1
2
3
4
5
6
7
8
9
10
11
P.S.
MƏMMƏDOVUN "NİSYƏ CAVABLARI"... (YAZI)
HAKİM-İNSPEKTORLARIN SEMİNARINDA RAMİN MUSAYEV "İZDİHAMI"... // PFL prezidenti gedir, yoxsa qalır? EKSKLÜZİV!
Turnir cədvəli
# Komanda O Q H M T-F X
1 Neftçi 18 12 1 5 37-16 37
2 İnter 18 10 6 2 17-9 36
3 Xəzər L. 18 10 5 3 27-17 35
4 Qarabağ 18 8 5 5 20-14 29
5 Bakı 18 8 5 5 23-16 29
6 Qəbələ 18 7 5 6 18-19 26
7 AZAL 18 6 5 7 26-28 23
8 Rəvan 18 5 7 6 21-22 22
9 Simurq 18 5 4 9 18-27 19
10 Kəpəz 18 4 4 10 21-34 16
11 Sumqayıt Ş. 18 4 3 11 13-23 15
12 Turan 18 3 2 13 10-26 11
Bombardirlər
# Oyunçu Komanda Q
1 Bahodir Nasimov Neftçi 11
2 Robertas Poşkus Simurq 8
3 Tales Şütz AZAL 8
4 Flavio Aleks Valensio Neftçi 7
5 Uinston Parks Bakı 6
6 Luiz Paulo Hilario Qəbələ 6
Arxiv
Həftənin xəbər hiti
Dost saytlar

Facebook
PRESSinq*
İDMAN YAZARLARI DƏRNƏYİ GƏLƏN HƏFTƏ RƏSMİLƏŞDİRİLƏ BİLƏR
İDMAN YAZARLARI DƏRNƏYİ GƏLƏN HƏFTƏ RƏSMİLƏŞDİRİLƏ BİLƏR
17.07.2010 12:02

Dərnək layihəsi "ağsaqqalları" əsəbiləşdirir

Son dövrün idman mətbuatında klubların avrokuboklarda iştirakı ilə paralel idman yazarlarının birləşmə mövzusu da aktuallaşmaqdadır. Bildiyiniz kimi, müstəqil idman yazarı Rəsul Şükürsoy, "futbolpress.az"ın təsisçisi Elçin Cəlilov, "fanat.az" informasiya agentliyinin rəhbəri Əli Sahib, "Komanda"qəzetinin redaktoru Natiq Muxtarlı, "ultrasport.az" elektron portalının təsisçisi Nail Nurəddinoğlunun birgə irəli sürdüyü təşəbbüsə sonradan müstəqil idman yazarı Çoşqun Eldaroğlu və "derbi.az"ın təsisçisi Rəşad Fərhadoğludan da dəstək gəlmişdi. Bu günlərdə ideyaçılar yaradılan qurumun adı ətrafında da ortaq rəyə gəliblər. Yeni jurnalist birliyi İdman Yazarları Dərnəyi (İYD) adlandırılacaq.

İYD-nin ideya müəllifi Rəsul Şükürsoy düşünür ki, toplanan jurnalist heyəti konkret planların icrası üçün hələlik yetərlidir: "Biz artıq tezliklə təsis etmə toplantısı çağıracağıq. Məncə artıq bunun üçün zəmin hazırdır. Bu ideyanı paylaşanların hər biri Azərbaycan idman jurnalistikasında özünəməxsus mövqeyi ilə seçilir və düşünürəm ki, bizə qoşulmaqda tərəddüd edən dostlarımızdan heç də potensialsız deyillər. Ad mövzusunda bildiyiniz kimi hər şey aydınlaşıb. Planlarımız genişdir. Ancaq addımlarımızı atdıqdan sonra bunları ictimailəşdirmək istəyirik. Məqsədimiz idman jurnalistikası ilə məşğul olan həmkarlarımızın maddi vəziyyətinin və ilk növbədə peşəkarlıq səviyyəsinin artırılmasıdır".

Rəsul bəyin bildirdiyinə görə, qurumun rəsmən ictimaiyyətə təqdimatı önümüzdəki həftə gerçəkləşə bilər. Hətta bunun üçün geniş tərkibli mətbuat konfransı da planlaşdırılıb: "Hələ ki, İYD-nin kommersiya yönü ilə bağlı bir sıra nüansları yekunlaşdırmağa çalışırıq. Ancaq yaradıcı planlardan artıq çox şeyi ictimaiyyətlə bölüşə bilərik. Əslində dünən təşkilatçı dostumuz Nail Nürəddinoğlu öz bəyanatında kifayət qədər məlumatlar verib. Bunlara yaxın günlərdə klub rəsmiləri ilə görüşlər keçirmək fikrində olduğumuzu, bir sıra xarici ölkələrin eyni tipli qurumları ilə artıq ünsiyyətə başladığımızı və maraqlı layihələr barədə müzakirələrin getdiyini əlavə edə bilərəm. Təbii ki, bunlar hamısı təsis etmə toplantısı, ictimaiyyətə təqdimat mərasimindən sonar tam şəkildə ortaya qoyulacaq. Növbəti həftə içində artıq addımlarımız daha rəsmi xarakter daşıyacaq".

