1
2
3
4
5
6
7
8
9
10
11
P.S.
RAMİN MUSAYEV: OYUNDAN ÖNCƏ HƏR İKİ KLUBUN RƏHBƏRLİYİ ZƏNG VURUB DEDİ Kİ... // "Bəlkə də çoxları bilmir, "Bakı" ilə "Xəzər Lənkəran" klublarının rəhbərləri..."
AZƏRBAYCAN PREMYER LİQASINDA NÖVBƏTİ LEGİONER QALMAQALI // "Sənədlər bizdədi, kimə istəyir müraciət ünvanlasın, lap Platiniyə zəng eləsin"
AVROPANIN ƏN BÖYÜYÜ - "ÇELSİ"!
Turnir cədvəli
# Komanda O Q H M T-F X
1 Neftçi 32 20 3 9 55-30 63
2 Xəzər L. 32 17 8 7 44-28 59
3 İnter 32 16 8 8 29-21 56
4 Qarabağ 32 15 8 9 37-28 53
5 Qəbələ 32 15 7 10 43-32 52
6 Bakı 32 15 5 12 42-36 50
7 AZAL 31 11 8 12 43-44 41
8 Rəvan 31 9 11 11 36-37 38
9 Kəpəz 31 9 5 17 35-54 32
10 Simurq 31 7 10 14 26-41 31
11 Turan 31 6 7 18 25-39 25
12 Sumqayıt 31 6 6 19 25-49 24
Bombardirlər
# Oyunçu Komanda Q
1 Bahodir Nasimov Neftçi 16
2 Tales Şütz AZAL 10
3 Yuri Fomenko Kəpəz 10
4 Flavinyo Neftçi 10
5 Zuheyr Benuahi AZAL 10
Arxiv
Həftənin xəbər hiti
Dost saytlar

Facebook
Müsahibə
EKSKLÜZİV! "AZƏRBAYCAN YIĞMASININ QRUPDA SONUNCU OLMAMAQ ÜÇÜN OYNAMASINI ANLAMIRAM"
EKSKLÜZİV! "AZƏRBAYCAN YIĞMASININ QRUPDA SONUNCU OLMAMAQ ÜÇÜN OYNAMASINI ANLAMIRAM"
03.01.2012 13:40

"Bu gənc forvard öz üzərində çalışmağa davam edərsə..."

Azərbaycan futbolunda hər zaman ən aktual problemlərdən biri rəqib torlarını imkan düşən anda silkələyə biləcək hücumçunun olmamasıdı. Düzdü, bizdə Anatoli Banişevski, Kazbek Tuayev, Səmədağa Şıxlarov, İskəndər Cavadov, Maşallah Əhmədov, İqor Ponomaryov, Nazim Süleymanov və s. kimi futbolçular məhsuldarlığı ilə adından söz etdirməyi bacarıb. Ancaq müstəqillik qazandıqdan sonra durğunluq dövrü yaşayan futbolumuzla yanaşı, sanki futbolçularımız da qol vurmağı yaddan çıxartdılar. Karyerası ərzində məhsuldarlığı ilə seçilən, Rusiya yığmasının sabiq üzvü, "Zenit"dəki çıxışı ilə diqqətləri üzərinə çəkən Denis Zubkoyla bu və digər məsələlərlə bağlı ətraflı söhbət etdik.

- Uzun müddətdi mətbuatda sizin haqqınızda yazılar dərc olunmur. Demək olarmı kölgəyə çəkilmisiniz?
- Bilirsiniz hər futbolçunun gündəmdə olduğu dövrlər olur. Mən hazırda Rusiyanın ikinci divizionunda çıxış edirəm. Rusiya idman mətbuatı isə əsasən Premyer Liqanın oyunlarını işıqlanıdırır, orada forma geyinən futbolçulardan yazır. Ancaq təbii ki, Volqoqrad vilayətinin idman mətbuatı bizim matçlarımızı daim manşetlərə daşıyır, oyunlarımıza geniş yer ayırır.

- Rusiyanın ikinci divizionunda çıxış etməyiniz sizi futbol yeniliklərindən, futbolətrafı hadisələrdən uzaq salmayıb?
- Futbolla bağlı bütün xəbərləri, yenilikləri həmişə yaxından izləməyə çalışıram. Yığmanın və Premyer Liqanın görüşlərini, gənc futbolçuların yüksəlişini, UEFA-nın qərarlarını daim diqqətdə saxlayıram. Demək olar ki, son illər Rusiya millisinin iştirakı ilə keçən bütün matçları seyr etmişəm. 

