
| # | Komanda | O | Q | H | M | T-F | X |
| 1 | Neftçi | 18 | 12 | 1 | 5 | 37-16 | 37 |
| 2 | İnter | 18 | 10 | 6 | 2 | 17-9 | 36 |
| 3 | Xəzər L. | 18 | 10 | 5 | 3 | 27-17 | 35 |
| 4 | Qarabağ | 18 | 8 | 5 | 5 | 20-14 | 29 |
| 5 | Bakı | 18 | 8 | 5 | 5 | 23-16 | 29 |
| 6 | Qəbələ | 18 | 7 | 5 | 6 | 18-19 | 26 |
| 7 | AZAL | 18 | 6 | 5 | 7 | 26-28 | 23 |
| 8 | Rəvan | 18 | 5 | 7 | 6 | 21-22 | 22 |
| 9 | Simurq | 18 | 5 | 4 | 9 | 18-27 | 19 |
| 10 | Kəpəz | 18 | 4 | 4 | 10 | 21-34 | 16 |
| 11 | Sumqayıt Ş. | 18 | 4 | 3 | 11 | 13-23 | 15 |
| 12 | Turan | 18 | 3 | 2 | 13 | 10-26 | 11 |
| # | Oyunçu | Komanda | Q |
| 1 | Bahodir Nasimov | Neftçi | 11 |
| 2 | Robertas Poşkus | Simurq | 8 |
| 3 | Tales Şütz | AZAL | 8 |
| 4 | Flavio Aleks Valensio | Neftçi | 7 |
| 5 | Uinston Parks | Bakı | 6 |
| 6 | Luiz Paulo Hilario | Qəbələ | 6 |
Kimilərinə şad, kimilərinə də bəd xəbər: tanınmış idman şərhçisi Altay Əliyev uzun müddət çalışdığı Az.TV ilə yollarını ayırıb. Əliyev bu gün öz ərizəsi ilə işdən gedib.
Məlumatı həmkarımızın özü də təsdiqləyib.
Qərarının konkret səbəblərinə gəldikdə, Əliyev lent.az-a açıqlamasında hələ bu barədə danışmaq istəmədiyini bildirib. O, bir müddət istirahət edəcəyini söyləyib: "Hələlik bir sıra təkliflər var. Qısa müddətdən sonra gələcək iş yerim müəyyənləşəcək. Ola bilsin, bir müddət jurnalistikadan kənar sahədə çalışdım".
Qeyd edək ki, Altay Əliyev 1996-cı ildən Az.TV-də fəaliyyətə başlayıb. O, dövlət televiziyasında 14 illik fəaliyyəti dövründə yalnız 2002-ci ildə ATV-də çalışıb.