1
2
3
4
5
6
7
8
9
10
11
P.S.
RAMİN MUSAYEV: OYUNDAN ÖNCƏ HƏR İKİ KLUBUN RƏHBƏRLİYİ ZƏNG VURUB DEDİ Kİ... // "Bəlkə də çoxları bilmir, "Bakı" ilə "Xəzər Lənkəran" klublarının rəhbərləri..."
AZƏRBAYCAN PREMYER LİQASINDA NÖVBƏTİ LEGİONER QALMAQALI // "Sənədlər bizdədi, kimə istəyir müraciət ünvanlasın, lap Platiniyə zəng eləsin"
AVROPANIN ƏN BÖYÜYÜ - "ÇELSİ"!
Turnir cədvəli
# Komanda O Q H M T-F X
1 Neftçi 32 20 3 9 55-30 63
2 Xəzər L. 32 17 8 7 44-28 59
3 İnter 32 16 8 8 29-21 56
4 Qarabağ 32 15 8 9 37-28 53
5 Qəbələ 32 15 7 10 43-32 52
6 Bakı 32 15 5 12 42-36 50
7 AZAL 31 11 8 12 43-44 41
8 Rəvan 31 9 11 11 36-37 38
9 Kəpəz 31 9 5 17 35-54 32
10 Simurq 31 7 10 14 26-41 31
11 Turan 31 6 7 18 25-39 25
12 Sumqayıt 31 6 6 19 25-49 24
Bombardirlər
# Oyunçu Komanda Q
1 Bahodir Nasimov Neftçi 16
2 Tales Şütz AZAL 10
3 Yuri Fomenko Kəpəz 10
4 Flavinyo Neftçi 10
5 Zuheyr Benuahi AZAL 10
Arxiv
Həftənin xəbər hiti
Dost saytlar

Facebook
PRESSinq*
AZƏRBAYCAN FUTBOLUNUN  "VETERİNARLARI" (YAZI)
AZƏRBAYCAN FUTBOLUNUN  "VETERİNARLARI" (YAZI)
17.02.2012 00:41

Və ya ziya(n)lı Kazbek Tuayevkimilər

Azərbaycan futbolunun bəlalarından biri də veteranlarıdı. Bunlar nə qədər ki üzdədilər, bir addım da irəli gedə bilməyəcəyik.

Hər bir işdə işıqlı yolu göstərən ziyalı, aydınlar sinfi olur. Bizim futbolun bu sinfi "zərbəçilərdən" ibarətdi. Onların da başında Kazbek Tuayev kimi birisi.

Yeni müsahibəsində AFFA rəhbərliyinə martın 9-da keçiriləcək hesabat-seçki toplanışı, İcraiyyə Komitəsinin cari proseslərə münbasibəti haqda danışıb. Məlumdu da nə deyib...

İnkişaf-minkişaf! Çünki bunların aylıq məvacibi verilir, artıq-əskik nəsə danışacaq iradələri də əlindən alınıb.

Tuayev və bu tip veteranların bu illərdə yarıtmazlıqlarını sadalamağa vaxtım yoxdu, mən onun müsahibəsində lap "ağ edən" bir məqamı qeyd eləmək istəyirəm. Deyib Vaqif Cavadovun millidəki 5 oyunluq cəzası azaldılmalıdı.

Cavadovun futbolçi kimi hansı xarakterə malik olduğunu dəfələrlə vurğulamışıq və diaqnozlarımız əfsus ki, özünü doğruldub. Millidə ona etimad gücləndikcə "buynuzu" böyüyürdü. İş o yerə çatdı ki, millinin formasını təhqir etdi, baş məşqçiyə Avstriya ilə rəsmi oyunda kobud reaksiyalar verdi. Həm də lap çox "şişmişdi". Berti Foqtsun tək-tük bəyəndiyim qərarlarından biri də onu 1 illik millidən uzaqlaşdırılması olmuşdu. Sonra yalvar-yaxar oldu və assosiasiya onun cəzasını 5 oyuna endirdi, ancaq Tuayev boyda birisi durub hələ 5 oyunun da artıq olduğunu püskürdür.

Cavadov bu cəzanı çəkməsə 1 qram da düzəlməyəcək. Adam ya yekəxananın biridi, ya da kənardan idarə olunan "oyuncaq" kimi bir şeydi. Nəysə, özü bilər. Sizə maraqlı o olmalıdı ki, Tuayevə nə çatıb ki, Cavadov üçün ağız açır?

