
| # | Komanda | O | Q | H | M | T-F | X |
| 1 | Neftçi | 20 | 14 | 1 | 5 | 41-16 | 43 |
| 2 | İnter | 20 | 12 | 6 | 2 | 20-9 | 42 |
| 3 | Xəzər L. | 20 | 10 | 5 | 4 | 29-19 | 38 |
| 4 | Qarabağ | 20 | 10 | 5 | 5 | 24-14 | 35 |
| 5 | Bakı | 20 | 9 | 5 | 6 | 25-19 | 32 |
| 6 | Qəbələ | 20 | 9 | 5 | 6 | 21-20 | 32 |
| 7 | AZAL | 20 | 7 | 5 | 8 | 29-32 | 26 |
| 8 | Rəvan | 20 | 6 | 7 | 7 | 23-24 | 25 |
| 9 | Simurq | 20 | 5 | 4 | 10 | 18-30 | 19 |
| 10 | Kəpəz | 20 | 4 | 4 | 12 | 21-36 | 19 |
| 11 | Sumqayıt | 20 | 4 | 3 | 13 | 13-28 | 15 |
| 12 | Turan | 20 | 3 | 2 | 15 | 13-31 | 11 |
| # | Oyunçu | Komanda | Q |
| 1 | Bahodir Nasimov | Neftçi | 13 |
| 2 | Flavinyo | Neftçi | 9 |
| 3 | Robertas Poşkus | Simurq | 8 |
| 4 | Tales Şütz | AZAL | 8 |
| 5 | Luiz Paulo Hilario | Qəbələ | 7 |
| 6 | Zuheyr Benuahi | AZAL | 7 |
"Ukraynalı futbolçunun keçidi həll olunub"
"Şahdağ"dan Elmar Yəhyabəyov, "Sumqayıt Şəhər"dən Ramil Nuriyev, "Şuşa"dan Orxan Lalayev, "Bakılı"dan Asif Zeynalov və AZAL-dan Vüsal Qarayevi heyətinə cəlb edən "Rəvan" daha bir futbolçunun keçidini həll edib. Bu barədə "FutbolPress"ə paytaxt təmsilçisinin vitse-prezidenti Bəhruz Şirəliyev məlumat verdi.
Klub rəsmisi saytımıza açıqlamasında bildirdi ki, maliyyə problemləri ilə əlaqədar "Turan"dan ayrılan Sergey Artyuxun transferini reallaşdırıblar:
"Bu gün AZAL-a qarşı keçirdiyimiz oyunda Artyux özünü yaxşı tərəfdən göstərə bildi. Baş məşqçimiz Vladislav Qədirov onun oyununu bəyəndi. Demək olar ki, ukraynalı futbolçunun keçidi həll olunub. Yaxın günlərdə müqavilə imzalayacağıq".
"Rəvan" hazırda AZAL-ın qapıçısı Amil Ağacanovun transferi ilə bağlı danışıqları davam etdirir. Bundan əlavə, baxışda olan Nemanya Vidakoviç barəsində də yaxın günlərdə qərar veriləcək.
Sergey Artyux "Turan"dan öncə "Simurq"da çıxış edib. O, indiyədək Ukraynanın "Metallurq-2" (Donetsk), "Olimpik" (Donetsk), "Vorskla", "Stal" (Alçevsk), "Poltava" və "Zakarpatiya" klublarında çıxış edib.