1
2
3
4
5
6
7
8
9
10
11
P.S.
MƏMMƏDOVUN "NİSYƏ CAVABLARI"... (YAZI)
HAKİM-İNSPEKTORLARIN SEMİNARINDA RAMİN MUSAYEV "İZDİHAMI"... // PFL prezidenti gedir, yoxsa qalır? EKSKLÜZİV!
Turnir cədvəli
# Komanda O Q H M T-F X
1 Neftçi 18 12 1 5 37-16 37
2 İnter 18 10 6 2 17-9 36
3 Xəzər L. 18 10 5 3 27-17 35
4 Qarabağ 18 8 5 5 20-14 29
5 Bakı 18 8 5 5 23-16 29
6 Qəbələ 18 7 5 6 18-19 26
7 AZAL 18 6 5 7 26-28 23
8 Rəvan 18 5 7 6 21-22 22
9 Simurq 18 5 4 9 18-27 19
10 Kəpəz 18 4 4 10 21-34 16
11 Sumqayıt Ş. 18 4 3 11 13-23 15
12 Turan 18 3 2 13 10-26 11
Bombardirlər
# Oyunçu Komanda Q
1 Bahodir Nasimov Neftçi 11
2 Robertas Poşkus Simurq 8
3 Tales Şütz AZAL 8
4 Flavio Aleks Valensio Neftçi 7
5 Uinston Parks Bakı 6
6 Luiz Paulo Hilario Qəbələ 6
Arxiv
Həftənin xəbər hiti
Dost saytlar

Facebook
PRESSinq*
PLANLAŞDIRILMIŞ DEYİL, REALLAŞDIRILMIŞ BİRLİK!
PLANLAŞDIRILMIŞ DEYİL, REALLAŞDIRILMIŞ BİRLİK!
12.07.2010 13:20

Bu barədə müzakirələrin artıq idman ictimaiyyətində və ya bu kəsimlə maraqlanan dairələrdə təbəssüm doğurduğundan xəbərim var. Bəli, nə yazıq ki, bundan əvvəl də dəfələrlə idman yazarlarının birləşməsi, vahid qüvvəyə çevrilməsi xəyalları acı xatirəyə dönüb, ötüşüb gedib. Nəticə nə olub? Keçən zaman kəsiyinin bizləri qarşı-qarşıya qoyduğu faktlar ürək açan deyil. Təəssüf ki, Azərbaycan idman jurnalistikasının reallıqları aşağıdakı "qabarmalar"la ifadə olunur:

- "Peraşki jurnalistikası"na son qoyaq!
- Pulumuz yoxdur, prezidentə müraciət edəcəyik...
- Filan klub filan sayta 1000 manatlıq reklam verdi, mənim saytım qaldı...
- Azərbaycanda sosial həyat tərzi aşağıdır deyə jurnalistlərin güzaranı heç vaxt düzələ bilməz... və.s. və.i.

Təxminən 10 ay əvvəl idman jurnalistlərinin birləşməsi üçün yeni dalğa yaranmışdı. Xatırlayırsınızsa, "KomandA" qəzetinin baş redaktoru Rəşad Ergün, həmin qəzetin redaktoru Natiq Muxtarlı, "fanat.az"ın təsisçisi Əli Sahib birləşib Azərbaycan Futbolu Naminə adlı təşkilatın planları haqqında müzakirələr aparırdıq. Nizamnamənin hazırlanması, təsisat, ümumi sənədləşdirmə işləri mənim üzərimə düşürdü. Əlimdən gələni etdim, nizəmnamə hazır oldu, ikinci plan qurumu təsis etmə mərhələsi idi. Səhv etmirəmsə, Rəşad Ergündən təklif gəldi ki, bəs, gedək bu mövzuda "Futbol+"in baş redaktoru Mahir Rüstəmli ilə də dərdləşək.

Razılaşdıq. Yollandıq çoxtirajlı qəzetimizin redaksiyasına, Rüstəmli ilə danışdıq. Ordan da belə təklif çıxdı ki, bu təşkilatı yaratmaq üçün bizə misal üçün Altay Əliyev lazım olacaq. Altay Əliyev, Xuraman Şüşəli, Şüşəli Xuraman və.s. Əl-qərəz bütün idmandan yazan jurnalistlər bir araya gəlib həmin təşkilatı yaratmalı imiş. Başqa halda bu obyektiv sayılmayacaqdı, ədalət pozulacaqdı, Xuraman Şüşəli, Şüşəli Xuraman və Altay Əliyevin tanımadığı bir təşkilat heç kimə lazım olmayacaqdı...

