
| # | Komanda | O | Q | H | M | T-F | X |
| 1 | Neftçi | 32 | 20 | 3 | 9 | 55-30 | 63 |
| 2 | Xəzər L. | 32 | 17 | 8 | 7 | 44-28 | 59 |
| 3 | İnter | 32 | 16 | 8 | 8 | 29-21 | 56 |
| 4 | Qarabağ | 32 | 15 | 8 | 9 | 37-28 | 53 |
| 5 | Qəbələ | 32 | 15 | 7 | 10 | 43-32 | 52 |
| 6 | Bakı | 32 | 15 | 5 | 12 | 42-36 | 50 |
| 7 | AZAL | 31 | 11 | 8 | 12 | 43-44 | 41 |
| 8 | Rəvan | 31 | 9 | 11 | 11 | 36-37 | 38 |
| 9 | Kəpəz | 31 | 9 | 5 | 17 | 35-54 | 32 |
| 10 | Simurq | 31 | 7 | 10 | 14 | 26-41 | 31 |
| 11 | Turan | 31 | 6 | 7 | 18 | 25-39 | 25 |
| 12 | Sumqayıt | 31 | 6 | 6 | 19 | 25-49 | 24 |
| # | Oyunçu | Komanda | Q |
| 1 | Bahodir Nasimov | Neftçi | 16 |
| 2 | Tales Şütz | AZAL | 10 |
| 3 | Yuri Fomenko | Kəpəz | 10 |
| 4 | Flavinyo | Neftçi | 10 |
| 5 | Zuheyr Benuahi | AZAL | 10 |
"Xəzər Lənkəran" əslində nə etdi
"Xəzər Lənkəran"ın "Neftçi"yə 5:0 uduzmasından sonra niyə Mirça Rednikin deyil, qapıçı Kamran Ağayevin mediada hədəfə alınmasını anlamayıb, hər oturub-duranda bunu hamıya sual edən, ancaq cavabını ölənə qədər özü də bilməyəcək şəxslərə cavab: əgər mediada bir mövzu qabardılıb aktuallaşırsa, deməli bu elə-belə iş deyil.
Deməli, bunu arqumentlərlə ortaya çıxaranlar olub. Deməli, elə həqiqətən hədəfə Kamran düşməliymiş ki, düşüb...
Anladız? Anlamadız? Bir də qaldıraq məsələni?
Bir də başlayaq Kamranın harada "oynamağa" başlayıb, harada "oynadıldığına" gətirək mövzunu? "FutbolPress"in sadiq oxucusu əla bilir; Kamran məsələsinin gündəmə gəlməsində məhz bizim oyunqabağı və sonradan verdiyimiz operativ informasiyalar və təhlili yazılar detonator rolunu oynadı.
Kamran "oynadı"... "Oynadıldı"... İndi isə həqiqətən "oynadılır".
Məsələni gətirib ona çıxarmaq istəyirəm ki, indi yenidən "Xəzər Lənkəran"ın Kamranla müqaviləni uzatmasını anlamazlıqla qarşılayıb, ağız-burun büzənlər anlasın, bu bir oyun idi. Bu oyunda "Xəzər Lənkəran" rəhbərliyi əla menavrlər göstərdi və anlatdı ki, Kamran biz istəsək, sən heç oynamazsan, istəsək, karyeran burda "çürüyər", istəsək satarıq və ən nəhayət, istəsək səninlə qalmaqalın ən qızğın, alovlu məqamında müqaviləni 2 il də uzadarıq. Gördüz ki, klub istəklərin arasında ən yaxşısını təklif etdi yenə Kamrana - özündənrazı, danışığını bilməyən, pulla "full oğlan" olacağını güman edən Kamrana.
"Xəzər Lənkəran" həmin klubdu ki, Kamranın karyerasının bitməyinə səbəb olacaq onurğasındakı zədəni sağaltmağı öz üzərinə götürdü və etdi. Hansı ki, həmin zədə Kamran Cənub klubuna gələndə artıq onda var idi. Əgər belə ittiham edənsizsə, onda mənim bu sualıma cavab tapın: məgər rəhbərlik və ya baş məşqçi istəsəydi, Kamran kimisini tapıb gətirə bilməzdi? Bilərdi. Ancaq onlar Kamranı sağaltmaq yolunu seçdilər.
