1
2
3
4
5
6
7
8
9
10
11
P.S.
RAMİN MUSAYEV: OYUNDAN ÖNCƏ HƏR İKİ KLUBUN RƏHBƏRLİYİ ZƏNG VURUB DEDİ Kİ... // "Bəlkə də çoxları bilmir, "Bakı" ilə "Xəzər Lənkəran" klublarının rəhbərləri..."
AZƏRBAYCAN PREMYER LİQASINDA NÖVBƏTİ LEGİONER QALMAQALI // "Sənədlər bizdədi, kimə istəyir müraciət ünvanlasın, lap Platiniyə zəng eləsin"
AVROPANIN ƏN BÖYÜYÜ - "ÇELSİ"!
Turnir cədvəli
# Komanda O Q H M T-F X
1 Neftçi 32 20 3 9 55-30 63
2 Xəzər L. 32 17 8 7 44-28 59
3 İnter 32 16 8 8 29-21 56
4 Qarabağ 32 15 8 9 37-28 53
5 Qəbələ 32 15 7 10 43-32 52
6 Bakı 32 15 5 12 42-36 50
7 AZAL 31 11 8 12 43-44 41
8 Rəvan 31 9 11 11 36-37 38
9 Kəpəz 31 9 5 17 35-54 32
10 Simurq 31 7 10 14 26-41 31
11 Turan 31 6 7 18 25-39 25
12 Sumqayıt 31 6 6 19 25-49 24
Bombardirlər
# Oyunçu Komanda Q
1 Bahodir Nasimov Neftçi 16
2 Tales Şütz AZAL 10
3 Yuri Fomenko Kəpəz 10
4 Flavinyo Neftçi 10
5 Zuheyr Benuahi AZAL 10
Arxiv
Həftənin xəbər hiti
Dost saytlar

Facebook
Müsahibə
BABƏK QULİYEVDƏN FLAŞ İDDİA!
BABƏK QULİYEVDƏN FLAŞ İDDİA!
07.12.2011 01:47

"Hakimlər Komitəsinə rəhbərlik etməyə iddialıyam və bu məsuliyyətin öhdəsindən gələcəyimə əminəm"

Hakimlik problemi getdikcə problem hədəqəsindən çıxıb, gündəlik "vərdişə" çevrilməkdədi. Təəssüf ki, hələ də aidiyyatı şəxslər və ya qurumlar bu haqda ölçü götürmür. Ölçü bir kənara, heç ittihamları yaxına buraxmırlar. Əvəzində hər tur hakimlik üzündən qalmaqallar yaranır, hakim döyülür və s.
Xoşagəlməz vəziyyətlə bağlı Babək Quliyevi dindirdik. Səbəbsiz-filansız hakimlikdən uzaqlaşdırılan və hələ də günahı təsdiq olunmayan FİFA dərəcəli eks-referi söhbət əsnasında çox maraqlı iddia səsləndirdi.

- Babək bəy, son olaylardan xəbərdarsız. Hakimlər döyülür, hakimlərin idarəçiliyi üzündən komandalar arasında dava düşür və s. xoşagəlməz hallar yaşanır. Bunun səbəbi nədi? Niyə getdikcə vəziyyət daha acınacaqlı hal almaqdadı?
- Çünki futbolda əsas, hökverici və söz sahibi qüvvə olan hakimlik hansısa başqa dırnaqarası qüvvələr tərəfindən idarə olunur. İdarə olunan hakimlik, tapşırıqla, qorxaqlıqla oyun idarə edirsə, mütləq səhv buraxmalıdı. Bu cür halların nəticəsidi ki, bu gün ölkə çempionatında xoşagəlməz olaylar olur.

- Hakimlər niyə döyülür? Bunun günahı konkret kimdədi, hakimdə yoxsa...
- Bilirsiz, hakim səhv edə bilər. Ancaq səhvin də bir forması var da. İnsanlar, klub idarəçiləri, hamı görür axı hakiminki səhv deyil, başqa şeydi. Niyə Əli Hüseynovun vaxtında hakim döyülmürdü. Çünki Əli bəy Hakimlər Komitəsinin sədri olanda hakimləri qoruyurdu, səhv olanda onları məntiqlə cəzalandırırdı, klub rəhbərləri də baxırdı ki, burda iş normaldı. Ona görə kimsə vəziyyəti düzəltmək üçün yumruğuna güvənmirdi, gəlib şikayətini edirdi, şikayətinə baxılırdı və lazımi ölçü götürülürdü. İndiki sədr Xaqani Məmmədovun nəyinə güvənsinlər? Axı onun nə nüfuzu var ki, klub rəhbərlərinə diqtə edə bilsin! Onun sözünün kəsəri varmı hakimlərini müdafiə etsin?

