1
2
3
4
5
6
7
8
9
10
11
P.S.
RAMİN MUSAYEV: OYUNDAN ÖNCƏ HƏR İKİ KLUBUN RƏHBƏRLİYİ ZƏNG VURUB DEDİ Kİ... // "Bəlkə də çoxları bilmir, "Bakı" ilə "Xəzər Lənkəran" klublarının rəhbərləri..."
AZƏRBAYCAN PREMYER LİQASINDA NÖVBƏTİ LEGİONER QALMAQALI // "Sənədlər bizdədi, kimə istəyir müraciət ünvanlasın, lap Platiniyə zəng eləsin"
AVROPANIN ƏN BÖYÜYÜ - "ÇELSİ"!
Turnir cədvəli
# Komanda O Q H M T-F X
1 Neftçi 32 20 3 9 55-30 63
2 Xəzər L. 32 17 8 7 44-28 59
3 İnter 32 16 8 8 29-21 56
4 Qarabağ 32 15 8 9 37-28 53
5 Qəbələ 32 15 7 10 43-32 52
6 Bakı 32 15 5 12 42-36 50
7 AZAL 31 11 8 12 43-44 41
8 Rəvan 31 9 11 11 36-37 38
9 Kəpəz 31 9 5 17 35-54 32
10 Simurq 31 7 10 14 26-41 31
11 Turan 31 6 7 18 25-39 25
12 Sumqayıt 31 6 6 19 25-49 24
Bombardirlər
# Oyunçu Komanda Q
1 Bahodir Nasimov Neftçi 16
2 Tales Şütz AZAL 10
3 Yuri Fomenko Kəpəz 10
4 Flavinyo Neftçi 10
5 Zuheyr Benuahi AZAL 10
Arxiv
Həftənin xəbər hiti
Dost saytlar

Facebook
PRESSinq*
VACİB  YAZI
VACİB YAZI
11.11.2011 12:41

Bugünlərdə Kamran - "Xəzər Lənkəran" mövzusunu yazmayan qalmadı. Vergülü yerində qoya bilməyən də özünü məqalə yazıb, analiz edən kimi göstərdi.

Aralarında ən dəhşətlisi "Kamran pis oldu, Rednik yaxşı?" temasında cızmaqara edənlərdi. Məsələn, biri yazıb ki, Mirça Rednikin səhvi oldu da... (Gülməlidi, səhvin nədən ibarət olduğunu deyə bilmir) 

Hətta yazısında "Cənub klubuna yaxınlığıyla tanınan KİV-lər..." ifadəsini işlədib və guya ortaya mətləb hasil edib ki, həmin KİV-lər Kamranı günahkar bilməklə bir növ manipulyasiyaya yol veriblər. Üstünə də əlavə edib ki, "zəif" ləqəbli Böyükağa Hacıyev Mirça Rednikin 5 illik planını doldurdu. Ha istəyirsən yazmayasan, həmkardı... amma alınmır. Qol-qanad açıb, ətrafı bulayırlar, gərək həqiqəti alnına yapışdırasan fəsildə bir dəfə.

Yazı da başdan-ayağa mənasız cümlələrlə doludu. Heç bir arqument olmadan, savadsızcasına Hacıyevi Mirçadan üstün tutan adamın məqsədi əslində məlumdu...

Qaldı ki Cənub klubuna yaxınlığıyla tanınan KİV-lər söhbəti, maraqlıdı, idman mediası illərdi otaqda oturub, uydurma yazmaqdan əl çəkmir. Biz məşqləri izləyirik, komandalarla gün ərzində azı 2-3 dəfə maraqlanırıq, prosesi izləyib yazı yazırıq, bunlar bizim ortaya qoyduğumuz həqiqəti hadisədən xəbəri olmadan, evdə, yaxud hansısa ofisin isti otağında oturub ağzına gələni yazmaqla "xətm edirlər". Nə gülməli gündədi idman mediası. Kamranın səhvlərini faktlarla, arqumentlərlə üzə çıxaran KİV-lər arasında "FutbolPress", "KomandA" və "Futbol+" qəzetləri, Fanat.az agentliyi var. Maraqlıdı, indi müqayisə edin, Cənub klubuna ölkənin ən obyektiv KİV-ləri "tərəfkeşlik" edirsə, onda özünüzə sual edin, bəs siz nə edirsiz...

Tərəfkeşlik başqa şeydi, vətəndaş, istəyirsən, gəl təlimə, tərəfkeşliyin effektiv formalarını deyək, biləsən.

Biz tərəfkeşlik etmirik, etsək, başqa cür olar hər şey tərəfkeşlik etdiyimiz klub üçün (Axmaq yazı yazan adama elə yəkxanalıqla cavab ver).

Nə etdiyinizi qısaca anlatdım oxucuya; bizim ortaya çıxardığımız fakt və hadisələri öz təxəyyülünüzlə və ya "tapış" əminin rəyi ilə cızmaqara etmək... Ayıb olsun, peşənizə vicdanla yanaşa bilmirsizsə, həqiqəti ortaya çıxara biləcək gücünüz, cəhdiniz belə yoxdusa, barı susun, əsassız ittihamın cəzası ağır olar.
Böcəklərin ömrü uzun olmur. Belələrinə görə adamın öz utanmağına da heyfi gəlir...

Elçin

222 dəfə oxunub Share/Save/Bookmark
Şərh yaz:
Ad/Soyad:

E-mail:

Şərhiniz:



Əlavə edilən şərhlər Azərbaycan Respublikası qanunlarına və etikaya zidd olarsa, administrator tərəfindən redaktə edilə və ya silinə bilər.
 
Yazarlar
"Qarabağ"dakı rejim... 
Elçin CƏLİLOV
Elçin CƏLİLOV
Nə oldu, Qurbanov? 
Xəndan ƏLİZADƏ
Xəndan ƏLİZADƏ
Foqtsun gündəliyi (Yekun)
Qismət RÜSTƏMOV
Qismət RÜSTƏMOV
"Oxu" meydanı
FİNALA LAYİQ İŞ (YAZI)
SKARLATAKE "FUTBOLPRESS"Ə DANIŞDI // Rednik haqda susdu, Lənkərana gəlişindən ağız dolusu danışdı
Xəbər-Xronika