
| # | Komanda | O | Q | H | M | T-F | X |
| 1 | Neftçi | 32 | 20 | 3 | 9 | 55-30 | 63 |
| 2 | Xəzər L. | 32 | 17 | 8 | 7 | 44-28 | 59 |
| 3 | İnter | 32 | 16 | 8 | 8 | 29-21 | 56 |
| 4 | Qarabağ | 32 | 15 | 8 | 9 | 37-28 | 53 |
| 5 | Qəbələ | 32 | 15 | 7 | 10 | 43-32 | 52 |
| 6 | Bakı | 32 | 15 | 5 | 12 | 42-36 | 50 |
| 7 | AZAL | 31 | 11 | 8 | 12 | 43-44 | 41 |
| 8 | Rəvan | 31 | 9 | 11 | 11 | 36-37 | 38 |
| 9 | Kəpəz | 31 | 9 | 5 | 17 | 35-54 | 32 |
| 10 | Simurq | 31 | 7 | 10 | 14 | 26-41 | 31 |
| 11 | Turan | 31 | 6 | 7 | 18 | 25-39 | 25 |
| 12 | Sumqayıt | 31 | 6 | 6 | 19 | 25-49 | 24 |
| # | Oyunçu | Komanda | Q |
| 1 | Bahodir Nasimov | Neftçi | 16 |
| 2 | Tales Şütz | AZAL | 10 |
| 3 | Yuri Fomenko | Kəpəz | 10 |
| 4 | Flavinyo | Neftçi | 10 |
| 5 | Zuheyr Benuahi | AZAL | 10 |
...debilyu, debilyu, debilyu
İdman mediası qəzetdən tutmuş, saytına və jurnalına qədər "debilistana" dönmək üzrədi.
Bu yolda ən başda özünü ağlar günə qoyan elektron idman KİV-di, yəni saytlar. Futbol klubu reklam versə, yaşayacaq, verməsə...
Maraqlıdı, bir gün ölkə çempionatı dayansa, onda hazırda fəaliyyətdə olan və ya fəaliyyətdə olmağı yamsılayan saytların neçəsi işləyəcək? Deyərlər, birinci sualı özünə ver - verək də.
"FutbolPress" yaşayacaq! Çünki biz fəaliyyətə başlayanda 6 ay reklamsız əla dolandıq. Əlimizdə olan imkanlara uyğun, digər ictimai-siyasi agentliklərə analitik yazılar yazıb qonorarımızla dolana bildik. Biz reklam alan yox, təklifdən sonra reklam götürən tək-tük saytlardanıq. Ancaq bu gün... elə dünən də reklam üçün şalvarını soyunub ipdən başıaşağı asanlar var, olub... olacaq - 3 debilyu (adları siz bilirsiz)
Hərə özünə bir cür bəraət qazandırır. Bəraət istənilən halda bəraətdi. Bunu Eynşteyn də deyib, məsələn, qonuşumuz Hüseynağa da. Ancaq bunun fakta, ədalətə əsaslanan tərəfi də olmalıdı axı.
Məsələn, biz başa düşürük ki, tutalım, "Qarabağ" adlı klub yalnız özünü tərifləyənə, ən pis halda pisləməyənə babat reklam verirsə, "Neftçi", "Xəzər Lənkəran", "Bakı" elə deyil. Ona görə biz "Qarabağ"dan heç vaxt reklam götürməmişik. Danışıq olsa da, onlar bizə yox, biz onlara şərt qoymuşuq (Bu diqtə hər sayta nəsib olmur. Əksəri diqtəyə əyilib dolananlardı).
Biz reklam əməkdaşlığı etdiyimiz adı çəkilən klubları ən çox tənqid edən saytlardanıq. Görəsən, niyə bizdəki reklamlarını kəsmirlər, yaxud niyə bizə şifariş vermirlər, yaxud da niyə bizə diqtə etmirlər. Bu elə də sirli şey deyil. Bunun üçün jurnalistikanın ehtiva etdiyi ibtidai şərtlərə - obyektivlik, operativlik və analitik tələblərə cavab vermək lazımdı. Əgər sən nə qədər obyektiv olsan, sənə qarşı münasibət də o qədər olar. Buna az sonra yenidən qayıdacağıq...
Peşəkar tələblərə cavab verə bilməyən saytlar reklam mənbəyi olan klubları "qaralayırlar". Qaralama bir müddət davam edir. Bu, müxtəlif xassəli olur - məsələn, şantaj, qərəz və s.
Alınsa, bir müddət reklam onun cibində olur. Hansı ki həmin müddətdə də gözükölgəli olduqlarını iddia etməyə əsasımız var. Bir müddət sonra o reklam da gəbərir gedir öz işinin dalınca. Beləcə, sonradan yaranan vəziyyət "qarğabazarına" oxşayır. Bu cür vəziyyət bizə heç xoş deyil. Çünki idman mediasının pis və ya yaxşı durumu eyni zamanda bizi də maraqlandırır. Pis olan bizim də adımıza pislik gətirir...
Reklam əməkdaşlığı etdiyimiz adı çəkilən hər üç klubun müxtəlif vaxtlarda xoşagəlməz reaksiyaları olub. Məsələn, tənqidi yazını "həzm" edə bilməyib, danışığında, davranışında reklamı dayandıracağına işarə etmək kimi bir manevri deyək... Bütün hallarda biz bunun qarşılığında tolerant davranmışıq. Yəni "sifarişçi" tərəfə təzyiq peşəkarlıq baxımından doğru yol sayılmadığına görə reklam əməkdaşlığına son qoymaq istəyən kluba cavabımız yalnız bu olub - doğru bilirsinizsə, kəsin... Ona görə də bu yazını yazıb acınacaqlı dövrə qədəm qoyan idman mediyasındakı çatışmazlıqları qabartmaq haqqımız var. Bu haqq bir əlin barmaqları qədər sayda sayta və ya qəzetə məxsusdu. Digərlərinin haqqı çatmır...
Bu gün aktiv reklam obyekti sayılan bir neçə klub mediyaya qarşı radikallığını artırıb. Ya kəsmək hədəsi edirlər, ya da kəsirlər. Buna əks-reaksiya necə olmalıdı? Bunu yuxarıda bidirdik.
Yoldaşlar, kənardan özünüzə diqqət yetirsəz, "don kixotluqla" məşğul olduğunuzu, yaxud buna uğradığınızı görərsiz. Xüsusən, qəzetlər lap soyunub, başaşağı sallanıblar. Reklam kəsilibsə, bunun səbəbini axtarmaq lazımdı, reklamı kəsənə qarşı təhdid yoluna keçmək olmaz. Aramızda belələrinə yer yoxdu, olmayacaq da. Klublara qarşı harınlamaq, təhdidin küçə davranışını göstərmək jurnalist etikasına zərbədi, təhqirdi.
Maraqlıdı, kim gəldi, klubların şəffaf olmadığını iddia edir, yazır və ya necəsə bunu ifadə edir. Ancaq çevrilin mediyaya baxın - klublarda daha çox şəffaflıq var, nəinki KİV-də. Elə etməyin ki, günün birində "qurunun oduna yaş da yansın". Bu məqamda "quruların" "yandırılması" prosesi başlayacaq - elə məhz peşəkarlar tərəfindən.
Güman edək və çalışaq ki, haqqında qeyd etdiyimiz bu xoşagəlməz tendenasiya tezliklə aradan qalxsın.
Elçin