
| # | Komanda | O | Q | H | M | T-F | X |
| 1 | Neftçi | 32 | 20 | 3 | 9 | 55-30 | 63 |
| 2 | Xəzər L. | 32 | 17 | 8 | 7 | 44-28 | 59 |
| 3 | İnter | 32 | 16 | 8 | 8 | 29-21 | 56 |
| 4 | Qarabağ | 32 | 15 | 8 | 9 | 37-28 | 53 |
| 5 | Qəbələ | 32 | 15 | 7 | 10 | 43-32 | 52 |
| 6 | Bakı | 32 | 15 | 5 | 12 | 42-36 | 50 |
| 7 | AZAL | 31 | 11 | 8 | 12 | 43-44 | 41 |
| 8 | Rəvan | 31 | 9 | 11 | 11 | 36-37 | 38 |
| 9 | Kəpəz | 31 | 9 | 5 | 17 | 35-54 | 32 |
| 10 | Simurq | 31 | 7 | 10 | 14 | 26-41 | 31 |
| 11 | Turan | 31 | 6 | 7 | 18 | 25-39 | 25 |
| 12 | Sumqayıt | 31 | 6 | 6 | 19 | 25-49 | 24 |
| # | Oyunçu | Komanda | Q |
| 1 | Bahodir Nasimov | Neftçi | 16 |
| 2 | Tales Şütz | AZAL | 10 |
| 3 | Yuri Fomenko | Kəpəz | 10 |
| 4 | Flavinyo | Neftçi | 10 |
| 5 | Zuheyr Benuahi | AZAL | 10 |
"Baş hakim günahkardı və cəzalandırılmalıdı"
Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayevin "FutbolPress"ə müsahibəsi
- Rəşad Abdullayevə verilən 4 oyunluq cəza haqlı idimi?
- Cəza yerində verilib. Bu qərarı haqlı sayıram. Düzdü, "Neftçi" klubu cəzanın ağır olduğunu bildirib, qarşı çıxdı. Ancaq mən hesab edirəm ki, düzgün qərardı. Bununla bağlı müzakirəyə ehtiyac yoxdu.
- "Neftçi"nin apellyasiya şikayəti rədd edildi. Klubla yanaşı, fan klublar da bəyanat yayır, bağışlanmasını istəyirlər. Siz necə fikirləşirsiz, cəza müddəti azaldılmalıdımı?
- Keçmişə nəzər salsaq, mən "Neftçi"də çalışanda Zaur Ramazanov "Xəzər Lənkəran"da oynayırdı və cəzalı idi. O vaxt AFFA rəhbərliyi bizə müraciət etdi ki, "Neftçi" razılıq verərsə, Zauru bağışlayarıq və o, sizə qarşı oynayar. Bundan əlavə, Lənkəran klubu oyunu azarkeşsiz keçirmək cəzası da almışdı. Həmin vaxt "Neftçi" rəhbərliyinin razılığı ilə həm Ramazanov bizə qarşı oynadı, həm də azarkeşlərin oyuna gəlməsi təmin olundu. Əgər futbolçu səhvini başa düşdüsə, çıxan qərar ona bəs edər. Yox, başa düşmədisə, istər 1, istərsə də 10 oyunluq cəza ver, fərq etməz. Görüş ərzində Rəşadın Şəhriyara yaxınlaşaraq, onu qucaqlayıb öpməsi sübut etdi ki, elədiyi hərəkətə görə həqiqətən peşmandı. Onun cəzasının yüngülləşdirilməsi barədə dəqiq bir söz deyə bilmərəm.
- Qarşılaşmanın baş hakimi Elnur Muradov və hadisəyə yaxın yan xətt hakimi Mehman Mahmudovun cəzalandırılmasını düşünürsüz?
- Oyuna yan xətt hakimi yox, baş hakim cavabdehdi. Həmin epizodu görməməzlikdən gəldiyi üçün günahkardı və cəzalandırılmalıdı.
- "Neftçi" ilə oyunda "Xəzər Lənkəran"ın qapıçısı Kamran Ağyevin bilərəkdən meydana çıxmadığı gündəmdədi. Bu haqda nə deyərdiz?
- Kamran Ağayev Azərbaycan futbolunda gənc olmasına baxmayaraq, sözünü demiş oyunçudu. Mənim ən çox istədiyim futbolçulardan biridi. O haqda danışmağa ehtiyac yoxdu. Kamran səhv də olsa, deyəcəm ki, düzdü.
- "Xəzər Lənkəran" klubunun bəzi fanatları Kamranın klubla arasında yarandığı problemdə sizi günahkar bilirdi...
- Bunlar hamısı boş söhbətlərdi. Haqqımda çox şey yazıb, çox söz deyə bilərlər. Bu fikirlərin doğru olub-olmamasına gəldikdə isə "Xəzər Lənkəran" klubunun rəhbərliyi hər şeyi yaxşı bilir. Mən Kamranı sonuncu dəfə noyabrın 3-də tədbirdə görmüşəm. Sadəcə əlini sıxmışam, heç öpməmişəm də.
Asəf ZEYNALLI
rehber vezife tutan insanin,daha dogrusu ............ baxin: sehv de olsa deyerem duzdu.kul bashina azerbaycan futbolu!!! gor sene kim bashchiliq edir!!
Ne üçün Neftçi komandasi öz böyüklərinin çıxartdığı qərardan narazıdır? Onsuzda 2 turdan sonra cəza ləğv olacaq. Sadəcə bu şikayyətlər bir az gülməli çıxır.
Halaldı Musayev cənablarına. Rəşadın Şəhriyarı şillələməsini görmür, amma onu qucaqlayıb öpməsini görür. Siz kimi doladığınızı zənn edirsiniz, cənab Musayev?
yalan danishanin ALLAH belasini versin
PFL- Neftci=SOKAR Azerbaycan futbolunun belasi