
| # | Komanda | O | Q | H | M | T-F | X |
| 1 | Neftçi | 20 | 14 | 1 | 5 | 41-16 | 43 |
| 2 | İnter | 20 | 12 | 6 | 2 | 20-9 | 42 |
| 3 | Xəzər L. | 20 | 10 | 5 | 4 | 29-19 | 38 |
| 4 | Qarabağ | 20 | 10 | 5 | 5 | 24-14 | 35 |
| 5 | Bakı | 20 | 9 | 5 | 6 | 25-19 | 32 |
| 6 | Qəbələ | 20 | 9 | 5 | 6 | 21-20 | 32 |
| 7 | AZAL | 20 | 7 | 5 | 8 | 29-32 | 26 |
| 8 | Rəvan | 20 | 6 | 7 | 7 | 23-24 | 25 |
| 9 | Simurq | 20 | 5 | 4 | 10 | 18-30 | 19 |
| 10 | Kəpəz | 20 | 4 | 4 | 12 | 21-36 | 19 |
| 11 | Sumqayıt | 20 | 4 | 3 | 13 | 13-28 | 15 |
| 12 | Turan | 20 | 3 | 2 | 15 | 13-31 | 11 |
| # | Oyunçu | Komanda | Q |
| 1 | Bahodir Nasimov | Neftçi | 13 |
| 2 | Flavinyo | Neftçi | 9 |
| 3 | Robertas Poşkus | Simurq | 8 |
| 4 | Tales Şütz | AZAL | 8 |
| 5 | Luiz Paulo Hilario | Qəbələ | 7 |
| 6 | Zuheyr Benuahi | AZAL | 7 |
"Azlıqda qalmağımız yaxşı oldu"
"Xəzər Lənkəran" klubunun baş məşqçisi Cüneyt Biçər bu gün Almaniyanın "Volfsburq II" komandasıyla Antalyada keçirilən yoxlama oyunundan (2:1) sonra jurnalistlərin suallarını cavablandırıb
- İlk olaraq, qarşılaşmayla bağlı fikirlərinizi öyrənmək istərdik.
- Fərqli iki komanda oynadı. Bu gün matçın ilk hissəsində ilk yoxlama oyunumuzda meydana çıxmayan futbolçuların bəzilərinə şans verdim. Komandamızda yorğunluq var ki, bu da təbiidir. Ən çox məni məmnun edən futbolçularımızın qələbə qazanmaq istəyidi. Bu gün bir qədər sərt oyun oldu. Mən hakimlər haqda danışmaq istəməzdim. Amma burdakı hazırlıq oyunlarında onlar özlərini göstərmək istəyirlər. Matçın gedişatında 10 nəfərlə qaldıq. Sonra qol buraxdıq. Lakin daha bir qol vurub qələbə qazandıq. Bəlkə də bu gün azlıqda qalmağımız yaxşı oldu. Çünki artıq rəsmi oyunlarda futbolçular daha diqqətlə hərəkət etməlidilər.
- Konkret olaraq, hansı futbolçunuzun oyununu bəyəndiniz?
- Fərdi olaraq kimisə fərqləndirmək istəmirəm. Bizim üçün önəmli olan qələbəydi. Futbolçuların hamısı səylə çalışırdı.
- Yarımmüdafiənin orta xəttində problem vardı. Bunun səbəbi nədi?
- Dediyim kimi, komandada yorğunluq var. Hazırlıq prosesində bu kimi halların olması təbiidi. Yoxlama oyunları həm də ona görə keçirilir ki, belə çatımazlıqları görəsən və sonradan aradan qaldırasan. Bir daha vurğulamaq istəyirəm ki, məni oyunun nəticəsindən daha çox, futbolçularımızın qazanmaq istəyi razı saldı.
- Malidən transfer etdiyiniz üç futbolçu bu gün komandanızın düşərgəsində olmalıydı. Amma nədənsə, onlara rast gəlmədik.
- Bu futbolçular indilərdə Antalyaya gəliblər və bu gün komandamıza qoşulacaqlar.
- Klubunuzun rəisi Səməd Mustafayev bildirib ki, sizin bəyəndiyiniz üç futbolçu - müdafiəçi, yarımmüdafiəçi və hücumçu olsa, onlarla birbaşa müqavilə imzalanacaq. Artıq müəyyənləşdirdiyiniz futbolçular varmı?
- Bəli. Amma adlarını açıqlamaq istəməzdim. Bilirsiniz, dövrələrarası fasilədə oyunçu almaq asan deyil. Kimisinin klubuyla müqaviləsi olur. Müəyyənləşdirdiyim oyunçuları alacağıq.
- Onlar hansı ölkədəndilər?
- Ölkə adı çəkmək istəməzdim. Amma onlar Afrikadan deyillər, Avropada oynayan futbolçulardı.
Bundan sonra Lenkeran stadionunda gorunmemish Ultras Shoular olacag !!! Hamini Qavqazda en boyuk fan qrupa devet edirik !!! Yol verin “Caspian Ultras” qvardiyasi gelir !!! “LİKE” http://www.facebook.com/pages/Caspian-Ultras-Khazar-Lankaran-Supporters/112055395546854