
| # | Komanda | O | Q | H | M | T-F | X |
| 1 | Neftçi | 32 | 20 | 3 | 9 | 55-30 | 63 |
| 2 | Xəzər L. | 32 | 17 | 8 | 7 | 44-28 | 59 |
| 3 | İnter | 32 | 16 | 8 | 8 | 29-21 | 56 |
| 4 | Qarabağ | 32 | 15 | 8 | 9 | 37-28 | 53 |
| 5 | Qəbələ | 32 | 15 | 7 | 10 | 43-32 | 52 |
| 6 | Bakı | 32 | 15 | 5 | 12 | 42-36 | 50 |
| 7 | AZAL | 31 | 11 | 8 | 12 | 43-44 | 41 |
| 8 | Rəvan | 31 | 9 | 11 | 11 | 36-37 | 38 |
| 9 | Kəpəz | 31 | 9 | 5 | 17 | 35-54 | 32 |
| 10 | Simurq | 31 | 7 | 10 | 14 | 26-41 | 31 |
| 11 | Turan | 31 | 6 | 7 | 18 | 25-39 | 25 |
| 12 | Sumqayıt | 31 | 6 | 6 | 19 | 25-49 | 24 |
| # | Oyunçu | Komanda | Q |
| 1 | Bahodir Nasimov | Neftçi | 16 |
| 2 | Tales Şütz | AZAL | 10 |
| 3 | Yuri Fomenko | Kəpəz | 10 |
| 4 | Flavinyo | Neftçi | 10 |
| 5 | Zuheyr Benuahi | AZAL | 10 |
Peşəkar Futbol Liqasının (PFL) təşəbbüsü ilə bir qrup jurnalist də Antalyaya ezam olunmuşdu. Hakimlərin orada təşkil olunan təlim-məşq toplanışını izləmək, həmçinin Türkiyənin həmin bölgəsində hazırlıq keçən Premyer Liqa klublarının yoxlama oyunlarına baxmaq, yazılar hazırlamaq və s. imkanları yaratdığı üçün PFL-ə təşəkkür edirik.
Səfər Heydər Əliyev adına Bakı Hava Limanından başladı. Təyyarəyə daxil olmazdan əvvəl yoxlanış məntəqəsində xeyli yubandıq...
Yox bir. Belə də reportaj olar? Belə getsə, təyyarəyə neçə nəfər mindi, nə yedi, nə cür, hansı formada... səfərin hər şeyini yazmalıyam. Bu cür yazanlar var, qoy yazsınlar. Hər şeyi yazanlar da var - qoy yazsınlar. Ancaq hər şey yazan klaviş pul qarşılığında susmaz, bunu da yaz...
Səfər maraqlı keçdi (Yazı burdan başlayır). Ən əsası iki detal xoşuma gəldi: jurnalistlərin sərbəstliyinə heç bir maneənin törədilməməsi və PFL-in kameramanlarının da orada olması.
Mənim şəxsən o səfər xoşuma gəlir ki, təşkilatçı hər hansı formada mətbuat işçisinin azadlığını əlindən almasın. Məsələn, elə səfər olub ki, konkret sözlə olmasa da, gülümsəyib, "qılığa girib", min hoqqadan çıxıb, sözünü deyib - təşkilatçı jurnalisti şablonlara çəkməyə nail olub. İndi də var. Gözümün önündə oldu, gördüm. Güldüm...
Kamermanların isə orada olması ayrı müsbət cəhət. Hakimlərin təyinat aldığı oyunlarda buraxdığı səhvlərin müxtəlif orientasiyalı yalvarışlara belə məhəl qoymadan kadrlardan silinməməsi, yaxud HK rəsmilərinə təhvil verilməməsi diqqətimdən yayınmadı. Mənə elə gəlir, şantaja oxşar şeylər də oldu arada, ancaq kameramanlar və montajçı Rüfət işində olduqca peşəkardılar...
Sonradan kameraya düşən səhvlərin araşdırıldığını, yanlışlıq müəllifi olan referilərin ciddi cəzalandırıldığını da öyrəndim. Bu, çox yaxşı bir şeydi.
Az əvvəl "HK rəsmiləri" ifadəsini işlətdim. Əslində Komitənin bir rəsmisi var (sədr), o da Xaqani Məmmədovdu. Amma ətraf-aləmdə Elçin Məmmədovu da HK "rəsmisi" kimi görürlər. Yaxud o, özünü bu cür aparır. Mən bu hakimin reputasiyasını, bütün "karyera traektroriyasını" və s. detalları nəzərə alıb, bir ifadə işlətmək istəyirəm: görün hakimlərimiz nə gündədi ki, onlara Elçin Məmmədov dərs deyir. Bəli, "Spice" otelin akt zalında nəzəri məşğələ və müzakirə dərslərində Xaqani Məmmədovun arxasıyca bir nəfər də "hərəkət" edirdi...
