
| # | Komanda | O | Q | H | M | T-F | X |
| 1 | Neftçi | 18 | 12 | 1 | 5 | 37-16 | 37 |
| 2 | İnter | 18 | 10 | 6 | 2 | 17-9 | 36 |
| 3 | Xəzər L. | 18 | 10 | 5 | 3 | 27-17 | 35 |
| 4 | Qarabağ | 18 | 8 | 5 | 5 | 20-14 | 29 |
| 5 | Bakı | 18 | 8 | 5 | 5 | 23-16 | 29 |
| 6 | Qəbələ | 18 | 7 | 5 | 6 | 18-19 | 26 |
| 7 | AZAL | 18 | 6 | 5 | 7 | 26-28 | 23 |
| 8 | Rəvan | 18 | 5 | 7 | 6 | 21-22 | 22 |
| 9 | Simurq | 18 | 5 | 4 | 9 | 18-27 | 19 |
| 10 | Kəpəz | 18 | 4 | 4 | 10 | 21-34 | 16 |
| 11 | Sumqayıt Ş. | 18 | 4 | 3 | 11 | 13-23 | 15 |
| 12 | Turan | 18 | 3 | 2 | 13 | 10-26 | 11 |
| # | Oyunçu | Komanda | Q |
| 1 | Bahodir Nasimov | Neftçi | 11 |
| 2 | Robertas Poşkus | Simurq | 8 |
| 3 | Tales Şütz | AZAL | 8 |
| 4 | Flavio Aleks Valensio | Neftçi | 7 |
| 5 | Uinston Parks | Bakı | 6 |
| 6 | Luiz Paulo Hilario | Qəbələ | 6 |
Norveçin nüfuzlu klublarından "Valerenqa"nın milli komandanın müdafiəçisi Ruslan Abışovla maraqlandığı az əvvəl xəbər verilmişdi. Klubun nümayəndələri futbolçunu Lüksemburqla oyundan izləyiblər. Futbolçunun transferi üçün nümayəndə heyətinin Bakıya gəlməsi onun bəyənildiyindən xəbər verir.
Artıq "Valerenqa"nın meneceri Qlen Şiller "Neftçi"nin prezidenti Sadıq Sadıqovla görüşüb. Komandanın mətbuat xidmətinin yaydığı xəbərə görə, əsasən tanışlıq xarakteri daşıyan və klubun bazasında baş tutan görüşdə Abışovun keçidi haqqında danışıqlar aparılıb.
Norveçin 5 qat çempionu olan "Valerenqa" Abışova 3 illik müqavilə təklif edir. Hazırda Norveç çempionatında "transfer pəncərəsi" açıq olduğundan həmyerlimizin keçidində bu baxımdan problem yoxdur.