
| # | Komanda | O | Q | H | M | T-F | X |
| 1 | Neftçi | 32 | 20 | 3 | 9 | 55-30 | 63 |
| 2 | Xəzər L. | 32 | 17 | 8 | 7 | 44-28 | 59 |
| 3 | İnter | 32 | 16 | 8 | 8 | 29-21 | 56 |
| 4 | Qarabağ | 32 | 15 | 8 | 9 | 37-28 | 53 |
| 5 | Qəbələ | 32 | 15 | 7 | 10 | 43-32 | 52 |
| 6 | Bakı | 32 | 15 | 5 | 12 | 42-36 | 50 |
| 7 | AZAL | 31 | 11 | 8 | 12 | 43-44 | 41 |
| 8 | Rəvan | 31 | 9 | 11 | 11 | 36-37 | 38 |
| 9 | Kəpəz | 31 | 9 | 5 | 17 | 35-54 | 32 |
| 10 | Simurq | 31 | 7 | 10 | 14 | 26-41 | 31 |
| 11 | Turan | 31 | 6 | 7 | 18 | 25-39 | 25 |
| 12 | Sumqayıt | 31 | 6 | 6 | 19 | 25-49 | 24 |
| # | Oyunçu | Komanda | Q |
| 1 | Bahodir Nasimov | Neftçi | 16 |
| 2 | Tales Şütz | AZAL | 10 |
| 3 | Yuri Fomenko | Kəpəz | 10 |
| 4 | Flavinyo | Neftçi | 10 |
| 5 | Zuheyr Benuahi | AZAL | 10 |
Qəbələdə çatlayan şillənin AFFA-ya qədər gələn səsi...
"Qəbələ"yə səfərimin başqa bir səbəbi də Ramil Diniyevin oyuna təyinatı idi. XIII tura hakim təyinatları açıqlananda matçı canlı izləyəcəyimi qətiləşdirdim. Çünki Diniyev "izi" ilə növbəti həngamənin yaşanacağını ehtimal etmişdim...
Hadisəyə keçməzdən əvvəl qısa haşiyə çıxıb bildirim ki, Qəbələdə futbol adına gördüklərim məni sözün müsbət mənasında şoka saldı. Əsas meydançanın ot örtüyünə baxanda təbii olduğuna inanmağım gəlmirdi. Klub rəsmiləriylə birgə klubun gələcəyə yönəlik böyük layihələrinin gerçəkləşdirmə prosesiylə yaxından tanış oldum. Yenə ot örtüyünə qayıdıram... Bu, sadəcə inanılmaz bir şey idi.
Bazanı, akademiyanı tanışlıq səyahətindən sonra qətiləşdirdim ki, Qəbələ stadionunun ot örtüyü qədər bölgə futbolunun gələcəyi də yamyaşıl olacaq. Əgər işlər belə davam etsə, yaşıl işıq...
Oyuna gəlincə. Start heyətlərinə baxanda bilinirdi ki, "Neftçi" yenə naməlum bir sistemlə oynayacaq. Meydana çıxacaq "qvardiyanın" fərdi funksionallıqlarını qısaca analiz edib bu nəticəyə gəldim: hücumameylli, müdafiə düşüncəli, alabəzək bir şey... Bu, Böyükağa Hacıyevin məşhur taktikasıdı.
Yumorun öz yeri. Amma bu qədər bəsdi. Dünən "Neftçi"nin taktikasından başqa yumorluq heç nə yox idi desəm, yanılmaram. Başqa cür ifadə etsəm, gözəl futbol bayramı aurasını faciəyə döndərən rüsvayçı hakimlik var idi.
Oyun başlalayandan 10-cu dəqiqəsinədək qonaqların naməlum taktikası naməlum vəziyyət yaratmışdı. Bilmək olmurdu "Neftçi" dominantlıq edir, yoxsa "Qəbələ". Ancaq az sonra məşqçi müdaxilələri başlayacaqdı və Adamsın yerinə dəvət olunan Fatih Kavlak özünü yaxşı tərəfdən göstərəcəkdi. Klubun aşağı yaş qruplarındakı işi ilə, işinə ciddi yanaşmasıyla rəğbət qazanan Kavlak az qala hər bir oyunçuya nə etməli olduğunu hər dəqiqə xatırladırdı, bir sözlə, rahat durmurdu. Həm də bu göstərişlər əla işləyirdi. Kavlakın bu postda ilk oyunu olmasına baxmayaraq, tələsmədən bildirə bilərəm ki, adam "Qəbələ"nin potensialını aça biləcək bacarıqdadı. Diqqətlə izlədim onu...
"Neftçi"ni əməlli-başlı "bağlamağa" nail olan Kavlak bəlkə də bilməzdi ki, ortaya atılmış Ramil Diniyev adlı fıştırıx "əlili" işin içinə batıracaq.