Xaqani Məmmədovun metodikası xoşuma gəldi. Yaxşı dərs deməyi var. Nəzəriyyəni yaxşı öyrədir. Hərçənd müzakirələr zamanı bir neçə dəfə əksər hakimin, elə dərslərdə iştirakçı olan 2-3 jurnalistin də etirazına səbəb olan mülahizələri oldu. Məsələn, penalti epizodlarıyla bağlı video-tapşırıq zamanı test imtahanında əksər hakim və elə mən də bir epizod haqda eyni fikri yazmışdıq, ancaq komitəsi sədri əksini deyib, durdu. Bunlar bir yana, bir şeyi qətiləşdirdim ki, Məmmədov HK-da həqiqətən lazımlı şəxsdi, ancaq sədr yox, medotist kimi. Sədr isə daha iradəli və müstəqil biri olmalıdı...
Ən çox müzakirə subyekti olan Ramin Musayev. Azərbaycan futbolunda ən təzadlı şəxslərdən olan Musayevin əsl xarakterinə bələd olmaq üçün getmişdim bu səfərə həm də. Mənə maraqlı idi, ən çox tənqid etdiyim, haqqında bildiyim, təxminən, hər şeyi yazdığım bir futbol rəsmisi məni ezamiyyətə dəvət edirsə... Görəsən bu qədərmi müstəqil, yaxud demokratik birisidi?
Xatırlayırsızsa, ötən ilin bu vaxtları saytımızda Musayevin "Ambassador əhvalatı" çeklərlə dərc olunmuşdu və bizim sayt həm də bu məsələyə görə səfər siyahısından silinmişdi. Bu il isə yenə dəvət olunduq. İştirak etdik və gördük: Hakimlər necədi, PFL rəhybərliyi nə cürdü, medianın halı nə durumdadı... Bu, gələcək yazılarımız, çıxışlarımız üçün çox faydalı oldu.
Qısaca onu deyim, bir çox jurnalistdənsə, ora hakim-inspektorlar aparılsaydı, daha yaxşı olardı. Səbəbini geniş izah etmək istəmirəm, əslində bunu hamı yaxşı bilir - həqiqətən səfərə, yolçuluğa, yəni abadlığa çıxarılası az adam var...
Bəlkə də ona görə bu səfər haqda çox geniş yazmağım gəlmir. Ancaq bu cür səfərlər mütləq olmalıdı. Ətrafında çox söz-söhbətlər yaransa da, hər ağıllı bir "məsləhət" versə də, PFL məhz bu yolda düzdü. Musayevin ətrafına sarmaşıq kimi dolanan bəzilərinin yazılarda onu "yıxıb-sürüdüyünü" görsəm də, reallıqda onun qoltuğunda gizlənməyə can atan, əmrinə müntəzir olub xeyir güddüyünü gördüm bir neçə "simada". Reallıq tam başqa cürdü, əziz oxucu. Siz yazılarında "xoruz" olub, reallıqda "fərəyə" dönənlərə aldanmayın təki...
Toplanış uğurla başa çatdı. Faydalı ilə yanaşı faydasız cəhətləri də oldu. Bu barədə gələcəkdə çox söhbət açacağıq. Sonda rəmzi olaraq HK sədri Xaqani Məmmədov da oyun idarə etdi. Birincilərin 3:0 qələbəsiylə yekunlaşan "Çernomorets" - ÇFR "Kluj" oyunu sürətli keçsə də Məmmədov qaça-qaça canını qurtara bildi. Arada gülməli şeylər də oldu, ancaq 52 yaşda birinin 90 dəqiqə sürətli oyunda hakimlik etməyi heç olmasa, alqışlanmalıdı. Qalır, fevralın 10-da bitəcək fasilədən sonra hakimlərin bu toplanışdan nə qədər faydalandığını göstərmələri. Yeri gəlmişkən, oyunlarını izlədiyim "Xəzər Lənkəran", "Qarabağ", "İnter" və "Sumqayıt" komandaları arasında ən yaxşı təsiri axırıncılar bağışladı. Çempionatı gözləyək...
Elçin CƏLİLOV
Siz yazılarında "xoruz" olub, reallıqda "fərəyə" dönənlərə aldanmayın təki...Bunu dogru yazmisiniz Elchin gardash ancag bir shey var Biz ne bilek fere kimdir?? Bunu achiglayin yazilarinizda lutfen!!
sukur coxdandi sennen yazi gozduyurduk ki yazi sonunda derc olundu ve yene hemise ki kimi eladi..hemise bele ol!!
Celilov Sumgait sizi destekleyirrrr! )))