- Xaqani Məmmədovdadı problem?
- Tək onda yox, o kimdi ki. O, sadəcə bir "alətdi". Təəssüf edirəm ki, həmkarlarıma qarşı meydançada yumruq atılır. Bu yolverilməz haldı. Mənə çox pis təsir edir. Görün hakimlik nə günə qalıb, oyun vaxtı, oyundan sonra hakimi döyürlər, təhqir edirlər. Ancaq hakimlərin rəhbəri bir dəfə çıxıb demir ki, filan klub filan cəzanı alacaq və ya başqa nəsə. Dili qısadı. Çünki səhvləri çoxdu. Gözükölgəlidi klub rəhbərləri qarşısında. Görmüsüzmü Xaqani Məmmədov Lənkərana getsin, Tovuza və ya başqa hansısa regiona gedib, oyun izləsin? Getməz. Çünki bilir ki, insanlar onun başına oyun açar. Hakimlər Komitəsinə qarşı kütləvi inamsızlıq yaranıb. Əlbəttə, bu qədər biabırçılıqlardan sonra problemin Xaqani Məmmədovda olduğunu deyəcəm də. Elə deyil? Peşəkar Futbol Liqası (PFL) və Hakimlər Komitəsinin yarıtmaz fəaliyyəti nəticəsində bu problemlər yaranır. Getdikcə də böyüyür. Ramin Musayev və Xaqani Məmmədov futbolu idarə edə bilmirlər. Hamımız görürük baş verən hadisələri. İp əldən çıxıb.

- Maraqlıdı, hər dəfə hakimlik haqda problem qabaranda önə Ramin Musayev verilir. Axı komitə birbaşa AFFA-ya tabedi. Niyə baş katib Elxan Məmmədov və ya assosiasiya rəhbərliyi indiyə kimi bir dəfə də hakimlik barədə danışmır və ya vəziyyətin düzəlməsi üçün cəhd etmirlər. Belə çıxır ki, razıdılar da problemlər böyüsün və media bunu Ramin Musayev və Xaqani Məmmədovun üzərinə atsın. Elədirmi?
- Elxan Məmmədov və ya başqa AFFA rəsmiləri hakimlik haqda danışmamaqda tam düz eləyirlər. Çünki bu işə cavabdeh bir şəxs var, o da Xaqani Məmmədov. O danışmalıdı, o tədbir görməlidi, problemlərin məsuliyyəti onun üzərindədi. Ancaq fikir verin, hakimlik haqda mətbuatda problem qaldırılan kimi Ramin Musayev çıxır önə, başlayır onları müdafiə etməyə. Halbuki səhvlərin izahını vermək lazımdı. Deməli, mənim və inasanların haqqı var ki, şübhələnsin. PFL rəhbərinin HK-nın işi haqda danışması absurddu.

- Bəs çıxış yolu nədi?
- Hakimlər Komitəsinin sədri bu vəzifədə yarıtmadı. İstefaya göndərilməlidi.

- Bəs siz kimi görürsüz o vəzifədə?
- Özümü. Niyə də olmasın.

- Maraqlıdı. İlk dəfədi belə iddia səsləndirirsiz.
- Bəli, ilk dəfədi. Niyə də olmasın. Hakimlər Komitəsi elə həssas yerdi ki, bu quruma sədrlik edən şəxsin, əvvəla, karyerası təmiz olmalıdı. Nüfuzu olmalıdı. Ona hörmət etməlidilər. Mənim 38 yaşım var. Tam enerjimlə bu işi öz üzərimə götürməyə hazıram. Bu məsuliyyətin öhdəsindən gələcəyimə əminəm. 2 il ərzində Azərbaycan hakimliyini problemlərdən xilas etməsəm, bu iddianı səsləndirməzdim.

- Babək bəy, karyera barədə dediz. Ancaq AFFA sizi əfv etmək fikrində deyil. Yəni güman edirlər ki, sizin səhviniz var. Həm də deyirlər, rəhbərliyə üzrxahlıq ərizəsi yazmalısız. Əgər bildirsələr ki, HK-ya sədr təyin olunursuz, ancaq həmin ərizəni yazmalısız...
- Xeyr, yazmayacam. O mövzuya bir daha qayıtmaq istəmirəm. Dəfələrlə demişəm, ərizə yazmayacam. Yazsam, deməli günahkar olduğumu boynuma alıram. Səhv eləmədiyimi özüm də bilirəm, məni hakimlikdən kənarlaşdıranlar da. Sadəcə, Rövnəq Abdullayev məsələnin kökünü bilmir.

