1
2
3
4
5
6
7
8
9
10
11
P.S.
RAMİN MUSAYEV: OYUNDAN ÖNCƏ HƏR İKİ KLUBUN RƏHBƏRLİYİ ZƏNG VURUB DEDİ Kİ... // "Bəlkə də çoxları bilmir, "Bakı" ilə "Xəzər Lənkəran" klublarının rəhbərləri..."
AZƏRBAYCAN PREMYER LİQASINDA NÖVBƏTİ LEGİONER QALMAQALI // "Sənədlər bizdədi, kimə istəyir müraciət ünvanlasın, lap Platiniyə zəng eləsin"
AVROPANIN ƏN BÖYÜYÜ - "ÇELSİ"!
Turnir cədvəli
# Komanda O Q H M T-F X
1 Neftçi 32 20 3 9 55-30 63
2 Xəzər L. 32 17 8 7 44-28 59
3 İnter 32 16 8 8 29-21 56
4 Qarabağ 32 15 8 9 37-28 53
5 Qəbələ 32 15 7 10 43-32 52
6 Bakı 32 15 5 12 42-36 50
7 AZAL 31 11 8 12 43-44 41
8 Rəvan 31 9 11 11 36-37 38
9 Kəpəz 31 9 5 17 35-54 32
10 Simurq 31 7 10 14 26-41 31
11 Turan 31 6 7 18 25-39 25
12 Sumqayıt 31 6 6 19 25-49 24
Bombardirlər
# Oyunçu Komanda Q
1 Bahodir Nasimov Neftçi 16
2 Tales Şütz AZAL 10
3 Yuri Fomenko Kəpəz 10
4 Flavinyo Neftçi 10
5 Zuheyr Benuahi AZAL 10
Arxiv
Həftənin xəbər hiti
Dost saytlar

Facebook
Futbol Panorama
MUSAYEVİN ŞİLLƏNİ GÖRMƏMƏZLİYİ (YAZI)
MUSAYEVİN ŞİLLƏNİ GÖRMƏMƏZLİYİ (YAZI)
10.11.2011 01:24

PFL nəyə lazımdı...

Ramin Musayev müsahibəsində deyib mən Rəşad Abdullayevin Şəhriyar Xəlilova şillə vurduğunu görmədim. O boyda həngamə şillə deyilmiş...

Bura haradı?

Biri deyir hakim yəqin Qurbanlıq Bayramına görə "qırmızı" vermədi, biri deyir şillə deyil...

Elnur Muradovun dalı-qabağı çatmadı kart göstərməyə, bəs guya son illərin ən yaxşı assistenti Mehman Mahmudova nə olmuşdu. Gözünün qabağında olan hadisəni baş hakimə deyə bilməzdimi. Əşi, bunlar kimdi ki e günahlandırasan... Alətlər günahkar sayılmır heç zaman.

Hakimləri məqsədyönlü səhvələrinə büküb verirəm Xaqani Məmmədova. Mənim onlara yazığım gəlir. Ramin Musayevin lağlağıları ağlar günə qoyub onları da, Azərbaycan futbolunu da.

Musayevin Abdullayevin şilləsiylə bağlı sitatını bura qoymayacam. "FutbolPress"də artıq yer yoxdu ki, işarəyə işləyək.

Mənə maraqlıdı, PFL nəyə lazımdı? Bu qurum nə iş üçün yararlıdı? Elxan Məmmədovla civilləşməyə?

Başqa hansısa bir mənası varsa, deyin, bilək.

Bundan sonra mövzu bu olmalıdı. Olacaq da...

Rəşadın şilləsini Hollandiya, İtaliya, Türkiyə, Rumıniya mediası yazdı. Bundan sonra biz hər olayı Avropaya çıxaracağıq. Buralarda yalnız lağlağı edirlər. Şillə vurulur, deyir vurulmayıb. Qoy Avropa görsün, lağlağı etsin sizə.
Hələ planımız var ki, bir neçə avropalı həmkarımızı dəvət edək bura. Gəlib Azərbaycanda Ramin Musayev və AFtaFA həngamələrinə canlı şahid olsunlar, gedib dünyaya çatdırsınlar. Artıq BBC və başqa nüfuzlu mətbu orqanlarla danışıq aparmışıq.

Musayev, Azərbaycan futbolunun rəzil günə qalmasının ən böyük səbəbkarı siz olduz. PFL ləğv olunmasa, biabırçılıqlar faciəvi hal alacaq.

Bundan sonra sizin lağlağılarınıza daha ciddi yanaşmaq lazımdı. Ya PFL olacaq, ya olmayacaq.. Hər iki halda, biz bundan sonra sizin hər açıqlamanıza münasibətimizi bildirməli olacağıq. Artıq bu dəfəki lağlağınızın dozası "yandırdı"...