- O zaman yəqin ki, Rusiyanın seçmə mərhələdə yığmamızla keçirdiyi görüşlərə baxmısan. Azərbaycan millisinin çıxışı səndə necə təəsürat oyadıb?
- Ən əsası Azərbaycan yığması müdafiədə oturmağı unutmalıdı. Çünki sizin yığmanızın hücum potensialı var. Artıq dünya futbolunda ən zəif komandalar belə hücum futbolu oynamağa çalışır. Hücumçu olduğum üçün yığma komandanızın hücum xəttinin oyununu dəyərləndirmək istərdim. Hazırda Rusiyada çıxış edən Vaqif Cavadov, Avroliqa oyunlarında özünü yaxşı tərəfdən göstərən Rauf Əliyev, gənc istedad Araz Abdullayev kimi futbolçuların olması Azərbaycan yığmasının hücum potensialının olduğunu sübuta yetirir. Avroliqa matçlarından seyr etdiyim Rauf Əliyevi xüsusilə qeyd etməliyəm. Düşünürəm ki, bu gənc forvard öz üzərində çalışmağa davam edərsə, yüksək səviyyəli futbolçuya çevrilə bilər. Bunun üçün isə birinci növbədə o, daha güclü çempionatda çıxış etməlidi.

- Sizcə Berti Foqtslu Azərbaycan yığması bundan artığına qadirdimi?
- Azərbaycan yığmasının qrupda sonuncu olmamaq üçün oynamasını anlamıram. Axı Azərbaycan tarixi futbol ənənələri olan bir ölkədi. Ölkənizi Lixtenşteyn, Andorra, Lüksemburq kimi ölkələrlə müqayisə etmək mümkün deyil. Berti Foqts isə daha çox müdafiəyəmeylli futbola üstünlük verir. Artıq belə futbol fəlsəfəsi yox olmaq üzrədi. Berti Foqts bu fəlsəfəni yaşatmaq istəyən nadir məşqçilərdəndi. Mətbuatdan oxuduğuma görə hazırda sizin çempionatda çıxış edən futbolçular heç də az pul almırlar. Təkcə Sergey Yuranın Azərbaycanın əyalət komandalarından birinə rəhbərlik etməsi böyük faktdı. Rusiya çempionatlarında çıxış edən Arif Əsədovun, Qurban Qurbanovun rəhbərlik etdiyi klublar hazırda ölkə çempionatının liderlər qrupunda yer alır(Zubkoya Arif Əsədovun "Neftçi" çempion olduqdan sonra istefa verdiyini xatırladıram). Düşünürəm ki, Azərbaycan yığması kimi qrupdan çıxmaq iddiası olmayan millilərdə yerli mütəxəssislər çalışsa daha effektiv olar. Azərbaycan son seçmə mərhələdə Türkiyə kimi iddialı rəqibi məğlub etməklə futbol oynamaq bacarığını hər kəsə göstərdi.

- Kapitanı olduğunuz Volqoqrad "Rotor"unda hansı futbolçumuzu görmək istərdiniz?
- Bizim komandamızda müdafiə və yarımmüdafiədə çıxış edə biləcək universal futbolçuya ehtiyac var. Bir zamanlar "Anji"də çıxış edən Mahir Sükürovun oyununu bəyənirəm. Düşünürəm ki, onun bizim kluba çox böyük xeyri dəyərdi. Bildiyimə görə, o hazırda yerli birincilikdə mübarizə aparır. Bu il biz yenidən hər şeyi sıfırdan başlamaq qərarına gəldik. Bizim əsas məqsədimiz yenidən birinci diviziona vəsiqə qazanmaqdı..

Araz ƏHMƏDOV

"FutbolPress" // Sankt Peterburq (Rusiya)

389 dəfə oxunub Share/Save/Bookmark
Şərhlər (4)
Etibar Qarabagli / 05.01.2012 16:14

Tesekkur edirik bele gozel musahibelere gore!

Izzet / 03.01.2012 22:45

Vagif Javadovu niye deyir bilmirem. Neyi yaxshi futbolchudur bunun?

Raul M / 03.01.2012 19:40

Halaldi Futbolpresse hansi saytimiz bele maraqli musahibeni ozude Sankt Peterburqdan teskil ede bilerdi.Cox sag olun

Elcin / 03.01.2012 17:06

Yazini oxuyuram, rusiyali futbolcu bizim derdimizi bizden yaxshi bilir. Zubko esl peşəkardir.

Şərh yaz:
Ad/Soyad:

E-mail:

Şərhiniz:



Əlavə edilən şərhlər Azərbaycan Respublikası qanunlarına və etikaya zidd olarsa, administrator tərəfindən redaktə edilə və ya silinə bilər.
 
Yazarlar
"Qarabağ"dakı rejim... 
Elçin CƏLİLOV
Elçin CƏLİLOV
Nə oldu, Qurbanov? 
Xəndan ƏLİZADƏ
Xəndan ƏLİZADƏ
Foqtsun gündəliyi (Yekun)
Qismət RÜSTƏMOV
Qismət RÜSTƏMOV
"Oxu" meydanı
FİNALA LAYİQ İŞ (YAZI)
SKARLATAKE "FUTBOLPRESS"Ə DANIŞDI // Rednik haqda susdu, Lənkərana gəlişindən ağız dolusu danışdı
Xəbər-Xronika