1
2
3
4
5
6
7
8
9
10
11
P.S.
RAMİN MUSAYEV: OYUNDAN ÖNCƏ HƏR İKİ KLUBUN RƏHBƏRLİYİ ZƏNG VURUB DEDİ Kİ... // "Bəlkə də çoxları bilmir, "Bakı" ilə "Xəzər Lənkəran" klublarının rəhbərləri..."
AZƏRBAYCAN PREMYER LİQASINDA NÖVBƏTİ LEGİONER QALMAQALI // "Sənədlər bizdədi, kimə istəyir müraciət ünvanlasın, lap Platiniyə zəng eləsin"
AVROPANIN ƏN BÖYÜYÜ - "ÇELSİ"!
Turnir cədvəli
# Komanda O Q H M T-F X
1 Neftçi 32 20 3 9 55-30 63
2 Xəzər L. 32 17 8 7 44-28 59
3 İnter 32 16 8 8 29-21 56
4 Qarabağ 32 15 8 9 37-28 53
5 Qəbələ 32 15 7 10 43-32 52
6 Bakı 32 15 5 12 42-36 50
7 AZAL 31 11 8 12 43-44 41
8 Rəvan 31 9 11 11 36-37 38
9 Kəpəz 31 9 5 17 35-54 32
10 Simurq 31 7 10 14 26-41 31
11 Turan 31 6 7 18 25-39 25
12 Sumqayıt 31 6 6 19 25-49 24
Bombardirlər
# Oyunçu Komanda Q
1 Bahodir Nasimov Neftçi 16
2 Tales Şütz AZAL 10
3 Yuri Fomenko Kəpəz 10
4 Flavinyo Neftçi 10
5 Zuheyr Benuahi AZAL 10
Arxiv
Həftənin xəbər hiti
Dost saytlar

Facebook
Futbol Panorama
İSA QƏMBƏR: FOQTSUN QARŞISINA ŞƏRT QOYULMALI VƏ NƏTİCƏ İSTƏNİLMƏLİDİ (SORĞU)
İSA QƏMBƏR: FOQTSUN QARŞISINA ŞƏRT QOYULMALI VƏ NƏTİCƏ İSTƏNİLMƏLİDİ (SORĞU)
01.12.2011 15:15

Bəhram Bağırzadə: İqtisadi böhran zamanı özünə iş tapdığı üçün Foqtsu təbrik edirəm

Aqil Abbas: Bilmirəm Foqts bizi niyə daha çox istəyir!?

Dünən AFFA İcraiyyə Komitəsinin iclasında qərara alındı ki, Berti Foqts daha 2 il Azərbaycan futbolunu "minsin". İK-nın 12 nəfərlik heyəti verdikləri qərarı bəyənsələr də, cəmiyyətdə buna qarşı çıxanlar da çox oldu.

Biz də cəmiyyətin həmin təbəqəsinin fikirlərini öyrənməyə çalışdıq. AFFA-nın qulaqardına vurduğu ictimaiyyətin ən tanınmış simaları ilə əlaqə saxladıq.

Müsavat Partiyasının başqanı İsa Qəmbər: "Bu məsələyə münasibət bildirmək üçün daha dəqiq məlumata malik olmaq lazımdı. Hansı motivlər nəzərə alınaraq qərarlar çıxarılıb, başqa variantlar nəzərdən keçirilibmi, bütün bunlar haqqında məlumat olmadan fikir söyləmək çətindi. Foqts Ferqyusson, Mourinyo, Qvardiola, Arsen Venqer kimi dahi məşqçi deyil, sadəcə dünya futbolundan başı çıxan bir adamdı və normal çalışmağa cəhd göstərir. Başa düşürəm ki, məşqçi dəyişməklə onsuz da vəziyyət dəyişməyəcək. Futbola münasibət dəyişməlidi, futbolun idarə edilməsi dəyişməlidi. Uşaq futboluna təkcə sözdə yox, həqiqətən qüvvə, enerji qoyulmalıdı. Bu halda tədricən futbolun inkişafına ümid bəsləmək olar. Əgər Foqtsu saxlayıblarsa, onun qarşıdakı 2 iliylə bağlı daha aydın şərtlər, tələblər qoyulmalıdı. Onun nə qədər maaş aldığı rəsmən bildirilsə, daha yaxşı olar. Niyə dünyada bütün məşqçilərin maaşları bəyan edilir, amma Azərbaycanda milli komandanın məşqçisinin maaşı rəsmən açıqlanmır? Bundan əlavə, onun qarşısına qoyulan şərtlərin nədən ibarət olduğu bildirilməlidi və cənab Foqtsdan nəticə istənilməlidi.

Həmçinin dediyim kimi, məsələyə kompleks yanaşılmalıdı. Mən sözün düzü Azərbaycanda bir çox yaşlı, gənc məşqçilər var ki, onlara da azarkeşlik edirəm, xüsusən də Qurban Qurbanova, o hamımızın rəğbətini qazanmış məşqçidi. Eyni zamanda digər məşqçilər də var ki, nələrsə etməyə çalışırlar. Ürəyimdən keçirdi ki, məsələn, Qurbanovu milliyə məşqçi təyin edərlər və 1 ildən sonra ona qarşı qaralama kompaniyasına başlayarlar. Çünki bugünkü şərtlərdə ürəkağrısı ilə deyirəm ki, Azərbaycan futbolunun böyük uğurlar göstərməsi real görsənmir. Dəyişikliklər aparılmalıdı. Bir halda ki, Foqts bir neçə ildi burada işləyir və işləməyə də davam edəcək, onun qarşısına tələblər qoyulsun, eyni zamanda futbolda lazımi işlər görülsün, növbəti dəfə azərbaycanlı məşqçilərdən biri gəlib bu bazanı irəliyə apara bilsin".

