1
2
3
4
5
6
7
8
9
10
11
P.S.
MƏMMƏDOVUN "NİSYƏ CAVABLARI"... (YAZI)
HAKİM-İNSPEKTORLARIN SEMİNARINDA RAMİN MUSAYEV "İZDİHAMI"... // PFL prezidenti gedir, yoxsa qalır? EKSKLÜZİV!
Turnir cədvəli
# Komanda O Q H M T-F X
1 Neftçi 18 12 1 5 37-16 37
2 İnter 18 10 6 2 17-9 36
3 Xəzər L. 18 10 5 3 27-17 35
4 Qarabağ 18 8 5 5 20-14 29
5 Bakı 18 8 5 5 23-16 29
6 Qəbələ 18 7 5 6 18-19 26
7 AZAL 18 6 5 7 26-28 23
8 Rəvan 18 5 7 6 21-22 22
9 Simurq 18 5 4 9 18-27 19
10 Kəpəz 18 4 4 10 21-34 16
11 Sumqayıt Ş. 18 4 3 11 13-23 15
12 Turan 18 3 2 13 10-26 11
Bombardirlər
# Oyunçu Komanda Q
1 Bahodir Nasimov Neftçi 11
2 Robertas Poşkus Simurq 8
3 Tales Şütz AZAL 8
4 Flavio Aleks Valensio Neftçi 7
5 Uinston Parks Bakı 6
6 Luiz Paulo Hilario Qəbələ 6
Arxiv
Həftənin xəbər hiti
Dost saytlar

Facebook
Futbol Panorama
"BAKI"NIN "FAİR-PLAY" HƏNGAMƏSİ (TƏHLİL)
"BAKI"NIN "FAİR-PLAY" HƏNGAMƏSİ (TƏHLİL)
24.05.2010 14:39

Və ya "Xəzər Lənkəran"ın fiaskosu!

Dünən Azərbaycan kubokunun finalında ən yadda qalan hadisə elə "fair-play" hoqqası oldu. Oyunun əsas vaxtı hər iki komandanın riskə getməməsi səbəbindən 0:0 bitdi. Fiziki və oyun üslubu cəhətdən rəqibinə nisbətən zəif görünən Lənkəran təmsilçisinin əlavə olunmuş vaxtda hesabı artıracağından çox qoruyacağı güman edilən idi.

Elə bu ərəfələrdə Ernad Skuliç hamını şoka saldı. Daha doğrusu, qarşılaşmanın 100-cü dəqiqəsində "Bakı"nın oyunçusunun yerə yıxılmasına görə rəqib futbolçular məhz hakimin müdaxiləsindən sonra "fair-play" qaydasını xatırlamalı oldu. "Bakı" topu oyuna daxil edə və ya elə rəqibin oyunu dayandırdığı yerdən meydanın kənarına ata bilərdi. Yəni, bir sözlə, "fair-play" bunu tövsiyə edir ki, həmin epizodda "Bakı"lılar rəqib üçün təhlükəli epizod yaratmamalı idi.

Amma Skuliçin topa vurduğu zərbə heç bir halda qapıçıya ötürməyə oxşamırdı. Elə "fair-play"a güvənən Kamran Ağayev mövqeyini bir qədər tərk edib önə çıxmışdı ki, bu səbəbdən topun sürətiylə özünü tənzimləyə bilmədi. Və qol.

Qoldan sonra mübahisə, qalmaqal öz yerində. Oyun 10 dəqiqəyə yaxın dayandı. Amma hakim vəziyyəti bərpa edəndən sonra "Bakı"nın bu qolu özünə yaraşdırmayacağına və əsl "fair-play" nümunəsi göstərib rəqibə bilərəkdən hesabı bərabərləşdirmək imkanı yaradacağına inanmaq olardı. Çünki məhz ötən mövsüm "Bakı"nın başına belə bir həngamə gəlmişdi. Xatırlayırsızsa, "Olimpik-Şüvəlan"la oyunda Mahir Şükürovla Junivan Suaresin oxşar vəziyyətdən istifadə edib qol vurması...