Məlum olduğu kimi, İYD-nin tərkibinə Rəşad Fərhadoğlu və Çoşqun Eldaroğlunun qoşulmasından sonra bu yöndə durğunluq yaşanmağa başlayıb. Ancaq bu mənada real vəziyyət ideyaçıları narahat etmir: "Belə vəziyyət əvvəldə olub, gözlənilən idi. Təəssüf ki, təkcə idman jurnalistikasında yox, Azərbaycan cəmiyyətinin özündə "ağsaqqallıq" sindromu adlanan bir problem var. Yaşlıların gənc nəslə yuxarıdan aşağı baxması kimi... Bizim sıralarımıza qoşulmaq heç kim üçün çətinlik törətməməlidir. Buyursunlar. Üzvlük könüllü olacaq. Bir də ki, onsuzda heç kimə bizə dəstək olması qadağan edilməmişdi. Bu ictimai birlik təşəbbüsüdür. Heç kimə dəvətnamə göndərməyə məcbur deyilik. Eyni zamanda onların mövqelərinə də hörmət edirik. Ola bilər, idman jurnalistikasını və bu yöndə təşkilatlanma planını lazımsız bilirlər. Bəlkə də onlar üçün hər şey yaxşıdır, günləri yaxşı keçir, hər şeydən məmnundurlar, etiraz edəcəkləri heç nə yoxdur. Bəlkə də qəzetlərinin və ya saytlarının möqvqeyi bizimlə uzlaşmır. Ancaq məsələn, hazırda "KomandA" qəzetinin redaktoru Natiq Muxtarlı bizimlədir, lakin qəzet özü və baş redaktor Rəşad Ergün aramızda deyil. Biz iki mövqeyə də hörmət edirik".
Sonda İYD layihəsi barədə hələ ki hadisələrin gedişini kənardan izləyən populyar idman nəşrlərinin mövqelərini öyrənməyə qərar verdik.

Əvvəcə mövzu ilə bağlı ölkənin ən tirajlı qəzeti "Futbol+"in baş redaktoru Mahir Rüstəmli ilə əlaqə saxladıq. Suala qədər bizimlə mülayim salamlaşan baş redaktor nədənsə, sualdan sonra əsəbi danışmağa başladı: "Bu barədə heç nə düşünmürəm. Heçnə də deyə bilmərəm".
"Çempion" qəzetinin baş redaktoru da məsələyə ətraflı münasibət bildirməkdən yayındı: "Bir baş redaktor olaraq layihə ilə hələ tanış olmamışam. Tanış olduqdan sonra bəyənsəm, dəstəkləyə bilərəm".

"KomandA" qəzetinin baş redaktoru Rəşad Ergün isə hələ ki gözləmə mövqeyində olduğunu bildirir: "Bu günə qədər idman mətbuatında buna oxşar layihələrin çox hallarda yekun nəticəsi olmayıb. Ona görə də biz tələsmirik. Hələ bu barədə danışmaq tezdir. Orda iştirak edənlərin hamısına böyük hörmətim var. Konkret işlər görsünlər, sonra baxarıq".
"Futbol+qol" qəzetinin baş redaktoru İlkin Vaqifoğlu isə İYD-ni kənardan da olsa, dəstəkləyir: "Maraqlı layihədir. Qoşulmağın əlehinə deyiləm. Hətta oraya idman yazarı Şahin Oğuzun cəlb olunmasını da təklif edirəm".

Gunay Mehdiyeva YENİLİK.AZ

82 dəfə oxunub Share/Save/Bookmark
Şərhlər (1)
vasif / 17.07.2010 22:09

siza  ishlarnizda  uqurlar

Şərh yaz:
Ad/Soyad:

E-mail:

Şərhiniz:



Əlavə edilən şərhlər Azərbaycan Respublikası qanunlarına və etikaya zidd olarsa, administrator tərəfindən redaktə edilə və ya silinə bilər.
 
Yazarlar
Gey Parad və...
Günay ELTAC
Günay ELTAC
"FutbolPress" 2012 
Xəndan ƏLİZADƏ
Xəndan ƏLİZADƏ
"Oxu" meydanı
ANTALYA KAMPINDAN PREVYU (YAZI)
"PERŞƏKARLAR" // Müasir futbolun abırsızlığı. Futbol totalizatoru (IX FƏSİL)
Xəbər-Xronika