Elçin CƏLİLOV

344 dəfə oxunub Share/Save/Bookmark
Şərhlər (17)
Amil Cabbarov / 16.11.2011 14:09

men azerbaycan futboluna hec baxmiram cunki her wey satilir bir weyki oyunu satin alib oyunun sonucun beri bawdan bilirlerse men niye baxim o oyuna bax bunu anamiram hec vaxt Azerbaycanda futbol duzelmeyecek bunu unutmayin duzelmek evezine dahada batir bizim futbol hormetli Elcin Muellim sizede ugurlar arzu edirem mence bawinizi agridirsiniz bu meselerle hec vaxt duzelmeyen seyi duzeltmek mumkun olmaz bizim ki futbolcumuz oyundan 2-3 gun qabaq oturub araq icende siqaret cekende hansi oyundan danisiriq hansi futboldan danisiriq indi adamin var futbol oynayirsan yoxdursa yox mumkun deyil men anadan olandan bizim yigmanin oyunculari ele hemen futbolculardi Azerbaycanda basa futbolcu yoxdu ne ise cox danisdim bu futboldan mence unutmaq lazimdi bizim futbolu bizde futbol butun dunyada oynalimayanda bizde onda guclu olacaq

qerib oglan / 14.11.2011 16:21

Elcin mellim size teshekur edirem . Bu gozel yaziya gore.. Qardash etiyatli ol seni isdemiyenler coxdur.. Allah sene ozu komek olsun. Amin Allah. qaldiki Musayevin meselesine Allah ozu onlarin cezasini verecek. ozude artiglamasiynan. 

Ruslan / 14.11.2011 12:55

Elnur Neftchi, sozum sene ve seninkimiler fesilesinedir. Elnur hemin oyunda sirf oyun epizodunda sert oynamishdi. Neye gore Avropa metbuati Reshadin herketini gundeme getirir ancaq elnurun sert oynamasini getirmir. Size aciyiram. Azerbaycan Futboluna aciyiram. azerbaycanda futbol yoxdur ve olmayacaqda. Elnur Esherfoglu kimi, Elnur Muradov kimiler oldugu teqdirde. Reshad Abdullayev kimi futbolchularin olmasi futbolumuz geriye aparan deyil. futboldur. bele hallar olar. ancaq hakimin buna goz yummasi, Diger kimden sorushanda ki deyende ki gormemuishem deyen futbol bashbilenlerimizin olmasi alchaldicidir.  

P.S. ANS-in Minasi bele bir mahni oxuyur. Get hoppan. indi senin kimi oxucular, Muradov kimi hakimler ve seviyyesiz futbol oyunchulari ve  bashda olmaqla Gedin Hoppanin

AcMilan_FcGarabagh / 12.11.2011 03:09

gozel movzudu,gozel yazmisan,her shey nece lazimdi yazilib,sozum ELNUR NEFTCI yedir,Cenab Eshrefoglu men vaxt var idi Neftciye azarkeshlik edirdim,chunki ozumde neftchiyem,amma bu gun gorduyum haqqsizliqlar neftciden uz dondermeye mecbur eledi,inan ki Reshadin ona shillesinden sonra hakimin susmasi sadece meni neftciye qarshi iyrendirdi,yadima gelir CL da sehv etmiremse hell edici yarim final oyunu idi ,Portu cempion olan ili,Portulu oyuncu yer yixilan oyuncuya ayagin qaldirdi amma vurmadi,sadece qiragdan gorsendi ki vurmag niyyeti var,hakim qirmzi gosterdi...yegin hemen hakim indi Reshada qara kart gostererdi...

mirsamir / 12.11.2011 01:23

duz deyirlerde mircavadov eve gec gelib gormeyib, boyukaqanin eyneyine nese olub gormeyib, musayev gedib zakaz qebul elemeye gormeyib, muradovun da aqzinda hemin anda sehriyarin ............ qalib fit cala bilmeyib.

Xl= Elcin - Xl / 11.11.2011 00:13

Elçin sizin  futbol savadınıza və bu günki mühitdə mərd- mərdanə obyektiv danışıq və tələbinizə baş əyirəm.Siz digər jurnalistlərdən bəziləri istisna olmaqla

böyük fərqlə tamaşaçı və oxucu kütləsinin diqqətini cəlb etmisiniz.Xəzər TV-dəki

çixişınızları izləmişik , sizə minnətdarıq.Gələcəkdədə işinizi belə davam etdirməyinizi arzulayıram .

turkel / 10.11.2011 22:37

Ramin Musayev Azerbaycan futbolunun belasidir

linderot / 10.11.2011 21:40

Ahsan Elcin bay,haladir sana.Sukani bela saxla.