Həmin vaxt da "Bakı" arxayınlaşmışdı ki, rəqib topu təhlükəli ola biləcək zonaya ünvanlamayacaq. Amma əksi oldu. Şükürovla Suaresi autdan oyuna başlayıb qol vurduqlarına görə xalq düşməni səviyyəsinə qədər alçaldan, dayanmadan qəzetlərdə, saytlarda, TV-də "Olimpik-Şüvəlan"a (O vaxt "Olimpik" adlanırdı - müəl.) ittihamlar səsləndirən həmin "Bakı"nın rəhbərliyi idi. Zeynal Məmmədov, Yaşar Seyidov və s.

...Amma yox. Əsəblər gərilsə də, "Bakı" "Xəzər Lənkəran" önündə hesabda bu cür önə çıxmasından məmnun təsiri bağışlayırdı. 7 dəqiqə sonra Şoliç ikinci qolu da vurdu... Neytral mövqedə dayanıb məsələyə münasibət bildirməli olsam, deməliyəm ki, "Bakı" bu məqamda haqlıdı. "Fair-play" o demək deyil ki, Kamran Ağayev sayıqlığı əldən verməlidi, qarşısı alına bilən zərbəyə biganə reaksiya verməlidi...

Əslində, ətrafa bir qədər diqqətlə müşahidə aparanda, görərik ki, insanlar dünənki olaya çox soyuq yanaşırlar - heç nə olmayıbmış kimi. Bilirsiz niyə? Çünki "fair-play" çox böyük insan ədaləti tələb edir - əsl peşəkarlıq, ədalət nümunəsidi. Görünür, insanlarımızda belə dəyərlər aktuallığını itirib. Biz "Bakı" rəhbərliyi üçün aşağıdakı video roliki nümunə kimi yerləşdiririk. Baxsınlar, qiymət versinlər öz hərəkətlərinə...

"Xəzər Lənkəran" özünə haqq qazandıra bilməz...

Dünənki oyunda "Xəzər Lənkəran"ın rəqibə qarşı aciz qaldığı açıq hiss olunurdu. "Bakı"da isə əsl məşqçi işi görünürdü. Elə birinci hissədə Şoliçin fəallığıyla sola, Fabio Luis Ramimin sürətiylə sağa şaxələnən oyun məhz məşqçi göstərişi idi. Çünki "zolaqlılar" adətən bu tip futbol sərgiləmir.

Bu kombinasiyalı oyunun "oxunmaması" üçün isə Jabaya hər iki cinahın önündə fəal olmaq, müdafiəçiləri çaş-baş salmaq tapşırığı verildiyi məlum idi. Nəzərdə tutulan gedişlərin məhsuldar olmamasının səbəb isə solda Adnan Bərəkətin tempi təmin edə bilməməsi idi. Türk legioner oyuna hazır deyildi. Amma paytaxt təmsilçiləri müdafiədə də intizamlı olmaqla rəqibdən bir baş üstün oyun göstərirdi.

Cənublularda da çatışmazlıqlar məşqçi "işi" idi. Ağasəlim Mircavadovun oyun fəlsəfəsi, yanaşması heç vaxt sürətə hesablanmayıb - bu, bir aksiomadı. Hələ bu azmış kimi, rəqibin sürətli oynadığını çoxdan anlamalı olan Mircavadovun oyunu müdafiədən qurmağının hansı əsası var idi - aydın deyildi. Rahid Əmirquliyevin fiziki forması yerində olsa da, solda onu kifayət qədər "bağlamışdılar". Elə buna görə də Rahidin funksiyaları tezliklə Dieqo Souzaya ötürüldü. O, mərkəzlə yanaşı sağ cinaha da meyllənməli diqqəti ora yönəltməli, boş sahələrin açılmasını təmin etməli idi. Amma Souzanın da oyunu tezliklə "oxundu", rəqib onu da "qapadı".

