1
2
3
4
5
6
7
8
9
10
11
P.S.
MƏMMƏDOVUN "NİSYƏ CAVABLARI"... (YAZI)
HAKİM-İNSPEKTORLARIN SEMİNARINDA RAMİN MUSAYEV "İZDİHAMI"... // PFL prezidenti gedir, yoxsa qalır? EKSKLÜZİV!
Turnir cədvəli
# Komanda O Q H M T-F X
1 Neftçi 18 12 1 5 37-16 37
2 İnter 18 10 6 2 17-9 36
3 Xəzər L. 18 10 5 3 27-17 35
4 Qarabağ 18 8 5 5 20-14 29
5 Bakı 18 8 5 5 23-16 29
6 Qəbələ 18 7 5 6 18-19 26
7 AZAL 18 6 5 7 26-28 23
8 Rəvan 18 5 7 6 21-22 22
9 Simurq 18 5 4 9 18-27 19
10 Kəpəz 18 4 4 10 21-34 16
11 Sumqayıt Ş. 18 4 3 11 13-23 15
12 Turan 18 3 2 13 10-26 11
Bombardirlər
# Oyunçu Komanda Q
1 Bahodir Nasimov Neftçi 11
2 Robertas Poşkus Simurq 8
3 Tales Şütz AZAL 8
4 Flavio Aleks Valensio Neftçi 7
5 Uinston Parks Bakı 6
6 Luiz Paulo Hilario Qəbələ 6
Arxiv
Həftənin xəbər hiti
Dost saytlar

Facebook
PRESSinq*
QUZANLIDA ƏSƏN "BAKI" KÜLƏYİ
QUZANLIDA ƏSƏN "BAKI" KÜLƏYİ
18.04.2010 09:48

"Qarabağ" uduzanda səbəbkar Foqts olur... (?!)

Dünən "Qarabağ" yenə uduzdu. Bu dəfə heç vaxt məğlub olmadığı doğma meydanda rəqib komandanın "zəlzələsində" batdı - 1:4.
"Bakı" bu qələbəylə Quzanlı arenasında etiraz alovu yaratmış oldu. Oyundan sonra azarkeşlərin "İstefa!" çağırması hadisələrin nüvəsində çox qəliz proseslərin cərəyan etdiyini düşünməyə əsas verir. Bəzi KİV-lər bu çağırışların baş məşqçi Qurban Qurbanova yönəldiyini yazıb. Amma biz məhz "İstefa, Qurbanov!" çağırışlarının şahidi olan tapmadıq.
Narazı kütlənin hədəfi təkcə baş məşqçidimi?

Quzanlıda oyunu izləyən həmkarlarımızdan birinin dediyinə görə, azarkeşlər oyundan sonra da etirazlarını ayrı-ayrı, lokal şəkildə bildiriblər. Onların arasında baş məşqçidən, futbolçulardan, həmçinin rəhbərlikdən narazı olanlar da var. "Qarabağ" azarkeşləri daha çox qış fasiləsində yararsız transfer siyasətindən şikayətçidi.

Problemin ümumi mənəzərəsində olanlar bəllidi: administrativ heyət və komanda.

Bəs səbəbkar...?

Qurbanov oyundan sonra keçirilən mətbuat konfransında məğlubiyyətin səbəbi kimi bu arqumenti səsləndirib: "Bakı" ilə oyuna istədiyimiz kimi hazırlaşa bilməmişik".

Peşəkar məşqçi məğlubiyyətə bu cür izah verməməlidi. Qurbanov bununla günahı milli komandanın baş məşqçisi Berti Foqtsun üzərinə atır və bu, ilk deyil. Son oyunlardakı uğursuzluqlara izahı da bu cür olurdu.
Maraqlıdı, komanda qələbə qazanandan sonra Qurbanov həmişə bu cümləni deməyi unutmur: "Uşaqlar verdiyim tapşırığı layiqincə yerinə yetirdilər". Əgər belədisə, əcəba, məğlub olduqları oyunlarda tapşırığı kim verir...? Başqa bir arqument də var: əgər komanda həqiqətən güclüdüsə, yaxşı hazırlıq keçirsə, onda psixoloji və ya fiziki yorğunluğu bəhanə gətirmək çıxış yol deyil.

Güman ki, Foqtsun toplanışında olan futbolçular da eyni şeyi edirlər. Yəqin onlar da formada qalmaq üçün məşq keçirlər, taktiki tapşırıqları öyrənirlər və s. Əgər Foqts onlara döyüş əmri verməyibsə və s. bu kimi işlər tapşırmayıbsa, deməli, millinin təlim-məşqinə gedən futbolçular da eyni işi görüblər. Onda Qurbanov futbolçuların toplanışda olmasını niyə bu qədər qabardır? Belə absurd bəhanə olarmı?

Anlaşılandı, həmin futbolçuların komandayla bir yerdə olmaması rəqibə qarşı taktiki oyun sxeminin öyrənilməsində problem yarada bilərdi. Amma hesabın faciəvi həddə olması nə taktikalıqdı, nə də başqa... Bu komanda xüsusən doğma meydanda belə hesabla məğlub olursa, deməli, vəziyyət idarəolunmaz hal alıb. "Qarabağ" tərəfdarları son vaxtlar uğursuz seriyanın bu gün partlayış effekti verməsi səbəbindən də "İstefa" səslənə bilərlər, amma kim qarant dura bilər ki, bu da bir təxribat deyil...

P.S. "Qarabağ"ın problemlərini Qurbanov fiquruna cəmləşdirmək məntiqsiz görünür. Problem varsa, bunun səbəbkarı təkcə baş məşqçi sayılmamalıdı. Belə yanaşmayla klubun rəhbərliyi komandanı bundan yaxşı vəziyyətə qaldıra bilməz; "Qarabağ"ın siyasəti dəyişməlidi...

Elçin CƏLİLOV

218 dəfə oxunub Share/Save/Bookmark
Şərh yaz:
Ad/Soyad:

E-mail:

Şərhiniz:



Əlavə edilən şərhlər Azərbaycan Respublikası qanunlarına və etikaya zidd olarsa, administrator tərəfindən redaktə edilə və ya silinə bilər.
 
Yazarlar
Gey Parad və...
Günay ELTAC
Günay ELTAC
"FutbolPress" 2012 
Xəndan ƏLİZADƏ
Xəndan ƏLİZADƏ
"Oxu" meydanı
ANTALYA KAMPINDAN PREVYU (YAZI)
"PERŞƏKARLAR" // Müasir futbolun abırsızlığı. Futbol totalizatoru (IX FƏSİL)
Xəbər-Xronika