Nə başınızı ağrıdım, bəndənizin də içində olduğu sonuncu təşkilatlanma planının oxucu üçün, idman ictimaiyyətinin jurnalistikadan kənar qismi üçün pərdə arxası yarana bilməmə səbəbi bundan ibarət olub. Eləcə də əminəm ki, sonrakı, içində mənim yox, "Neftçi"nin vitse-prezidenti Tahir Süleymanovun olduğu birləşmə, maliyələşmə planının fiaskosunun kökündə də buna yaxın "ciddi" fikir ayrılıqları durur.

Yuxarıdakı qeydləri xatırlatmaqla ilk növbədə mahiyyəti əslində fərqli olan, ancaq ilk baxışdan əvvəlki bəyanat formalarına bənzəyən növbəti ideyamıza idman cəmiyyətindən ciddiyət tələbimdir. Sözügedən ideyanın ölkə idman jurnalistikasındakı son ayın içindəki bölünmə, peşəkar fəaliyyətdən yayınma, səviyyənin yerin dibinə enməsi hallarına həsr edə bilərik.

Odur ki, bu dəfə bizlər geniş dairələrdə heç bir planımızı müzakirəyə çıxarmağa ehtiyac görmürük. Uzun illərdir qəzet səhifələrindən şəxsən səsləndirdiyim, "Azərbaycanda idman jurnalistikası ilə məşğul olan müəyyən kəsimin səviyyəsi bu ölkənin futbol funksianerlərindən ən az on baş üstün olub" fikrinə söykənərək həmkarlarım, Əli Sahib, Natiq Muxtarlı, Elçin Cəlilov və Nail Nürəddinoğlu ilə birlikdə ümumi konsepsiya ilə çıxış edirik. Deyirik ki, "peraşki jurnalistikası"na son qoymaq, idman mediasının güzəranının yaxşılaşdırılması, idman mətbuatının kommersiya baxımından təkmilləşib müasir çağın tələblərinə uyğunlaşmasından asılıdır. Bunu bizlər üçün prezidentin həll etməsinə ehtiyac yoxdur. Ya da tutaq ki, Hafiz Məmmədovun bizim saytımıza 1000 manat reklam verməsi tələbindən uzağıq. Və bu ölkənin idman jurnalisti adi inşaatda çalışan fəhlə qədər pul qazanmağı bacarmırsa, problemi Azərbaycandakı sosial vəziyyətin pis olmasında deyil, azacıq da öz işgüzarlığımızda axtarmalıyıq.
Yuxarıda adı çəkilən jurnalistlərin artıq planlaşdırdığı deyil, reallaşdırdığı ilk tədbir "Fanat.az", "Futbolpress.az", "Ultrasport.az" saytlarının birləşməsi şəklində ifadə olunur. Əlavə olaraq layihə şəklində hazır olan, yaxında yayına çıxacaq sırf azarkeş saytı da sadalanan qrupda təmsil olunacaq. Perspektiv plan isə media-qrup ideyasıdır. Sonradan buraya könüllü şəkildə fəaliyyət prinsipləri müəyyənləşdirəcəyimiz bir sıra peşəkar jurnalistika normalarına uyğun gələn idman nəşrləri, saytlar və.s. daxil ola bilər. Ancaq bu gün etibari ilə birləşən media təmsilçiləri yuxarıda göstərilənlərdir və yaxın günlərdə layihəsi müzakirə edilən media-qrupun adı, tam tərkibi və fəaliyyət proqramı futbol itimaiyyətinə açıqlanacaq.

Rəsul ŞÜKÜRSOY

145 dəfə oxunub Share/Save/Bookmark
Şərhlər (4)
Habil ucun / 14.07.2010 16:31

Kimin məkanıdı? Habil, ha bil, xeyri yoxdu, yenə az bilirsən.. Təhlükəszi yerdəsən burda.

Habil / 14.07.2010 15:49

Bura sizin məkandı, kopuk tökülər zəhmət çəkib təmizlərsiz. Hər halda mənim üçün belə təhlükə yoxdu

Habile / 13.07.2010 03:47

Çəkil, Habil, üstünə köpük töküləcək!

habil / 12.07.2010 17:22

Bi kopukluk ideya dedil, ay Sukursoy!!!!!

Şərh yaz:
Ad/Soyad:

E-mail:

Şərhiniz:



Əlavə edilən şərhlər Azərbaycan Respublikası qanunlarına və etikaya zidd olarsa, administrator tərəfindən redaktə edilə və ya silinə bilər.
 
Yazarlar
Gey Parad və...
Günay ELTAC
Günay ELTAC
"FutbolPress" 2012 
Xəndan ƏLİZADƏ
Xəndan ƏLİZADƏ
"Oxu" meydanı
ANTALYA KAMPINDAN PREVYU (YAZI)
"PERŞƏKARLAR" // Müasir futbolun abırsızlığı. Futbol totalizatoru (IX FƏSİL)
Xəbər-Xronika