- Siz nədən əminsiz ki, 2 ilə hakimlikdəki problemləri həll edəcəksiz?
Hakimlik çox həssas sahədi. Ora rəhbərlik edən şəxs əsl kişi olmalıdı. Bizdə çox perspektivli hakimlər var. Qalır  işi düzgün qurmaq, Avropaya, beynəlxalq arenaya təqdim etmək, onların hakim nüfuzunu bərpa etmək və s. Mən heç vaxt bu iddiada olmamışam. İlk dəfədi bunu sizin vasitənizlə deyirəm, Hakimlər Komitəsinə rəhbərlik etməyə iddialıyam və bu məsuliyyətin öhdəsindən gələcəyimə əminəm. 2 ilə yox, daha tez müddətə problemləri aradan qaldıra bilərəm. Sadəcə, işi bilmək və düzgün işləmək lazımdı. Bilirəm ki, rəhbərliyə bu lazımdı. Hazırkı rəhbərliyin əvvəli təmiz olmadığına görə, indi təmiz iş görə bilmirlər. Bu mümkün deyil. Onlar təmiz iş görmək istəyəndə kimlərsə onlara keçmişlərini xatırladır. Azərbaycan futbolunda sabitliyi və davamlı inkişafı bərpa etmək üçün hakimlik düzəlməlidi. 

Elçin CƏLİLOV

605 dəfə oxunub Share/Save/Bookmark
Şərhlər (6)
Hakim / 10.12.2011 15:27

Men butun gunahlari AFFA ve PFL-in mekteb savadi bele olmayan rehberlerinde gorurem. Onlara ozleri kimi yaltaq ve qul tipli insanlar hakimler lazimdi ki, butun emr ve tapsiriqlari yerin yetirsinler. Qaldi ki, hakimlerimizin seviyyesine mence normaldi sadece edaletli idarecliyiye imkan verilmir.

rustem / 08.12.2011 01:45

ay millet ozvuzu yormayin xeqani ozunu sperkleynen ordaki kresloya kleyliyib meydanda hansisa bir hakim olmese o geden deyil

Kend_Usagi / 07.12.2011 22:28

Inanmiram bu boyda urek affa edib Babeki xeqaninin yerine getirsinler.Cunki onlar zakazlarini risk alrina qoya bilmezler.

elgun / 07.12.2011 16:20

Babek mellim butun genc hakimler sizi destekleyir ve sizi azerbaycan hkimliyini duzeldeceyinize inaniriq ve sizi destekleyirik

Elshan / 07.12.2011 14:25

Biz azarkeşlər sizi dəstəkləməyə hazırıq. Ancaq təkcə bununla iş bitmirş. Sizə də zakazlar olacaq. Siz onların hamisina etiraz edə bilməzsiniz. Sizi elə mətbuat ilə ləkələyərlər. Sizin Qol saatı verlişində düzgün ekspert fikirlərinz bizlərdə böyük maraq yaratmışdı. Həmin vaxtlar biz Qol saatı verlişindən xüsusi zövq alırdıq. Elə bil ki,hakimlərin səflərini unutmuş olurduq. Ona görə ki, heç olmasa hakim səhfi öz təsdiqini tapırdı. Ona görə də sizi həmin verlişdən uzaqlaşdırdılar. O vaxtan bu günə kimi düzgün əqidəli ekspert teıeviziya proqramlarinda görmədik. İndi isə Elçin kimi yaltaq gəlib sizin yerinizdə oturub. Şəxsən mən onun son verlişdə buraxdığı quşları onun özönə deyə bilərəm. O özünü çoz yuxarıdan aparır. Siz qol saatı verlişində böyük azarkeş kütləsinin sevimlisi oldunuz. Biz böyük azarkeşlər dəstəsi Bakı ziyalıları Xəzə Lənkəran azarkeşləri sizı dəstəkləyir.

senan / 07.12.2011 13:24

Babek mellim biz sizin namizedliyinizi destekleyirik!@

Şərh yaz:
Ad/Soyad:

E-mail:

Şərhiniz:



Əlavə edilən şərhlər Azərbaycan Respublikası qanunlarına və etikaya zidd olarsa, administrator tərəfindən redaktə edilə və ya silinə bilər.
 
Yazarlar
"Qarabağ"dakı rejim... 
Elçin CƏLİLOV
Elçin CƏLİLOV
Nə oldu, Qurbanov? 
Xəndan ƏLİZADƏ
Xəndan ƏLİZADƏ
Foqtsun gündəliyi (Yekun)
Qismət RÜSTƏMOV
Qismət RÜSTƏMOV
"Oxu" meydanı
FİNALA LAYİQ İŞ (YAZI)
SKARLATAKE "FUTBOLPRESS"Ə DANIŞDI // Rednik haqda susdu, Lənkərana gəlişindən ağız dolusu danışdı
Xəbər-Xronika