinin əvəzində Öndər Turacı və Semih Şəntürkü istəmişdi. Danışıqlar baş tutmadığından növbəti müştəridən də pul əvəzinə futbolçu istənmişdi. Türkiyə qəzetləri yazır ki, Sərcanı istəyən "Beşiktaş"dan bunun əvəzinə Zapatoçni və Holoşko tələb olunmuşdu.
Hazırkı vəziyyətdə Sərcan üçün danışıqların baştutma ehtimalı daha çox "Beşiktaş" lehinə qiymətləndirilir. Futbolçunun özü isə bu haqda belə deyib: "Mənim klubla müqaviləm bitməyib. İnanmıram transferi haqda qəti qərarlı olsunlar. Mənimçün hansısa klubda oynamağımın böyük önəmi var. Bursada oynamaqdan zövq alıram. Burdan getmək fikrim yoxdu".