1
2
3
4
5
6
7
8
9
10
11
P.S.
RAMİN MUSAYEV: OYUNDAN ÖNCƏ HƏR İKİ KLUBUN RƏHBƏRLİYİ ZƏNG VURUB DEDİ Kİ... // "Bəlkə də çoxları bilmir, "Bakı" ilə "Xəzər Lənkəran" klublarının rəhbərləri..."
AZƏRBAYCAN PREMYER LİQASINDA NÖVBƏTİ LEGİONER QALMAQALI // "Sənədlər bizdədi, kimə istəyir müraciət ünvanlasın, lap Platiniyə zəng eləsin"
AVROPANIN ƏN BÖYÜYÜ - "ÇELSİ"!
Turnir cədvəli
# Komanda O Q H M T-F X
1 Neftçi 32 20 3 9 55-30 63
2 Xəzər L. 32 17 8 7 44-28 59
3 İnter 32 16 8 8 29-21 56
4 Qarabağ 32 15 8 9 37-28 53
5 Qəbələ 32 15 7 10 43-32 52
6 Bakı 32 15 5 12 42-36 50
7 AZAL 31 11 8 12 43-44 41
8 Rəvan 31 9 11 11 36-37 38
9 Kəpəz 31 9 5 17 35-54 32
10 Simurq 31 7 10 14 26-41 31
11 Turan 31 6 7 18 25-39 25
12 Sumqayıt 31 6 6 19 25-49 24
Bombardirlər
# Oyunçu Komanda Q
1 Bahodir Nasimov Neftçi 16
2 Tales Şütz AZAL 10
3 Yuri Fomenko Kəpəz 10
4 Flavinyo Neftçi 10
5 Zuheyr Benuahi AZAL 10
Arxiv
Həftənin xəbər hiti
Dost saytlar

Facebook
Ölkə futbolu
"XƏZƏR LƏNKƏRAN"DA YENİ REKORD
"XƏZƏR LƏNKƏRAN"DA YENİ REKORD
22.02.2012 12:46

Premyer Liqanın XXI turu "Xəzər Lənkəran" klubu üçün rekord göstəricinin təkrarlanması ilə əlamətdar olub. "Qəbələ" ilə görüş komandanın kapitanı Rahid Əmirquliyevin "Xəzər Lənkəran"ın heyətində 176-cı rəsmi oyunu kimi tarixə düşüb.

Klubun rəsmi saytının verdiyi xəbərə görə, bununla da yarımmüdafiəçi klub tarixində ən çox oyun keçirən futbolçu ünvanına şərik olub. Bu matçadək 176 oyunla mütləq rekorda malik Alim Qurbanovun ehtiyatda qalmasından yararlanan Rahid təcrübəli komanda yoldaşına çatıb. Qurbanovun son vaxtlar nadir hallarda meydana çıxdığını nəzərə alsaq Əmirquliyev tezliklə mütləq rekordun da sahibi olacaq.

2006-cı ilin yayından "Xəzər Lənkəran"da çıxış edən yarımmüdafiəçi 176 matçlıq rekorda özünün komandadakı 6-cı mövsümündə çatıb. Bu müddətdə Azərbaycan çempionatı və kuboku ilə yanaşı Çempionlar Liqası, Avropa Liqası (UEFA kuboku) və Birlik kubokunda da oynamış futbolçu bir sıra titullar da qazanıb.

Ölkə çempionu, 3 qat kubok sahibi və Birlik kubokunun qalibi olan Rahid bu müddətdə 22 qol sevinci yaşayıb. Bunlardan ikisi bu il baş tutan AZAL və "Qəbələ" ilə qarşılaşmalarda vurulub. "Xəzər Lənkəran"ın 2012-ci ildə rəsmi matçlarda vurduğu bütün qolların müəllifi olan kapitan bu mövsümdə 10-cu dəfə meydana kapitan sarğısı ilə çıxıb.

Ötən ilin "Bakı" ilə baş tutan son oyununda da qol sevinci yaşayan Rahid ardıcıl 3 matçdı meydanı qolsuz da tərk etmir. Üstəlik bakılıların qapısına vurulan məhz sonuncu qolun da Əmirquliyevin hesabında olduğunu da nəzərə alsaq "Xəzər Lənkəran"ın rəsmi oyunlarda vurduğu son 3 qol rekordçu kapitandan gəlib.

36 dəfə oxunub Share/Save/Bookmark
Şərh yaz:
Ad/Soyad:

E-mail:

Şərhiniz:



Əlavə edilən şərhlər Azərbaycan Respublikası qanunlarına və etikaya zidd olarsa, administrator tərəfindən redaktə edilə və ya silinə bilər.
 
Yazarlar
"Qarabağ"dakı rejim... 
Elçin CƏLİLOV
Elçin CƏLİLOV
Nə oldu, Qurbanov? 
Xəndan ƏLİZADƏ
Xəndan ƏLİZADƏ
Foqtsun gündəliyi (Yekun)
Qismət RÜSTƏMOV
Qismət RÜSTƏMOV
"Oxu" meydanı
FİNALA LAYİQ İŞ (YAZI)
SKARLATAKE "FUTBOLPRESS"Ə DANIŞDI // Rednik haqda susdu, Lənkərana gəlişindən ağız dolusu danışdı
Xəbər-Xronika