1
2
3
4
5
6
7
8
9
10
11
P.S.
RAMİN MUSAYEV: OYUNDAN ÖNCƏ HƏR İKİ KLUBUN RƏHBƏRLİYİ ZƏNG VURUB DEDİ Kİ... // "Bəlkə də çoxları bilmir, "Bakı" ilə "Xəzər Lənkəran" klublarının rəhbərləri..."
AZƏRBAYCAN PREMYER LİQASINDA NÖVBƏTİ LEGİONER QALMAQALI // "Sənədlər bizdədi, kimə istəyir müraciət ünvanlasın, lap Platiniyə zəng eləsin"
AVROPANIN ƏN BÖYÜYÜ - "ÇELSİ"!
Turnir cədvəli
# Komanda O Q H M T-F X
1 Neftçi 32 20 3 9 55-30 63
2 Xəzər L. 32 17 8 7 44-28 59
3 İnter 32 16 8 8 29-21 56
4 Qarabağ 32 15 8 9 37-28 53
5 Qəbələ 32 15 7 10 43-32 52
6 Bakı 32 15 5 12 42-36 50
7 AZAL 31 11 8 12 43-44 41
8 Rəvan 31 9 11 11 36-37 38
9 Kəpəz 31 9 5 17 35-54 32
10 Simurq 31 7 10 14 26-41 31
11 Turan 31 6 7 18 25-39 25
12 Sumqayıt 31 6 6 19 25-49 24
Bombardirlər
# Oyunçu Komanda Q
1 Bahodir Nasimov Neftçi 16
2 Tales Şütz AZAL 10
3 Yuri Fomenko Kəpəz 10
4 Flavinyo Neftçi 10
5 Zuheyr Benuahi AZAL 10
Arxiv
Həftənin xəbər hiti
Dost saytlar

Facebook
Futbol Panorama
BÖYÜK DƏYİŞİKLİK (YAZI)
BÖYÜK DƏYİŞİKLİK (YAZI)
24.11.2011 01:35

AFFA-da: ...acaq ...əcək!

Ciddi dəyişiliklərin astanasındayıq. AFFA-nın rəhbərlik postlarında "çistka"ların planda olduğu artıq məlumdu.

Əslində bu haqda ötən mövsümün ortalarından yazmağa, deməyə başladılar. Ancaq iddiaların ətrafında geniş müşahidələr və araşdırmalar aparandan sonra müəyyən qədər boşluqların olduğunu görüb, bu haqda proqnozlar bildirmədik.

Zaman gəlib o yerə çatıb ki, nəzərdə tutulan və aram-aram gerçəkləşdirilməyə başlanan ssenarinin ilkin konturları mayak kimi ətrafa işıq saçmaqdadı.

Əslində fikirlərimizin qəliz ifadəsi təfərrüatlarla tam tanış ola bilməməyimizdəndi. Ona görə bunu ehtimal, ancaq reallığa ən yaxın ehtimal kimi dəyərləndirə bilərsiz. Assosiasiya sanki çoxdan "hamilə" qaldığı böyük dəyişikliyi yaxın gələcəkdə nəhayət, "doğacaq"...

İcraiyyə Komitəsinin noyabrın ortalarına nəzərdə tutulan iclası haqda xəbərinz var idi. Bu iclasda üzvlər milli komandanın baş məşqçisi Berti Foqtsun qalıb-qalmayacağını müəyyənləşdirməli, futbola aid dövlət proqramının icrasını müzakirə etməli və s. digər detalları aydınlaşdırmalıydılar.

İK toplanmadı... Foqtsun millidəki taleyinə isə hələ də aydınlıq gəlməyib. Bu səbəblərdən alman çalışdırıcının qalacağı fikri doğruya oxşamağa başlayır. Ancaq bu, belə deyil. Ləngimələrin səbəbi var...

Sizə AFFA-ya gələcək rəhbərin kimliyini hələlik açmırıq. Bundan başqa, bir daha vurğulayırıq, "FutbolPress" olaraq, ötən ildən müzakirəsi başlayanm sözügedən mövzuya ilk dəfə toxunuruq. Səbəb: dəlil və sübutların və ya səhih informasiyaların azlıq təşkil etməsidi. Baxmayaraq ki, təhlil formasında dəyişiklik ssenarisini "deşifrə" etmək olar - ancaq oxucuya daha dəqiq məlumatlar verməyi düşündük.

Yeni gələn "partiya" millidə Foqtsu saxlamayacaq...

Onlar Hakimlər Komitəsində ciddi islahatlar düşünürlər...

Baş katiblik və digər strukturlarda köklü dəyişikliyin planda olduğu bizə məlumdu...

Millinin baş məşqçisi yerli mütəxəssis olacaq...

Futbolun inkişafına dair dövlət proqramının icrası sürətləndiriləcək....

Bunlar planlara daxil olan ümumi detallardı. Fikrimizcə, oxucu üçün ən maraqlı suallardan biri də PFL ilə bağlıdı.

Peşəkar Futbol Liqası ləğv olunacaq, yoxsa..?

Bu haqda hələ də qeyri-müəyyənlik davam edir. Subyektiv mülahizələrimizə görə, PFL tam ayrı funksiyalara malik başqa bir qurumla əvəzlənəcək.

Biz mövzunun izindəyik. Sizə  yaxın gələcəkdə daha təfsilatıyla, geniş məlumatlar verəcəyik.

Elçin CƏLİLOV

320 dəfə oxunub Share/Save/Bookmark
Şərhlər (4)
aydin / 26.11.2011 13:31

insallah dediyleriniz duzdur en azinnan buna umud edirik ve elcin qaqas sene guvenirik azerkesler olaraq

таиров ариф / 25.11.2011 23:23

спасибо за сказку. но увы - не верится !

Elshan / 25.11.2011 20:08

Elçin müəllim sizə inanırıq. Şad xəbərə görə sağ olun.

Namiq / 24.11.2011 10:03

Foqts yerinde qalacaq, artiq bu mesele hell olunub, diger deyishikler indi olmayacaq.

Şərh yaz:
Ad/Soyad:

E-mail:

Şərhiniz:



Əlavə edilən şərhlər Azərbaycan Respublikası qanunlarına və etikaya zidd olarsa, administrator tərəfindən redaktə edilə və ya silinə bilər.
 
Yazarlar
"Qarabağ"dakı rejim... 
Elçin CƏLİLOV
Elçin CƏLİLOV
Nə oldu, Qurbanov? 
Xəndan ƏLİZADƏ
Xəndan ƏLİZADƏ
Foqtsun gündəliyi (Yekun)
Qismət RÜSTƏMOV
Qismət RÜSTƏMOV
"Oxu" meydanı
FİNALA LAYİQ İŞ (YAZI)
SKARLATAKE "FUTBOLPRESS"Ə DANIŞDI // Rednik haqda susdu, Lənkərana gəlişindən ağız dolusu danışdı
Xəbər-Xronika