Çertoqanovun ağıllı cərimə zərbəsindən sonra hesabı açan "Qəbələ"də özünəinam artdı və oyunu azca "oxumaq" qabiliyyəti bəs edirdi ki, ev sahibi komandanın bu oyundan mütləq xalla ayrılacağını ehtimal edəsən. Nəysə, oyunun taktiki sxematikası və analizini həmkarım Erkin İbrahimov yazısında mükəmməl təhlil edib, mən sizə şahidi olduğum biabırçılığı deyim.
Diniyev oyunboyu "Neftçi"yə işlədi. Əgər bu qədər həyasız fitlərin qarşısında "Qəbələ" "sınmadısa", əhsən! TV-dən baxanların hadisələri necə gördüyünü bilmirəm, amma canlı izləyəndə bəlkə də hamı mənimlə həmfikir olacaqdı, ev sahibi əla oynayırdı. Ən əsas da möhtəşəm istək vardı. Bu birbaşa məşqçi işidi - motivasiya işi əla qurulmuşdu.
Əla qurulan hər şeyi, Diniyevin hər toxunuşa fit çalıb, "Neftçi"nin lehinə qərarlar verməsi pis günə qoyurdu. Bir daha qeyd edirəm, "Neftçi"ni rəzil etməyin, bəxdəbəxt hakimlər, imkan verin, özü oynasın. İnanın, bu komanda güclüdü, sadəcə bəzi dümsük fit sahiblərinin "sabunsuz giriş" əməliyyatının arxasında nəyin dayandığını aşkarlamaqda çətinlik çəkməsəm də, yazmaqda çətinlik çəkirəm. Çünki əlimdə dəlil-sübut yoxdu. Bir gün o da olacaq...
Oyunun əsas vaxtına artırılmış 4 dəqiqənin sonuncusunda qapıya penalti təyin edəndə Diniyevin tapşırıq yerinə yetirdiyini düşünməyə bilmədim. Həmin epizodun videosunu yerləşdirmişik, bilməyənlər bir də baxsın...
Bu mövsümün "İlahi ədalət ili" olacağını mövsümün əvvəlində yazmışam. Doğrudan da elədi. Haqsız penaltilər qapıya girmir ki girmir. Belə penaltini təyin eləmək üçün gərək nə olasan...!
Oyun bitən kimi azarkeşlərin bir hissəsinin meydançaya axışıb Diniyevə öz şapalaq payını yetirmək istəyini yaxşı anlayıram. Əgər kimsə bu azarkeşlərin doğru etmədiyini düşünürsə, onda "Qəbələ"nin heç olmasa 2 tur əvvəl evdə "Simurq"a məğlubiyyətini (0:2) xatırlasın. Elə həmin oyunda meydana axışıb hakimə şillə vurmaq olmazdımı? Onlar anlamışdılar ki, komanda rəqibə oyunla uduzub. Amma dünən elə deyildi. Hakim az qaldı komandanın 3 xalını əlindən alsın. Sadəcə, qəh... rəmanlıq alınmadı.
Ramil Diniyevə vurulan hər şillə, hər təpik AFFA-ya dəydi dünən... Oyan AFFA, ayıl PFL!
Belə də ki oyanmaya da bilərsiz. Artıq azarkeşlər haqsızlıq cəzalandırmağı öyrənib. Sizdən onsuz ədalətli cəza gözləyən qalmayıb. Çünki inamınızı itirmisiz! Tapanda, xəbər edərsiz.
Diniyev, necəsən? Fıştırığın gəlsin... "Qəbələ" də rüşvət vermir eləmi? Bu cür klublardan zəhləniz gedir, düzdümü? Zəhlə məsələsində rekordçu olduğunuzu da unutmayın. Utanmaq bacarığınız olanda, sizin qulu olduğunuz Hakimlər Komitəsinə bir qutu banan hədiyyə edəcəm.
