
| # | Komanda | O | Q | H | M | T-F | X |
| 1 | Neftçi | 20 | 14 | 1 | 5 | 41-16 | 43 |
| 2 | İnter | 20 | 12 | 6 | 2 | 20-9 | 42 |
| 3 | Xəzər L. | 20 | 10 | 5 | 4 | 29-19 | 38 |
| 4 | Qarabağ | 20 | 10 | 5 | 5 | 24-14 | 35 |
| 5 | Bakı | 20 | 9 | 5 | 6 | 25-19 | 32 |
| 6 | Qəbələ | 20 | 9 | 5 | 6 | 21-20 | 32 |
| 7 | AZAL | 20 | 7 | 5 | 8 | 29-32 | 26 |
| 8 | Rəvan | 20 | 6 | 7 | 7 | 23-24 | 25 |
| 9 | Simurq | 20 | 5 | 4 | 10 | 18-30 | 19 |
| 10 | Kəpəz | 20 | 4 | 4 | 12 | 21-36 | 19 |
| 11 | Sumqayıt | 20 | 4 | 3 | 13 | 13-28 | 15 |
| 12 | Turan | 20 | 3 | 2 | 15 | 13-31 | 11 |
| # | Oyunçu | Komanda | Q |
| 1 | Bahodir Nasimov | Neftçi | 13 |
| 2 | Flavinyo | Neftçi | 9 |
| 3 | Robertas Poşkus | Simurq | 8 |
| 4 | Tales Şütz | AZAL | 8 |
| 5 | Luiz Paulo Hilario | Qəbələ | 7 |
| 6 | Zuheyr Benuahi | AZAL | 7 |
"Ona çoxdan göz qoyurduq"
AZAL-la müqaviləsi başa çatan yarımmüdafiəçi Vüsal Qarayevi heyətinə qatan "Rəvan" "təyyarəçilər"in daha bir futbolçusunu transfer etməyə hazırlaşır. Baş məşqçi Vladislav Qədirov AZAL-da əsas heyətə düşməkdə çətinlik çəkən qapıçı Amil Ağacanovu sərəncamına cəlb etmək istəyir.
Bu barədə "FutbolPress"ə danışan "Rəvan"ın vitse-prezidenti Bəhruz Şirəliyev Amilin keçidi ilə bağlı danışıqların davam etdiyini bildirdi:
"Ona çoxdan göz qoyurduq. Hazırda dəqiq bir şey söyləmək çətindi. Danışıqlarımız davam edir. Yaxın günlərdə bununla bağlı rəsmi açıqlama verəcəyik.
Bundan əlavə, məşqçilər korpusu baxışda olan legioner Nemanya Vidakoviçi yoxlayır. Onun barəsində də 1-2 günə qərar veriləcək".
"Rəvan" daha öncə "Şahdağ"dan Elmar Yəhyabəyov, "Sumqayıt Şəhər"dən Ramil Nuriyev, "Şuşa"dan Orxan Lalayev və "Bakılı"dan Asif Zeynalovu heyətinə cəlb etmişdi.