
| # | Komanda | O | Q | H | M | T-F | X |
| 1 | Neftçi | 32 | 20 | 3 | 9 | 55-30 | 63 |
| 2 | Xəzər L. | 32 | 17 | 8 | 7 | 44-28 | 59 |
| 3 | İnter | 32 | 16 | 8 | 8 | 29-21 | 56 |
| 4 | Qarabağ | 32 | 15 | 8 | 9 | 37-28 | 53 |
| 5 | Qəbələ | 32 | 15 | 7 | 10 | 43-32 | 52 |
| 6 | Bakı | 32 | 15 | 5 | 12 | 42-36 | 50 |
| 7 | AZAL | 31 | 11 | 8 | 12 | 43-44 | 41 |
| 8 | Rəvan | 31 | 9 | 11 | 11 | 36-37 | 38 |
| 9 | Kəpəz | 31 | 9 | 5 | 17 | 35-54 | 32 |
| 10 | Simurq | 31 | 7 | 10 | 14 | 26-41 | 31 |
| 11 | Turan | 31 | 6 | 7 | 18 | 25-39 | 25 |
| 12 | Sumqayıt | 31 | 6 | 6 | 19 | 25-49 | 24 |
| # | Oyunçu | Komanda | Q |
| 1 | Bahodir Nasimov | Neftçi | 16 |
| 2 | Tales Şütz | AZAL | 10 |
| 3 | Yuri Fomenko | Kəpəz | 10 |
| 4 | Flavinyo | Neftçi | 10 |
| 5 | Zuheyr Benuahi | AZAL | 10 |
"Qəbələ" bundan sonra nə etməlidi...
Azərbaycan futbol təsərrüfatında medianın (Söhbət KİV-in peşəkar kəsimindən gedir) qeydlərinə, irad və təkliflərinə önəm verən subyekt və ya obyektlər heç vaxt zərər görməyib, əksinə, çox hallarda bəhrəsini görüb. "Qəbələ" Adamsla yollarını ayrımasında özünəyaraşan centlmenlik nümayiş etdirdi. Şəxsən, mənə elə gəlir ki, klub həm də jurnalistlərin iradlarına önəm verib, addım atdı - uğurlu olsun!
İndi gələk məsələnin məğzini ifadə edən bir sıra istiqamətlərə. "Futbol saatı" verilişində də bəndəniz, "Futbol+" qəzetinin baş redaktoru Mahir Rüstəmli, "Çempion"un əməkdaşı Anar Xanlarov və verilişin aparıcısı Emin Abbasov da yekdilliklə bildirdik ki, hazırkı dönəmdə klublar arasında peşəkarlıq üçün ən səmimi cəhdləri məhz "Qəbələ" edir - bircə məşqçi işindən savayı... Toni Adamsın nəinki "Qəbələ", ümumiyyətlə, Azərbaycan futbolu, bəlkə də Qafqaz futbolu üçün uyğunluğu heç bir nüansda aşkarlanmadı.
Adamsın məşqçilik bacarığı, mütəxəssis keyfiyyətlərinin yüksək olduğunu danmadan bildirək ki, əslində "Qəbələ" rəhbərliyinin ovaxtlar "sükanı" məhz onaa həvalə etməsi tam normal qarşılanmışdı. Bütün yaş qruplarında köklü islahatlar və ciddi layihələr planlayan bölgə klubunun əsas komanda başda olmaqla klubun brend halına gətirilməsi üçün düşündüyü işlərdən biri də məhz Adams tipli bir çalışdırıcının komandaya başçı təyin olunması idi. Çünki o zaman Adamsın burada uğursuz olacağı iddia olunmadı, səbəb isə buralarda ingilis, ümumiyyətlə, Britaniya mütəxəssislərin işləməməsi, onların buradakı nəticələrinə bələd olmamağımız idi.
Zaman göstərdi ki, ingilis futbol düşüncəsi Azərbaycanda uğurlu performans cıza bilməz.
Kifayət qədər güclü heyətə malik komandanın iddialarına uyğun gəlməməsi məhz Adamsın bura uyğunsuzluğundan qaynaqlanırdı. Onu qısaca xarakterizə etsək, bu cür bir teorem alınar - Adams futbolu yaxşı bilirdi, uğura aparan yola da bələd olduğu görünürdü, hərçənd metodikası, komandanı hazırlamaq spesifikası zəif idi.
Onda psixoloq, kollektivləşdirmə intuisiyası istənilən səviyyədə deyildi. Ancaq komandada aura yaratmaq, oyuna kökləmək və s. bu kimi lokal təmrinlərdə özünü yaxşı tərəfdən göstərmişdi. Bildiyimə görə, Mahir Şükürovun "Anji"dən gələrkən psixoloji durumunun qaydasında olmaması, həm də həmin vaxtda millidəki zəif oyununa qarşılıq Adams çox maraqlı bir davranış götrəmişdi - onu "El Klasiko"ya İspaniyada baxmağı təklif etmiş və bu səfərin təşəbbüskarı olmuşdu. Şəxsən mənimçün bir məşqçinin futbolçusuna bu jesti xeyli maraqlı oldu.
OK! Düşüncələrimizi bölüşdük. Hazırda Adam rəsmən "Qəbələ"li sayılmır. Məlumata görə istefa verib. Ya istefa, ya imtina - fərqi yoxdu. Hər iki tərəf üçün bu, doğru addım sayılmalıdı. Adams və klub üçün "Happy end"... İndi qarşıda nələri etmək olar - bu əsas müzakirə mövzusudu.
"Qəbələ" yerli futbol metalitetinə bələd olan, iddialı, özünütəsdiq üçün çalışan və müəyyən uğurları olmuş gənc mütəxəssislə anlaşsa, nəticəsini mütləq görəcək. Vacib deyil bu, azərbaycanlı olsun. Qafqaz futboluna uzaqdan-yaxından həm Rusiya, həm Qafqaz ölkələri, həm də Ukrayna və Türkiyə futbolu da yaxın sayıla bilər. Məşqçi seçimində məhz bu ölkələrdən birinə üstünlük verilsə, yaxşı olar.
Bizim futbolda uğura aparan yol buradan başlayır. Bildiyimiz qədəriylə, klubun digər yaş qruplarında işlər qaydasındadı, ən azı məşqçilərin nəticələri qənaətbəxşdi. Hər halda aşağılarda genişmiqyaslı islahata hələlik ehtiyac yoxdu. Ancaq əsas yığmaya məhz gənc, perspektiv vəd edən birini gətirmək böyük fayda verəcək. İstənilən halda, əsas komandaya seleksiya və kuratorluq kefiyyətləri olan təcrübəli bir mütəxəssis də əlavə etmək işin xeyrinə işləyərdi.
Azərbaycan klubları bu boşluğu doldurmaq haqda nəyəsə görə düşünmür. Baş məşqçi... bu öz yerində. Ancaq klubun vahid strategiyasına bələd olan, ona uyğun futbolçu seçimi və futbol siyasəti yürüdə biləcək sırf futbol ixtisaslı birinin kurator təyin olunması və onun baş məşqçiylə tandem təşkil etməsi olduqca vacibdi. "Qəbələ" infrastruktur baxımından yaxşı işlər görür və əldə olunan nəticələr müsbət qiymətə layiqdi. Bu mütəxəssis seçimində də özünü doğrultsa, klubun Azərbaycan çərçivəsini yaxın 4-5 ildə aşacağı danılmazdı.
Elçin