Elçin CƏLİLOV
inanin ki, evvelki sherlerimdede yazmishdim bunu. Qarabagla (sehv ede bilerem deqiq yadimda deyil) ya Baki idi yada Qebele oyununda Qarabagin lehine penalti verildi eyni Neftchiye verilen kimi haqsiz ve edaletsiz penalti idi. Qarabagin onu vurmamasi ucun ANCAQ REBBIMIZ OLAN ALLAHA DUA ETDIM ve vura bilmediler. inanin cox sevindim ve seheri gunu ishdeki internetden yazdim ki, heqiqeten Qarabag azarkesi olaraq, Qarabagin lehine verilen qerari haqsiz sayiram ve hemin oyunda haqli olaraq Qarabag 0-1 hesabi ile uduzdular. Ancaq men bu qeder Neftchinin lehine verilen qerarlarda hec gormedim bezi neftchi azarkeshleri (hansiki, bura her gun nese yazirlar) hansisa bir defede olsun desin ki, he heqiqetende hakimin qerari sehv idi ve haqli olaraq uduzduq. ona gorede Neftchi klubunun hormeti getdikce her kesin yaninda 0-a enir
Men hemise Neftcnin zerkesi olmusam en pis vaxtindada azerkeslik etmisem..bele hadiseler neftcini gozden salir Hakim kimdi ee onun sotuna oyun udasan bele olanda nefciden uzaqlasiram fanat kimi..he birde haqsizlignan cempionlugu men istemerem cunku onda menim kamandam zeifdi ki haqsizlignan qazanir bele olan halda haqsiz kamanda mene lazim deyil..He birde Elcin senin xezerde danismagina baxanda mene cox lezet eledi Istiyerem sennen wexsen danisim imkanin olsa calis fanatlarla bir gorus yarat...yazi ela cox sagol
Etibar bəy, fikirlərinizə görə Sizə təşəkkür edirəm. Digərlərinə də deyirəm: gəlin ədalətli olaq. Kim istəmir ki, "Neftçi" çempion olaraq Azərbaycanı Çempionlar Liqasında layiqincə təmsil etsin? İnanın, bunu mən hamıdan çox istəyirəm. Amma bu, ədalətlə olmalıdır. Klub oynayıb qələbə qazanmalıdır, daha hər oyun hakimin köməyi ilə yox! Zaqatalada, Rövşənin geydirmə autundan sonra qol vurur, "Turan"a 90+4-cü dəqiqədə qaydaları pozaraq qol vurur, "Xəzər"i oyunçularını şapalaqlayaraq udur. Hakimlərə güvənməkdənsə, yaxşı heyət qursun, güclü məşqçi gətirsin və çempion olsun. Bu, həm də futbolumuzun səviyyəsini qaldırar. Başqa klublar, o cümlədən "Xəzər" bu rəqabətə uyğun olaraq daha güclü futbolçular gətirər. Rəqabət olmayanda, inkişaf da olmur. Bunu başa düşün.
hamiya salam. Elcin qardawa da 2gun bundan onceki Xezer tv-0deki cixiwina gore tewekkurler.haminin fikrine hormet eliyiram xahiw ediram bir sual veracam cvb verasiniz (xususile de Neftcisevarlar) eger neftci bu qadar edaletsizlike cempion olsa ona yenada azerkewlik edacaksiniz? texmini bu dusturla
AFFA+PFL+HK= NEFTCININ CEMPIONLUGU
Lestat! sen dusunursen ki, hakimin sehven verdiyi penali qola cevriseydiler ramin diniyev Qebeleden sag cixacaqdi? hem gor ne yere gelibse, neftchinin ecnebi oyunculari penali vurmaq istemeyib. ayaq mesqchi Feridin ustune qishqirdiqdan sonra Ferid vurub. soyunma otaginda ecnebilerle Ferid arasinda naraziliq yaranib.Neftchinin oyununa shubhem yoxdu gozel oynayirlar, soz ola bilmez ama vicdansizliq bas alib gedir. hetta Neftchiden hakim komekliyini hec kes istemese bele hakimler bunu edirler xususi tapsiriqlarla.
Hakim kobud sehv edib,ona gore cezalanmalidi..Amma bu o demek deyil ki omurluk cezalansin.Sehv istenilen hakim ede biler.Tekce hefte sonu Roma-Lecce oyunununda Osvaldonun qol veziyyetini xatirlamaq kifayetdi.Ve ya kecen il Buskesin simulyasiyasini.Yeni olur bele seyler.Sadece olaraq Neftchinin gozel oyununa kolge salan bezi hakimler diqqetli olmalidirlar. Qaldiki Etibar senin fikrine Dinamo Zagreb klubuna 2 oyunun neticesine gore 3-0 uduzmaq rezalet deyil.Her halda bunun rezalet olmadigini Dinamo cempionlar liqasina dusmekle subut etdi.
Nur adli sherhci senden baslayaq. Neftchini sevdiyin qeder cox guman ki, rezaletide sevirsen. calish vicdanini rezalet altinda buraxib qacma. rezil olmagi hec kes istemir ama neftchi hem ozunu, hem hakimliyi, hemde butun xalqimizi avropada rezil etdi. indide kecen ilki kimi cempion olacaqsa, INSHAALLAH belalarini gorecekler kecen ilki kimi. kecek kto to nikli sherh yazan kimseye. yegin sende nur sherhci kimi rezil oldun. Elcin ne yazibsa, hemishe duz yazib. hec vaxt neftchini idare eden hakimler kimi qerezli olmayib. calishin futbolumuzu duzeltmek ucun nese yazin. futbolumuzu rusvay etmek ucun addim atanlardan olmayin!