"Planet parni iz Baku" KVN komandasının sabiq aparıcı üzvü, aktyor Bəhram Bağırzadə: "İlk növbədə dünyada olan iqtisadi böhran zamanı özünə iş tapdığı üçün Berti Foqtsu təbrik edirəm, çox gözəl, Allah ruzili-bərəkətli etsin. Futbolçulardan isə xahişim odu ki, oynasınlar və qələbə qazansınlar. Berti Foqts artıq "azərbaycanlı"dı, Azərbaycanda bişib və buranın futbolunu, problemlərini, mentalitetini bilir. Mənə elə gəlir ki, o nəsə edəcək. Bu işdə futbolçularımızdan çox şey asılıdı. Kimin gəlməsindən asılı olmayaraq, əgər futbolçu oynamayacaqsa, beynini dəyişməyəcəksə, bu mümkün deyil. Futbolçular öz üzərlərində işləməlidilər.

Bir də onu bildirim ki, mənim ən hörmət etdiyim azərbaycanlı Üzeyir Hacıbəyovdu. Onun da dahiliyi onda idi ki, 30-40-cı illərdə Moskva və Sankt-Peterburqdan Azərbaycana çox güclü müəllimlər gətizdirdi. İndiki Eurovisionda qələbələrimiz, İsveçrdə cazmenlərimizin qələbəsi və Azərbaycan musiqiçilərinin qalib olduğu digər müsabiqələr, bütün bunların təməl daşını Üzeyir bəy qoyub. Ona görə ki, o illər güclü müəllimlər gətirmişdi. Əgər bizim futbol assosiasiyası Almaniya və digər futbol ölkələrindən güclü mütəxəssislər gətirsə, 20-30 ildən sonra onun nəticələrini görə bilərik, qələbələr qazana bilərik. Buna görə də XXI əsrin əvvəlində Üzeyir bəy kimi bir adam gəlməlidi, Azərbaycan futbolunun təməlini qoymalıdı".

Millət vəkili, "Qarabağ"ın fəxri prezidenti Aqil Abbas: "Sizcə mənim və ya sizin fikrinizlə nəsə dəyişir? Bu AFFA-nın səlahiyyətində olan bir işdi, özləri bilərlər, kiminlə istəyirlər işləsinlər, çünki onlar bu işə cavabdehdilər. Foqts Azərbaycan futboluna heç nə vemədi. AFFA demişdi ki, Foqtsun taleyi AVRO-2012-nin qrup mərhələsinin son iki oyunundan asılı olacaq, amma həmin oyunlarda milli uduzdu. Buna baxmayaraq, yenidən onunla müqavilə imzalandı. Görünür AFFA belə məsləhət bilib. Foqts Azərbaycan futboluna heç nə gətirmədi, bundan sonrakı 2 ildə nə edəcək? Mənim fikrimcə, öz yerli kadrlarımızdan biri baş məşqçi təyin edilsəydi, daha yaxşı olardı. Çünki son zamanlar yazılırdı ki, guya Türkiyə və digər ölkələr ona yalvarır. Bilmirəm Foqts niyə bizi daha çox istəyir!?".

Xalq artisti Ağadadaş Ağayev: "Hər halda AFFA ona güvəndi ki, bu qərarı verdi. Yəqin ki, istənilən vaxt o müqaviləni poza bilər. Bəlkə yenə də ona şans vermək qərarına gəliblər, görək də. Fikrimcə, yerli məşqçilərə üstünlük versəydilər daha yaxşı olardı. Konkret olaraq Nazim Süleymanov, Qurban Qurbanov, Ağasəlim Mircavadovun adını çəkərdim. Ümumiyyətlə, azərbaycanlı məşqçilərin böyük uğurları var. Onlardan hər hansı biri olsa, mənimçün daha güvənli olar, nəinki belə. AFFA-nın qərarına da hörmətlə yanaşıram. Amma bundan sonra da millimizin uğurlar əldə edəcəyinə inanmıram. Çünki edə bilsəydi, bu zamana kimi edərdi".

Asəf Zeynallı

337 dəfə oxunub Share/Save/Bookmark
Şərh yaz:
Ad/Soyad:

E-mail:

Şərhiniz:



Əlavə edilən şərhlər Azərbaycan Respublikası qanunlarına və etikaya zidd olarsa, administrator tərəfindən redaktə edilə və ya silinə bilər.
 
Yazarlar
"Qarabağ"dakı rejim... 
Elçin CƏLİLOV
Elçin CƏLİLOV
Nə oldu, Qurbanov? 
Xəndan ƏLİZADƏ
Xəndan ƏLİZADƏ
Foqtsun gündəliyi (Yekun)
Qismət RÜSTƏMOV
Qismət RÜSTƏMOV
"Oxu" meydanı
FİNALA LAYİQ İŞ (YAZI)
SKARLATAKE "FUTBOLPRESS"Ə DANIŞDI // Rednik haqda susdu, Lənkərana gəlişindən ağız dolusu danışdı
Xəbər-Xronika