1
2
3
4
5
6
7
8
9
10
11
P.S.
RAMİN MUSAYEV: OYUNDAN ÖNCƏ HƏR İKİ KLUBUN RƏHBƏRLİYİ ZƏNG VURUB DEDİ Kİ... // "Bəlkə də çoxları bilmir, "Bakı" ilə "Xəzər Lənkəran" klublarının rəhbərləri..."
AZƏRBAYCAN PREMYER LİQASINDA NÖVBƏTİ LEGİONER QALMAQALI // "Sənədlər bizdədi, kimə istəyir müraciət ünvanlasın, lap Platiniyə zəng eləsin"
AVROPANIN ƏN BÖYÜYÜ - "ÇELSİ"!
Turnir cədvəli
# Komanda O Q H M T-F X
1 Neftçi 32 20 3 9 55-30 63
2 Xəzər L. 32 17 8 7 44-28 59
3 İnter 32 16 8 8 29-21 56
4 Qarabağ 32 15 8 9 37-28 53
5 Qəbələ 32 15 7 10 43-32 52
6 Bakı 32 15 5 12 42-36 50
7 AZAL 31 11 8 12 43-44 41
8 Rəvan 31 9 11 11 36-37 38
9 Kəpəz 31 9 5 17 35-54 32
10 Simurq 31 7 10 14 26-41 31
11 Turan 31 6 7 18 25-39 25
12 Sumqayıt 31 6 6 19 25-49 24
Bombardirlər
# Oyunçu Komanda Q
1 Bahodir Nasimov Neftçi 16
2 Tales Şütz AZAL 10
3 Yuri Fomenko Kəpəz 10
4 Flavinyo Neftçi 10
5 Zuheyr Benuahi AZAL 10
Arxiv
Həftənin xəbər hiti
Dost saytlar

Facebook
Müsahibə
MAİS MƏNSİMOV: KAMRAN 2014-CÜ İLİN YAYINA QƏDƏR "XƏZƏR LƏNKƏRAN"A MƏXSUSDU (MÜSAHİBƏ)
MAİS MƏNSİMOV: KAMRAN 2014-CÜ İLİN YAYINA QƏDƏR "XƏZƏR LƏNKƏRAN"A MƏXSUSDU (MÜSAHİBƏ)
14.11.2011 18:38

"Komandamızı belə vasitələrlə sarsıtmaq istəyirlər"

"Xəzər Lənkəran"ın preizdenti Mais Mənsimovun klubun rəsmi saytına müsahibəsi

- Mais müəllim, klubumuzda son durumu necə xarakterizə edə bilərdiniz?
- Bildiyiniz kimi, "Xəzər Lənkəran" bu mövsümə uğurlu start verdi. Çempionatın başlanğıcından etibarən turnir cədvəlinin zirvəsində qərarlaşmışıq ki, bu da komandamızın yaxşı oyun sərgilədiyinin əyani sübutudu. Sevindirici haldır ki, Avroliqanı tərk etdikdən sonra komandamız qısa müddətdə toparlanmaqla yeni mövsümə köklənməyi bacardı.

- Premyer Liqanın axırıncı turundakı məğlubiyyətimizdən sonra mətbuatda komanda barəsində ziddiyyətli məlumatlar yer alıb. Klubun prezidenti olaraq klub daxılı hazırki vəziyyəti dəyərləndirməyinizi Sizdən xahiş edirik.
- Həmin oyundan dərhal sonra komandanın ümumi toplantısı keçirildi. Orada məşqçi və oyunçu heyəti tam tərkibdə iştirak etdi. Toplantıda şəxsən komandanın zəif çıxışı ilə bağlı narazılığımı bildirdim. Öz növbəsində məşqçi heyəti öz tərəfindən söz verdi ki, buraxılan səhvlər təhlil ediləcək və gələcəkdə təkrarlanmayacaq. Böyük hesablı məğlubiyyətə dərhal reaksiya verməyimizin səbəbi odu ki, "Xəzər Lənkəran" hər zaman yalnız çempionluğa oynayan bir klubdur və komandanın göstərdiyi nəticələr onun iddiasını əks etdirməlidi.