Mircavadovun komandası müdafiədən qurulan oyunu mərkəzdə o qədər yubadırdı ki, qarşı tərəfin hətta hücumçuları müdafiəçi rolunu oynaya bilirdi. Bu, Mircavadovun futbolunda bir "xəstəlikdi". Onun komandası həmişə mərkəzdən hücuma keçənədək o qədər ötürmə edir, nəhayət, rəqib bunu dərhal zərərsizləşdir bilir. Ona görə də onun komandaları həmişə Avropada "yaxşı oynayır, lakin son anda, bəxtsizlikdən məğlub our...". Bir az diqqətli olaq, elə deyil, müasir futbol iki sütun üzərində qurulub: komanda oyunu və sürət.

Mircavadovun yanaşması isə köhnədi: fərdlərin texnikası və hücum...

Belədə sürət və komanda oyununu əmələ gətirmək mümkünsüz olur. Onun çalışdırdığı komandalarda həmişə fərdlər nəyisə həll edib. Amma komandanın uğuru fərdin durumundan asılıdı - bu da xoş olmayan ənənədi.
Mircavadov haqda bu və digər çatışmazlıqları bildirmək, iddia etmək elə də asan deyil, çünki onu dahi məşqçi sananlar çoxdu. Ona qarşı qoyulan əksarqumentlər isə hər dəfə "keçmir".

Nə yaxşı ki, Cüneyt Biçər bunu sübuta yetirdi. Elə təkcə son iki oyunu - çempionatdakı qarşılaşmanı və final matçını diqqətlə gözdən keçirin: Biçər Mircavadova köhnəldiyini əyani şəkildə göstərdi!
Bunlar bütövlükdə "Xəzər Lənkəran"ın cari mövsümdə fiaskosunu labüd etdi. Komandanın iddiası siyasətinə uyğun deyil...

E L Ç ! N


202 dəfə oxunub Share/Save/Bookmark
Şərhlər (4)
Asiman / 28.05.2010 19:17

olan oldu kecen kecdi

BakiFan / 24.05.2010 18:00

butun bakılıları tebrik eliyiram!!!!!! xezer lenkaran prosta atdanib-dusurdu yeke yeke danisirdilar. birce defe bakiya bata bilsez sora danisarsiz. Baki en boyuuuuuukkk!

Rashad / 24.05.2010 16:56

"Baki"nin bu hereketini ona yarashdirmadim.... Qoy temiz guclu olan teref qazanaydi. Onlar bu hereketi elemeseydiler ya da elemishdilersede qolun evezinde birini buraxsaydilar bile-bile qehreman kimi qarshilanardilar. Ududzsaydilar da onlarin bu hereketi tarixde qalacaqdi amma elemediler saxta uguru esas goturduler. Olsun!!! Camaat gorur her sheyi

Cavad Lənkəran / 24.05.2010 15:31

Men deyirem ki Mircavadov ne gundedi ki Cuneyt kimi cavan usagin yaninda biabir oldu!!!! O buna layiq sayir ozunu qoy saysin, amma Lenkeranli fanatlar buna layiq deyiller!!! İstefaya sesleyirem Mircavadovu

Şərh yaz:
Ad/Soyad:

E-mail:

Şərhiniz:



Əlavə edilən şərhlər Azərbaycan Respublikası qanunlarına və etikaya zidd olarsa, administrator tərəfindən redaktə edilə və ya silinə bilər.
 
Yazarlar
Gey Parad və...
Günay ELTAC
Günay ELTAC
"FutbolPress" 2012 
Xəndan ƏLİZADƏ
Xəndan ƏLİZADƏ
"Oxu" meydanı
ANTALYA KAMPINDAN PREVYU (YAZI)
"PERŞƏKARLAR" // Müasir futbolun abırsızlığı. Futbol totalizatoru (IX FƏSİL)
Xəbər-Xronika