Gördüz ki, klub onu atmadı. Gördüz ki, Kamran baş məşqçiyə, komandanın oyunçularına, texniki heyətin işçilərinə atdığı şillaqların qarşılığında şıllaq yox, 2 illik müqavilə gördü, qazandı.
Gördüz ki..?
Ancaq görməyənlər də var... Çox gülməli mənzərədi, hələ də Mirça Rednikdə günah axtarmağa çalışanlar ancaq heç cür bu mövzunu ortaya atıb, aktuallaşdıra bilməyən uğursuzlar anlamırlar ki, "Xəzər Lənkəran"ın həmin məğlubiyyətinin səbəbkarı Mirça deyildi. "Mirça niyə çıxıb demir ki, günah mənimdi, uduzduq" - iddiasını səsləndirənlər isə həyətdəki skamyada əyləşib qonşunun yaraşıqlı qızına "ad qondaran" dedi-qoduçulara bənzəyirlər... Mövzunun içini bilmədən zəvzəkləməyə nə var ki.
Dedi-qodu edənlə civilləşməyə dəyməz. Davam edir...
Məsələ isə bitib. Klubun prezidenti Mais Mənsimov nöqtəni qoydu: Kamran 2014-cü ilə qədər bizə məxsusdu...
Kamran, bundan sonra məxsus olduğun yerə sadiq qal, "oynama". Hamı bilir ki, Cənub klubunda azarkeşin tənəsindən qurtulmaq mümkünsüzdü! Sən hoqqalarını yaxşı anlayırsan. Hələ də tam işıq üzünə çıxarılmayıb onlar... Bu asılıdı sənin bundan sonrakı davranışlarından. Bir daha "oynasan", inan, bu dəfə ofsayda düşəcəksən. Orada azarkeş həqiqətən diqtə mərkəzi kimi cəmlənə bilir. Sən isə bu ölkənin futboluna hələ lazım olan qapıçısan. Qapını qoru. Elə özünü də...
P.S. Qaldı ki Rednikdə suç axtarmaq istəyənlərə, onlarda istiqaməti seçmək problemi var. Sizə istiqamət verim: "Xəzər Lənkəran"ın əvəzedici heyəti, eləcə də digər yaş qruplarındakı nəticələr pisdi. Bax, bunu Rednikin ayağına yazmaq olar (Axı o, baş məşqçidi!). Həm də rəhbərliyin.
Maraqlıdı, biz hələ də bu suala cavab ala bilməmişik. Ölkədə ilk baza tikdirən klub kimi tarixə düşən "Xəzər Lənkəran"da aşağı yaş qruplarına qeyri-ciddi münasibət nə vaxta qədər davam edəcək?
Elçin CƏLİLOV
Babazade Ramid qardaw sen duz danlwlrsan.senin yazdlqlarln fikri men her yerde deyirem vallah.azerbaycanda futbola maraql intriqanl beli bizim xezerimiz ve onun prezidenti getirdi.hele azarkewleri demirem.sadece gozu goturmeyenler coxdu.bunu haml bilir.qaldl ki, kamrana gerek klub bawcllarl ile baw mewqci ile yola getmeyi bacarasan.yoxsa adamln ewweyini ele oldurerler ki....bele hallarda hemiwe mewqcinin terefini tutur bawqanlar.futbolcu kimdi ki, sadece kole.bax ona gore de bawlnl awaql sallb oynamaq lazlmdl.
p.s. vallah bizim futbolcular bir aya 1000000 qazansalar yol keserler.adam oldurerler.cunki tez qudururlar.bunlarl yalnlz ayda 500 manata oynatmaq lazlmdl.cox pul onlarl tez qudurdur.
Yoldawwwww> flaqmanci bilmeyinizi isteyirem ki o 5:0 liq oyun eslinde oyun deyildi o bizim size verdiyimiz SEDEQE idi. ona gore ki 70 ilden cox tarixi olan 1 klubun ne 1 bazasi nede 1 stadionu var. halbuki neftciden yawca kicik olan klublar avropada at oynadillar. mes: BATE, DINAMA TIFLIS halbuki neftcinin buccesi onlarin buccesinden qat-qat yuksekdir.siz ise durmusuz burda 5:0 liq oyunu muzakire edirsiz. 1 az duwunseniz yaxwi olar.BY SADIQ
NEFTCININ 5-I ONLARA YAMAN PIS TESIR EDIB.EDIR,EDECEK
halal olsun,durnadi,leylekdi bilmirem hansi gushdu,amma duz gozunden vurub muellif.bir daha halal olsun!!!