- Yayılan şayiələrdə ən çox rast gəlinən qapıçı Kamran Ağayevdir. Onun baş məşqçi Mirça Redniklə münaqişədə olduğu bildirilir. Həmçinin onun komandadan gedişi ilə bağlı müxtəlif bir birini təkzib edən məlumatlar mətbuatda yer alıb. Bütün bunlarla bağlı Sizin fikrinizi bilmək istərdik.
- Elə bu gün Kamranla görüşüm olub. O mənə məşqçi ilə heç bir probleminin olmadığını bildirdi. Öz növbəsində Mirça Rednik də bunu təsdiq edir. Odur ki, münaqişə haqda olan məlumatlar qətiyyən həqiqəti əks etdirmir. Kamran Ağayev artıq neçə mövsümdü ki, "Xəzər Lənkəran"ın şərəfini qoruyur. Məhz burada o, yüksək səviyyəli qapıçı kimi formalaşıb milli yığmamızın bir nömrəli qapıçısı olub. O özü də bunu yaxşı anlayır. Onu deyə bilərəm ki, bugünkü görüşümüzdə Kamran klubla müqaviləsinin artırılmasını məndan xahiş etdi. Beləliklə, Kamran 2014-cü ilin yayına qədər "Xəzər Lənkəran"a məxsus futbolçudu.

- Sizcə bu cür şayiələrin yaranmasının səbəbi nədi?
- Hesab edirəm ki, belə şayiələrin yaranması təsadüfi deyil. Bunların arxasında müəyyən dairələr durur. O dairələr ki, "Xəzər Lənkəran"ın uğurlu startından, yaxın izləyicisindən vaxtilə 7 xala qədər olan fərqindən qorxaraq komandamızı belə vasitələrilə sarsıtmaq istəyirlər. Amma "Xəzər Lənkəran"da hökm sürən komanda ruhuna bu cür cəhdlər təsir edə bilməz. Komandamız həmişə olduğu kimi, yenə də meydanda göstərdiyi oyunla öz sözünü deyəcək.

320 dəfə oxunub Share/Save/Bookmark
Şərhlər (2)
Futbolda Adelet / 15.11.2011 10:54

Bu klub qeyri-peşəkar idarəçilərdən və heyətdən təşkil olunduğunu bir daha təsdiq etdi. Günlərdir ki, Kamran Ağayevin bu kluba, onun şərəfinə və ləyaqətinə vecsiz münasibəti barədə müstəqil və tərəfkeş KİV-lərdə dərc edilən çoxsaylı yazılara rəğmən onun müqavilə uzadılır. Buna nə ad vermək olar? Doğurdanmı bu idarəçilər Kamranın yenidən belə oyun çıxarmadığına əmindirlər? Sabah "Makkabi" və "Neftçi"dən daha məsuliyyətli oyunlarda Kamranın belə davranmayacağına kim zəmanət verə bilər? Yazıq Rednik...

turkel / 14.11.2011 21:29

XL-resmlerinin beyanatlari saiyedir?

Şərh yaz:
Ad/Soyad:

E-mail:

Şərhiniz:



Əlavə edilən şərhlər Azərbaycan Respublikası qanunlarına və etikaya zidd olarsa, administrator tərəfindən redaktə edilə və ya silinə bilər.
 
Yazarlar
"Qarabağ"dakı rejim... 
Elçin CƏLİLOV
Elçin CƏLİLOV
Nə oldu, Qurbanov? 
Xəndan ƏLİZADƏ
Xəndan ƏLİZADƏ
Foqtsun gündəliyi (Yekun)
Qismət RÜSTƏMOV
Qismət RÜSTƏMOV
"Oxu" meydanı
FİNALA LAYİQ İŞ (YAZI)
SKARLATAKE "FUTBOLPRESS"Ə DANIŞDI // Rednik haqda susdu, Lənkərana gəlişindən ağız dolusu danışdı
Xəbər-Xronika