
| # | Komanda | O | Q | H | M | T-F | X |
| 1 | Neftçi | 18 | 12 | 1 | 5 | 37-16 | 37 |
| 2 | İnter | 18 | 10 | 6 | 2 | 17-9 | 36 |
| 3 | Xəzər L. | 18 | 10 | 5 | 3 | 27-17 | 35 |
| 4 | Qarabağ | 18 | 8 | 5 | 5 | 20-14 | 29 |
| 5 | Bakı | 18 | 8 | 5 | 5 | 23-16 | 29 |
| 6 | Qəbələ | 18 | 7 | 5 | 6 | 18-19 | 26 |
| 7 | AZAL | 18 | 6 | 5 | 7 | 26-28 | 23 |
| 8 | Rəvan | 18 | 5 | 7 | 6 | 21-22 | 22 |
| 9 | Simurq | 18 | 5 | 4 | 9 | 18-27 | 19 |
| 10 | Kəpəz | 18 | 4 | 4 | 10 | 21-34 | 16 |
| 11 | Sumqayıt Ş. | 18 | 4 | 3 | 11 | 13-23 | 15 |
| 12 | Turan | 18 | 3 | 2 | 13 | 10-26 | 11 |
| # | Oyunçu | Komanda | Q |
| 1 | Bahodir Nasimov | Neftçi | 11 |
| 2 | Robertas Poşkus | Simurq | 8 |
| 3 | Tales Şütz | AZAL | 8 |
| 4 | Flavio Aleks Valensio | Neftçi | 7 |
| 5 | Uinston Parks | Bakı | 6 |
| 6 | Luiz Paulo Hilario | Qəbələ | 6 |
Məşhur şərhçi şübhəli əlaqələrdən "təmiz" çıxdı
Keçmiş futbolçu və tanınmış şərhçi Rıdvan Dilmənin bir neçə gün əvvəl polis nəzarətinə götürülməsi haqda xəbəriniz var. Bu gün Türkiyə mətbuatında həbsin gerçək səbəbi açıqlanıb. "Telekulak" (telefon danışıqlarının igzli dinlənməsi- red.) adı verilən və bir neçə məşhur iş adamının da istintaq nəzarətinə götürüldüyü məlum əməliyyatdan sonra aşkarlanıb ki, Dilmən 2008-ci ilin oktyabr ayında İstanbul "Veliefendi" hipodromunda keçirilən at yarışlarında 5-6 ayrı kuponla oynayıb və bu kuponların yalnız biri istisna olmaqla (Şafak-2 ləqəbli at) hamısı qalib gəlib.
İstintaq araşdırmasına görə, Dilmən həmin kuponları doldurduqdan sonra, Melik Şeker adlı şəxsə telefonla mesaj yazaraq, "Bu kuponları uduşa qoy"- deyib. Nəticədə kuponların hamısı qalib gəlir. Uduş məbləği ümumilikdə 200 min lirə (YTL) edir. Ancaq Dilmən Melik Şekere zən edəndə, "Qardaş, mənə mesaj gəlməyib. Kuponu uduşa verməmişəm"- deyir.
Bundan sonra Dilmən yarışın mərc şəbəkəsinin lideri Mehmet Yanık adlı şəxsə zəng vuraraq (2008-ci il. 7 oktyabr, saat 18:51), "At yarışında mərc oynamışam. Kupon qoyduğum 6 atın hamısı "tutub". Mən pulunu da göndərmişəm, amma mənə, "Uduşa qoymamışam, mənə mesaj gəlməyib" deyir. Mümkünsə, araşdır bu məsələni".
Yanık bundan sonra əlaqəli olduqları GSM şirkətindən mesajın həqiqətən gəldiyini öyrənəndən sonra Dilmənlə onun arasında belə bir telefon söhbəti olub:
Rıdvan Dilmən: Sənədləri çıxarda bilərikmi?
Mehmet Yanık: Çıxarda bilərəm. Ancaq yalnız sabah... Uşaqlardan mesajın, kuponun çatdırıldığını soruşdum. Dedim, göndərin, mən baxım, görüm. Dedilər, həqiqətən mesaj çatıb, amma, mesaja baxmayıblarmış.
Rıdvan Dilmən: Onda, xahiş edirəm, mesaj mətnini öyrənin, bu mənimçün çox önəmlidi. Mən oynadığım kuponun pulunu da vermişəm, kuponlar udub, 200 min məbləğim getdi...
Qeyd: Şübhəli telefon zəngi bu olub. Ancaq araşdırmalar və qısa istintaq sorğusu nəticəsində Dilmənin bu cür şəbəkələrlə hər hansı əlaqəsi olması barədə şübhələrə aydınlıq gəlib. Bundan sonra sərbəst buraxılıb.