
| # | Komanda | O | Q | H | M | T-F | X |
| 1 | Neftçi | 18 | 12 | 1 | 5 | 37-16 | 37 |
| 2 | İnter | 18 | 10 | 6 | 2 | 17-9 | 36 |
| 3 | Xəzər L. | 18 | 10 | 5 | 3 | 27-17 | 35 |
| 4 | Qarabağ | 18 | 8 | 5 | 5 | 20-14 | 29 |
| 5 | Bakı | 18 | 8 | 5 | 5 | 23-16 | 29 |
| 6 | Qəbələ | 18 | 7 | 5 | 6 | 18-19 | 26 |
| 7 | AZAL | 18 | 6 | 5 | 7 | 26-28 | 23 |
| 8 | Rəvan | 18 | 5 | 7 | 6 | 21-22 | 22 |
| 9 | Simurq | 18 | 5 | 4 | 9 | 18-27 | 19 |
| 10 | Kəpəz | 18 | 4 | 4 | 10 | 21-34 | 16 |
| 11 | Sumqayıt Ş. | 18 | 4 | 3 | 11 | 13-23 | 15 |
| 12 | Turan | 18 | 3 | 2 | 13 | 10-26 | 11 |
| # | Oyunçu | Komanda | Q |
| 1 | Bahodir Nasimov | Neftçi | 11 |
| 2 | Robertas Poşkus | Simurq | 8 |
| 3 | Tales Şütz | AZAL | 8 |
| 4 | Flavio Aleks Valensio | Neftçi | 7 |
| 5 | Uinston Parks | Bakı | 6 |
| 6 | Luiz Paulo Hilario | Qəbələ | 6 |
Vaqif Cavadov bu titulu qazansa da...
Qışda "Tvente"yə transfer olunan Azərbaycan yığma komandasının hücumçusu Vaqif Cavadovun debüt mövsümü çempionluqla nəticələnib. Enşede şəhərinin komandası səfərdə "Breda"nı məğlub edərək bu uğura nail olub.
Cavadov Hollandiya Erediviziyasında heç bir oyuna çıxmadan bu uğura sahiblənib. Həmyerlimiz cəmi iki dəfə komandanın əvəzedici heyətində çıxış edib. Bu amilə görə, ona çempionluq medalı düşmür. Ancaq hər halda, Azərbaycanda Cavadova görə bu komandanın çempionluğuna sevinənlər çoxdu.
Hollandiyadan gələn xəbərlərə görə, orada Cavadovun perspektivinə inanırlar. Gələn mövsüm üçün transfer işlərində planlar tam baş tutmasa Stiv Maklaren Cavadovu əsas heyətdə oynatmalı olacaq. Ancaq əsas məqsəd ondan ibarətdi ki, klub bir hücumçu, iki müdafiəçi almaq istəyir.
İstənilən halda, transferlər baş tutsa və ya əksinə olsa belə, Cavadov Erediviziyada oynamağa layiq olduğunu sübut etməlidi...
Çempionatın ikinci pilləsində "Ayaks" qərarlaşıb. "Alkmaar"la heç-heçə oynayan PSV isə "bürünc" qazanıb.
Son turun nəticələri belədi:
2 may
Breda - Tvente 0:2
Niymegen - Ayaks 1:4
Alkmaar - PSV 1:1
Feyenoord - Heerenveen 6:2
Herakles - Den Haaq 4:2
Utrext - Vitess 2:2
Qroningen Sparta 3:1
Roda - Villem II 3:2
Vaalveyk - Venlo 1:2