Xəbərin olsaydı bilərdinki Ceyhun Sultanov Xəzər Lənkəranda ancaq zədə sağaltmaqla məşğul idi.müqaviləsi bitdi getdi.Ceyhundan heç kim narazı qalmadı.Kəpəzlə oyunda azərkeşlər onu alqışla qarşıladı
Atanur bilmirem hansi kluba azərkeşlik edirsən...Xəzər Lənkəran onun çörəyini yeyib onlara təpik atanları sındırır.Azərbaycanlı oyunçular gəlir Xəzərdə yaxşı maaş alır və qudurur başlayır məşqçiyə torba tikməyə.Azərbaycan futboluna nə xeyir vermişik?Deyəsən təzə təzə futbolla maraqlanirsan.7 il bundan qabaq azərbaycanda kim futbola baxirdi?Hansi oyuncu ildə 100000 alirdi?Hansi stadionda ən az 7000 azərkeş olur?Xəzər Lənkəran olmasaydı Azərbaycan futboluda olmazdı.Baza var 10-20 ildən sonra Xəzərin yetişdirdiyi uşaqlar Azərbaycan futboluna xeyir verəcək. Neftci, Qarabag, İnter, Baki və.s bunların hansının Xəzər kimi standartlara cavab verən stadionu var?Danışanda ədalətli danışmaq lazımdır.
Ramid qaqash hemishe ele olmusuzda Azerbaycani oyunculari sindirib yoxa ciaxrtmisiz Ceyhun Sultanovu da o gune qoyduz XEZER LENKARANIN AZERBAYCAN FUTBOLUNA XEYIRI NEDI ? NE VERMISIZ AZAERBAYCAN FUTBOLUNA ?
Xezer Lenkeranda usaq futbolu yavash-yavash inkishaf edir.Bunu gedib maraqlananlar gore biler.Cuneyt Bicer gelenden sonra isler qaydasina düşüb sadəcə biraz vaxt lazımdlr.Qaldı ki Kamran Ağayev məsələsinə:Xəzər Lənkəran Kamranla müqavilə bağlamadı əksinə onu sındırdı.Qışda yaxşı bir qapıçı gətiriləcək və Kamran ehtiyyatda qalacaq.2 il müqaviləsinə görə onu almaq istəyən klublardan çox pul tələb edəcək ki heç kəsdə o pulu verməyəcək.Kamranda yoxa çıxacaq ortada
Kamran muqavile baglamaqla gosterdi ki,yazarlarin qazet ve sayitlarda yazdiqlari hamisi cefengiyatimis.Allah elemesin her hansi kulubun uzvu 'axsasin' o deqiqe baltalayirsiz. Nedi ki,azerkesleri qazet ve sayitlara celb edesiniz. BEYLER ADALETLI olun.ZURNALIST yox YURNALIST olun!!!
Elçin, sizin yazınızdan "Xəzər" rəhbərliyinin bu şok qərarı ilə acizanə surətdə barışmaq qoxusu gəlir. Siz "Xəzər" rəhbərliyinin ustalığını və böhranlı vəziyyətlərə nəzarət qabiliyyətini qabartmaq, bununla da əslində onların yanlış və klubdaxili nizam-intizamı korlayacaq qərarına haqq qazandırmaq istəmisiniz. Peşəkar klubların belə intizamsızlığa dərhal adekvat reaksiya verdməsinə baxmayaraq, "Xəzər" rəhbərliyi tamamilə fərqli addım atdı. Mən şəxsən əminəm ki, Kamranın bu şıltaqlığı, Rednikə quyu qazması və digər "torbatikmə" fəaliyyəti bundan sonra nəinki davam edəcək, hətta daha da böyük vüsət alacaq. Nizam-intizam olmayan klub isə heç vaxt inkişaf edə bilməz!
XL-usak futbolu yox derecesindedir