1
2
3
4
5
6
7
8
9
10
11
P.S.
MƏMMƏDOVUN "NİSYƏ CAVABLARI"... (YAZI)
HAKİM-İNSPEKTORLARIN SEMİNARINDA RAMİN MUSAYEV "İZDİHAMI"... // PFL prezidenti gedir, yoxsa qalır? EKSKLÜZİV!
Turnir cədvəli
# Komanda O Q H M T-F X
1 Neftçi 18 12 1 5 37-16 37
2 İnter 18 10 6 2 17-9 36
3 Xəzər L. 18 10 5 3 27-17 35
4 Qarabağ 18 8 5 5 20-14 29
5 Bakı 18 8 5 5 23-16 29
6 Qəbələ 18 7 5 6 18-19 26
7 AZAL 18 6 5 7 26-28 23
8 Rəvan 18 5 7 6 21-22 22
9 Simurq 18 5 4 9 18-27 19
10 Kəpəz 18 4 4 10 21-34 16
11 Sumqayıt Ş. 18 4 3 11 13-23 15
12 Turan 18 3 2 13 10-26 11
Bombardirlər
# Oyunçu Komanda Q
1 Bahodir Nasimov Neftçi 11
2 Robertas Poşkus Simurq 8
3 Tales Şütz AZAL 8
4 Flavio Aleks Valensio Neftçi 7
5 Uinston Parks Bakı 6
6 Luiz Paulo Hilario Qəbələ 6
Arxiv
Həftənin xəbər hiti
Dost saytlar

Facebook
Futbol Panorama
NƏTİCƏSİZ AVSTRİYA TOPLANIŞI (İCMAL)
NƏTİCƏSİZ AVSTRİYA TOPLANIŞI (İCMAL)
03.06.2010 13:54

Milli komandanın Avstriyadakı toplanışında nəzərdə tutulan sonuncu yoxlama matçı Hondurasla keçirildi. Əvvəlkinə baxanda pulu çox olan AFFA xüsusən, əcnəbi məşqçinin göstərişlərinə görə xaricdə toplanışlara istənilən qədər dəstək verir.

İndiki rəhbərlik yalnız pul verir, amma hara və niyə verdiyini o qədər də bilmir, düşünür ki, Berti Foqts düz yoldadı, vəssalam. Onlar futbolda qeyri-peşəkardılar.

Xaricdə toplanış keçirib, yoldaşlıq oyunlarında da yoxlamaya yox, nəticəyə gücənən millinin gələcək taleyi - böyüyəcəyi, güclənəcəyi, yoxsa inkişafdan qalacağı məlum deyil. Çünki bunu izah edəcək meyarlar tapmaq çətindi. Komanda son vaxtlar yalnız bir işiylə yadda qalıb ki, bir neçə gənc futbolçu heyətdə debüt edib - hələ bu işdə də bir səliqəsizlik var.

Avstriya toplanışı həm qarşıda Avropa çempionatına seçmə mərhələyə hazırlıq xarakteri daşıyır, həm də komplektləşmə. Berti Foqts, indi, əvvəlkitək anlaşılmaz inadkarlıq göstərmir. Amit Quluzadə, Rauf Əliyev, Fərid Quliyev və qapıçı Səlahət Ağayev kimi gəncləri heyətə uyğunlaşdırmağa çalışır. Amma bu, o demək deyil ki, bahalı məşqçi əla işləyir.

Toplanış çərçivəsində Moldova (1:1) və Makedoniya ilə (1:3) qarşılaşmalar komandada məşqçi işinin zəif olduğunu büruzə verdi. Müdafiə, yarımmüdafiə və hücum ayrı-ayrılıqda komanda təsirini bağışlayır. Onların arasındakı əlaqəni qurmaq isə məşqçinin işi olmalıdı. Bu həllisadə problem millidə Foqtsn olduğu dövrdə aradan götürülməyib. Bahalı məşqçinin heç olmasa, bahalı işi olmalıdı.

Hondurasla oyun isə bir qədər fərqli təəssürat yaratdı. Saşa Yunisoğlu milliyə hələ tam layiq olmasa da, toplanışa çağırılmışdı və ilk oyunundaca "qırmızı" aldı. Saşanın "Bakı"dakı səhvləri niyə analiz olunmayıb, anlaşılan deyil. Olsun ki, Foqts onu da sadəcə sınamaq qərarındaymış. Amma azlıqda qalan komandanın dünya çempionatının iştirakçısına xüsusən ikinci hissədə müqavimət göstərməsi müsbət məqam kimi seçilir.

Azərbaycan komandası ikinci hissədə oynaya bilmir - bu "ənənə" Hondurasla oyunda bir qədər arxa planda qalmışdı. O da daha çox müdafiənin nizamı hesabına hesabın açılmaması amilinə görə.

Foqts bir neçə dəfə görüb ki, komandada müdafiə pis-yaxşı təşkil oluna bilir. Amma hücum problemi həm taktikada, həm də fərdi qaydada heç vaxt gözəgəlimli ola bilməyib. Burda yenə Foqstun nöqsanı ortaya çıxır: Azərbaycan millisində müdafiə xətti Foqtsdan əvvəl də yaxşı olub. Amma hücum problemi xronikidi. İki il buna yetməyibsə, cüzi fərq görünmürsə bu, nöqsan kimi qabardılmağa layiqdi. Və ən əsası, şablon olsa da, millinin komanda oyunu göstərə bilməməsi ən böyük problemdi. Bunu çıxarış edib, üzərində işləməyə kifayət qədər vaxt olub, amma nəticə niyə yoxdu...

147 dəfə oxunub Share/Save/Bookmark
Şərh yaz:
Ad/Soyad:

E-mail:

Şərhiniz:



Əlavə edilən şərhlər Azərbaycan Respublikası qanunlarına və etikaya zidd olarsa, administrator tərəfindən redaktə edilə və ya silinə bilər.
 
Yazarlar
Gey Parad və...
Günay ELTAC
Günay ELTAC
"FutbolPress" 2012 
Xəndan ƏLİZADƏ
Xəndan ƏLİZADƏ
"Oxu" meydanı
ANTALYA KAMPINDAN PREVYU (YAZI)
"PERŞƏKARLAR" // Müasir futbolun abırsızlığı. Futbol totalizatoru (IX FƏSİL)
Xəbər-Xronika