Ar olsun Neftchini bu gune salanlara.Artiq uwaq-muwaqin da dilinden duwmur komandam.Duz soze ne deyesen.Qebele ile oyunda hakim ozunu qoymuwdu axirinci yola.Bunun sebebkari kimdirse sabah vicdani qarwisinda cavab verecek.Shukurler olsun ki,hec olmasa hakimin komeyile o murdar 1 xali qazanmadiq.Xalsiz qaldiq.
Ən əvvəl yazıya görə sağ ol. Azərbaycan futbolunu ifıic edələr hakimlər komitəsidir.Bir şeyi başa düşə bilmirəm necə olur bizə xaricdən oyunçu və məşqçi lazim olur hakim yox. məncə xaricdən necə ki məşqçi və oyunçu gətirirlər o cür də hakim gətirməlidirlər.Başqa çarə yoxdur.
Resad Abdullayevle bagli olay,Ramil Diniyevin gosterdiyi show butun bunlari AFFA gormur,gormek istemir. Lenet bele xalq komandasina,lenet bele Neftchiye,lenet bele cempionluga
Dunyanin axiridir gor Neftci kimi tarixi komanda kimlere verilib,
Əzəldən binalar möhkəm qurulur,Təməlsiz binalar çox tez də uçur. N.Gəncəvi.Topaz, Azərbaycan futbolunun padvalına dolmuş suya bənzəyir. Bünövrəsini yavaş-yavaş yuyur.Azərbaycan futbolunun təməli haramla, rüşvətlə, yalanla qurulub. Pula görə qeyrətini satanlar hamı burda önəmli mövqelərdədir. Bunun düzəlməsi üçün AFFA-nı dinamitlə yox edib,(içindəkilər qarışıq) yeni möhtəşəm bir bina tikmək lazımdır. Başına da kişi kimi birini gətirmək lazımdır. Bəs bunu kim etməlidir? Gəlin buna cavab axtaraq.
Adam "Neftçi"yə işləyə bilər, onun azarkeşi ola bilər və ona simpatiyası ola bilər, amma gəlin vicdanımızı pula satmayaq və ədalətli olaq. Nə oldu, bütün ölkənin və xalqın gördüklərini siz görmədiniz? Korsuz məgər? Onda göz həkiminə müraciət edin.
Neftçi udanda da, uduzanda da onun əleyhinə yazırlar. Başa düşə bilmirəm, bəs Neftçi neyləməlidir? Bütün oyunlarını heç-heçə başa vurmalıdır?! Neftçinin leyhinə hakim qərarını görmürsüz, amma Neftçinin leyhinə qərar veriləndə elə bil Neftçisevməyənləri söyürlər də.
Niyə, Nur bəy. Obyektivlik səni narahat edir? Meydanda 90 dəqiqə normal qaça bilməyən komandanı çempion etmək sənin xoşuna gəlir? Gedib Avropada da biabır olub gəlirik. Bəlkə sənin xoşuna gəlir bunlar? Gəlirsə, de, biz də bilək.
Maraqlidir ki, Neftci udanda da ittiham olunur. uduzanda da. Qardas hakim qerezlidir? lenet hakime. bes bu boyda tarixi olan komandanin adina niye soz cixardirsiz?deyirem yaxsi ki o penalti qol olmadi, yoxsa agzigoycekler baslayacaqdilar. neyleyek ki, ictimaiyyetde reyi tele kanallar, qezetler, saytlar yaradir. Elcin Qebeleye qerez gormek umidi ile getdin, niyyetin hara menzilin de ora, bu serhimi vermemek senin elindedi, istediyin kimi davran. Neftci alsaydi hakimi yox 3 xali alardi. Bu ise bas vermedi
Sən bu cür yazı ilə özünü həyalı hiss edirsənsə,həyadan çıxanda nə gündə olursan.Bundan sonra bu adla yaz: FUTBOLDA RƏZALƏT.Tam yazına görə addır.
Ramil məcburdu qardaşıoqlu nə qədər Neftçidədi belə olacaq......
Ama bir gün hansısa hakim azarkeş əlində öləcək bu dəqiqdi.
Sağ olun, Elçin. Gözəl yazıdı. Ancaq bir məsələni açıq deyin, çəkinməyin. Hakimlər "Neftçi"ni rəzil etmirlər, "Neftçi" hakimləri rəzil edir öz verdiyi sifarişlərlə. Hər oyunda hakimlər "Neftçi"yə kömək edirlər, amma klub rəsmiləri daş atıb başlarını tuturlar ki, bizə hakim zad kömək etmir. Buna xalq dilində həyasızlıq deyirlər...
O ki qaldı AFtaFA-ya, onlar inamlarını deyil, vicdanlarını itiriblər.