1
2
3
4
5
6
7
8
9
10
11
P.S.
MƏMMƏDOVUN "NİSYƏ CAVABLARI"... (YAZI)
HAKİM-İNSPEKTORLARIN SEMİNARINDA RAMİN MUSAYEV "İZDİHAMI"... // PFL prezidenti gedir, yoxsa qalır? EKSKLÜZİV!
Turnir cədvəli
# Komanda O Q H M T-F X
1 Neftçi 18 12 1 5 37-16 37
2 İnter 18 10 6 2 17-9 36
3 Xəzər L. 18 10 5 3 27-17 35
4 Qarabağ 18 8 5 5 20-14 29
5 Bakı 18 8 5 5 23-16 29
6 Qəbələ 18 7 5 6 18-19 26
7 AZAL 18 6 5 7 26-28 23
8 Rəvan 18 5 7 6 21-22 22
9 Simurq 18 5 4 9 18-27 19
10 Kəpəz 18 4 4 10 21-34 16
11 Sumqayıt Ş. 18 4 3 11 13-23 15
12 Turan 18 3 2 13 10-26 11
Bombardirlər
# Oyunçu Komanda Q
1 Bahodir Nasimov Neftçi 11
2 Robertas Poşkus Simurq 8
3 Tales Şütz AZAL 8
4 Flavio Aleks Valensio Neftçi 7
5 Uinston Parks Bakı 6
6 Luiz Paulo Hilario Qəbələ 6
Arxiv
Həftənin xəbər hiti
Dost saytlar

Facebook
PRESSinq*
NAİL NURƏDDİNOĞLUNUN MEDİA-QRUP HAQQINDA BƏYANATI
NAİL NURƏDDİNOĞLUNUN MEDİA-QRUP HAQQINDA BƏYANATI
15.07.2010 12:13

Artıq xəbəriniz var ki, fanat.az, derbi.az, ultrasport.az və futbolpress.az saytları media-qrup halında fəaliyyətə başlamağı qərara alıb. Bu barədə adıçəkilən saytların nümayəndələri  mütəmadi toplantılar keçirib prosesin davamını müzakirə edir. Növbəti mərhələdə media-qrupun ad və biznes-plan məsələləri müzakirə olunub. Bu barədə qrupun ideya müəlliflərindən olan Nail Nurəddinoğlunun bəyanatı ilə tanış olaq:

Qrupun adı məsələsi ətrafında üzvlərin müzakirəsi başa çatıb. Qərara aldıq ki, yaradılan birlik İdman Yazarları Dərnəyi (İYD) adlandırılsın. İYD-nin əsas fəailiyyəti yaradıcı-təbliğat istiqamətli olduğundan qurumun tərkibində kommersiya təmayüllü bölmə formalaşdırılacaq. Çünkü bizim ilk məqsədimiz tərkibdəki üzvlərin maliyyələşməsi məsələsini həll etməkdir. Bunun üçün də müvafiq biznes-plan hazırlanıb. Bu, jurnalistika fəaliyyətindən kənar, amma İYD daxilindəki media qurumlarına dayaq olacaq maliyyə qaynağı formuludur. Bizimlə əməkdaşlıq edən bütün mətbuat vasitələrinin maliyyə, reklam fəaliyyəti ilə İYD-nin marketinq qolu məşğul olacaq. Tutaq ki, mən gələcəkdə saytıma reklam almaq işini özüm görməyəcəm və ya saytımda hansı reklamların yerləşdiriləcəyini İYD müəyyənləşdirəcək. Özüm isə sayt tərkibində başımı salıb sırf yaradıcılıq işləri ilə məşğul olacağam. Zənnimcə bu çox unikal formadır. Həm də nəzərə alınmalıdır ki, bu hələ ki, İYD-ni planlaşdıran qrupun üzərində işlədiyi çoxsaylı planlardan sadəcə biridir.

Dərnəyə üzvlük forması barədə qrupun ideyaçıları arasında müzakirələr davam edir. Aramıza qatılmaq istəyənlər, müraciət edənlər var. Ancaq biz qrupun rəsmi təsisatından sonra xüsusi üzvlük şərtləri tətbiq etməyi planlayırıq. Həmin normalarla da sıralarımızı genişləndirəcəyik. Bizim üçün ən böyük kriteriya jurnalistika peşəkarlığıdır. Dərnəyə üzvlərin qəbulu məsələsində də başlıca norma bu olacaq. İYD planının əsəs məqsədlərindən biri insanların vicdanlı jurnalist fəaliyyəti ilə məşğul olması üçün səmərəli, maddi təminatlı zəmin yaratmaqdır. Bunu başa düşüb öz vicdanı ilə bizə qoşulmaq istəyənlərə qapımız açıq olacaq. Yolunu azanlarla isə mübarizə aparacağıq. Hətta həmin jurnalist müəyyən dövrə qədər bizim yanımızdakı masada əyləyşsə belə, dostluq-qardaşlıq, mənəvi prinsiplər burda rol oynamayacaq. Jurnalist peşəkarlığı hər şeydən ali tutulacaq və səhvə yol verənləri aşkarlayıb ən acımasız şəkildə rüsvay edəcəyik!

Əlbəttə İYD planının fəaliyyəti, sadəcə, media qurumlarının maddi imkanlarını yaxşılaşdırmaqla məhdudlaşmır. Biz ölkə futbolunun inkişafına işıq tutmaq istiqamətində də səylərimizi əsirgəməyəcəyik. Beynəlxalq futbol qurumları ilə əməkdaşlıq zəmnində layihələrimiz var. Eyni zamanda biz Azərbaycandan FİFA-ya, UEFA-ya informasiya axınını daha da dinamikləşdirəcəyik. Klub sektorunda, federasiya idarəçilyində nəzərə çarpan hər nöqsan, hər saxtakarlıq öz layiqli cavabını alacaq. Uşaq futbolunun, futbol infrastrukturunun inkişafı üçün beynəlxalq futbol qurumları ilə perspektiv qrant layihələrinin və artıq həyata keçirilmiş qrant layihələrini ən azı manitorinqi aparılacaq. Biz beynəlxalq futbol qrumlarına əsl reallıqları mütəmadı çatdıracağıq. AFFA-da elə bilməsinlər ki, bu ölkədə ingilis dilini təkcə Elxan Məmmədov bilir. Biz də bilirik və FİFA, UEFA ilə lazımı əlaqələrimiz də var.

Sonda onu da nəzərinizə çatdırım ki, yaxın günlərdə qrumun təsisatı ilə bağlı üzvlərin rəsmi toplantısı keçiriləcək və məsələ tam rəsmi həllini tapacaq. Sadəcə bundan əvvəl qurulan biznes-plan üzrə bəzi öhdəliklərin yerinə yetirilməsi lazımdır. İş dinamik şəkildə gedir və bu yolda axsama olmayacağına təminat verə bilərəm.

92 dəfə oxunub Share/Save/Bookmark
Şərh yaz:
Ad/Soyad:

E-mail:

Şərhiniz:



Əlavə edilən şərhlər Azərbaycan Respublikası qanunlarına və etikaya zidd olarsa, administrator tərəfindən redaktə edilə və ya silinə bilər.
 
Yazarlar
Gey Parad və...
Günay ELTAC
Günay ELTAC
"FutbolPress" 2012 
Xəndan ƏLİZADƏ
Xəndan ƏLİZADƏ
"Oxu" meydanı
ANTALYA KAMPINDAN PREVYU (YAZI)
"PERŞƏKARLAR" // Müasir futbolun abırsızlığı. Futbol totalizatoru (IX FƏSİL)
Xəbər-Xronika