İsgəndər Cavadov! Veteranların öndə gedən daha bir siması.

Tuayevlə yaxındılar. Həm də Vaqif Cavadovun əmisidi. Məlumdu ki, Tuayev də böyük Cavadova xoş gəlmək üçün kiçiyinə görə AFFA rəhbərliyinə səslənib.

Səslənsin e, nəsə deyən yoxdu onsuz, deyilsə də öz bildiklərini ediblər həmişə. Ancaq bir insaf adlı hissiyatı da yada salın arada.

Vaqif bu ölkənin futbolu üçün nə xidmət göstərib ki, ağız dolusu "xidmətinə görə..." ifadəsi işlədirsiz onun haqqında? Millidə oynayıb və qol vurub? Üzr istəyirəm, məgər bunun adı xidmətdi - adam işinə görə çemodan dolu pul alıb da. Xidmət başqa şeydi, Tuayev.

Xidmət sferanı aşmaqdı, Tuayev!

Mənə heç vaxt aydın olmadı, niyə bizim ziyalı adlandırılan təbəqəmiz bir dəfə də olsun aydın bir işin qulpundan yapışmadı?

Bu ölkənin futbolu üçün xidmət göstərmiş ən böyük adlardan biri də 3 ildi kənarda qalan Babək Quliyevdi. Səbəbsiz-filansız, dəlilsiz-zadsız kənarda qalan beynəlxalq dərəcəli referimiz.

Quliyev müstəqillik dövründə Azərbaycan hakimliyinin ən böyük uğurunu qazanmaq üzrəydi, onu naməlum şəkildə sıradan çıxardılar. Nəysə.. o qədər yazmışıq.

Tuayev, hünəriniz çatar bir dəfə də Babək Quliyevin əfv olunması üçün toplaşasız, bəyanat hazırlayasız? Upsss!

AFFA-dan gələn təqaüdünüz kəsilər axı, üzünüzə olmazın sözlər deyiləcək axı... Hansınızda o iradə var e... Gör mən kimlərdən nə gözləyirəm.

Əşşi...

Elçin CƏLİLOV

247 dəfə oxunub Share/Save/Bookmark
Şərhlər (4)
Gun Rusman / 20.02.2012 11:06

ele fikir vermisem gocalarda yaltaglig daha coxdu neinki cavanlarda (((( yeniki onlarin ele de hay hayi gedib vay vayi galib ama yene de nedense kimnense cekinib yaltaglig edirler ..... nadir yaslilarda merdlik gormek olur ... goresen bunlar cavanliglarinda da bele olublar yoxsa gocaldigca baslarina at tepir???!!!!

Aydin / 18.02.2012 01:16

Elcin Elacim olsa bizim futbolun basina seni qoyardim belelerini mehv edib futbolu qaldirmagincun Heyf Merd ogullara destey veren cox az olur yada hec olmurda Halaldi sene

Futbolda Adelet / 17.02.2012 12:52

Siz də gör kimdən nə gözləyirsiniz, Elçin bəy. Bunlar heç "ağa"nın sözündən çıxarlar? Hamısı gözlərini yuxarı zilləyib gözləyirlər görələr yuxarıdan nə buyruq gələcək. Necə deyərlər, yuxarıdan buyruq, ağızlarına quyruq... yaxud da quyruq qismində AFFA-nın yağlı maaş və təqaüdləri.

amid / 17.02.2012 09:34

eeee vallah bu elcin ogulduyee.vaqif risofkanin biridi onun vobse neyinki milliden hetda futboldan uzaqlasdirmaq lazimdi...

Şərh yaz:
Ad/Soyad:

E-mail:

Şərhiniz:



Əlavə edilən şərhlər Azərbaycan Respublikası qanunlarına və etikaya zidd olarsa, administrator tərəfindən redaktə edilə və ya silinə bilər.
 
Yazarlar
"Qarabağ"dakı rejim... 
Elçin CƏLİLOV
Elçin CƏLİLOV
Nə oldu, Qurbanov? 
Xəndan ƏLİZADƏ
Xəndan ƏLİZADƏ
Foqtsun gündəliyi (Yekun)
Qismət RÜSTƏMOV
Qismət RÜSTƏMOV
"Oxu" meydanı
FİNALA LAYİQ İŞ (YAZI)
SKARLATAKE "FUTBOLPRESS"Ə DANIŞDI // Rednik haqda susdu, Lənkərana gəlişindən ağız dolusu danışdı
Xəbər-Xronika