Mayis Velədi / 10.11.2011 20:53

Elçin CƏLİLOV bütün jurnalistlər sizi kimi peşələrinə məsuliyyətlə yanaşsalar futbolumuz düzələr. Sizə uğurlar!

Kamal_653 / 10.11.2011 15:43

ELÇİN BƏY SİZƏ TƏŞƏKKÜR EDİRƏM 

Ruslan / 10.11.2011 15:07

Bu məsələdə "görməmişəm" ın populyar cavabdır.Məsələ ilə bağlı Ağasəlimdən müsahibə alırlar, deyir mən oyuna 10-cu dəqiqədən baxdım GÖRMƏMİŞƏM.Böyükağadan soruşurlar deyir GÖRMƏMİŞƏM.Ramin deyir GÖRMƏMİŞƏM.Bəs siz hara baxırsız?Avropada görürlər, amma siz görmürsüz.İtaliya mafiyasında hökm sürən OMERTA qanunu bizim futbolda da işləyir. 

Elshan Imamaliyev / 10.11.2011 12:55

 

Düzgün yazılıb. Hakim o epizodda qırmızı vərəqəni göstərməli idi. Amma bu o demək deyil ki, o qırmızı vərəqənin verilməməsi belə biabırçı məğlubiyyətə gətirib çıxardı. "Xəzər Lənkəran" başa-baş mübarizədə və taktiki səhflər ucbatından məğlub oldu..

Amma yenə də hörmətli həmkarımı bu yazıya görə təbrik edirəm.

 

Avsal Moskva / 10.11.2011 12:11

Elçin CƏLİLOV, size HALALDIR! Yadimdadir Emin Abbasovda qabaq her seyi aciq deyirdi, amma indi onun qarsisin aliblar. Indi Emin bildiklerinin ve gorduklerinin 30% demir. Sizde ehtiyyatli olun. Sizin ustunuzede duserler.

Size bu cetin isde ugurlar arzulayiram)

Futbolda Adelet / 10.11.2011 11:46

Musayev neyləsin axı? Ağa deyir sür dərəyə sürür də. Duxu var sürməsin, götürüb atarlar işdən qalar çöldə-bayırda. O Rəşad (mən ümumiyyətlə belə hərəkəti edəni adam saymıram, o ki qaldı futbolçu) Şəhriyarı ayağının altına salıb təpikləsəydi belə Musayev deyəcəkdi onu da görməmişəm...

Məlum məsələdir ki, yenə də "Neftçi"ni çempion etmək istəyirlər. Bunun üçün ötən il olduğu kimi bütün resursları səfərbər ediblər. Amma niyə axı camaatın əsəblərini və öz qiymətli vaxtlarını belə boş şeyə sərf edirlər? Mən təklif edirəm ki, nə qədər ki, S.Sadıqov "Neftçi"nin prezidentidi bu kluba ömürlük çempion statusu versinlər. Vallah, ən yaxşı yol budur. Onsuz da hakimlər onları çempion edəcəklər. Bunun nə mənası var ki? O biri klublar da işlərin bilərlər. Başa düşərlər ki, day 1-ci yer getdi, digər yerlər uğrunda mübarizə aparmaq lazımdır.

Təklifimin nəzərə alınacağına ümid edirəm.

ELNUR NEFTCI / 10.11.2011 11:13

Elçin bəy,deyirəm əcəb mövzu tapdın da yazmağa.Hər gün də rəngarəng məsələlərə toxunmaqla.Rəşada zəng edib təşəkkür et ki, belə səhvə yol verdi, sənin kimilər də işsiz qalmadı.Amma nə biləydi ki, Lənkəranda keçirilən oyunda Elnurun Allahverdiyevin Araz Abdullayevi vəhşicəsinə təpiklədiyi epizoddan fərqli onun hərəkəti bu qədər gündəmə gələcək.Rəşadın hərəkətini mən də pisləyirəm.Amma bir şey var ki, O, özünü həmin an XL-ın oyunçusu kimi hiss etdi, fikirləşdi ki, Elçin kimilər yəqin yenə susar.necə ki,Elnur Allahverdiyevin təpik skandalında heç kimin nəyisə çatmadı həmin epizodu qabartmağa.Təkcə "Space TV"-də gedən "Qol saatı" verilişindən başqa.İndi satqın adlandırdığınız Kamran da həmin verilişin qonağı idi,o da, öz növbəsində müxtəlif bəhanələrlə Elnura haqq qazandırmağa çalışdı.Yeri gəlmişkən, Elnur həmin oyundan sonra cəzaya məruz qalmadı.İmkanın varsa, ay elçin bəy, həmin epizodu hansısa bildiyin yolla əldə et göstər.Mən də görüm ki, həə, doğrudan da mən səhv etmişəm, Elçin ədalətli jurnalistdir.

Elshan / 10.11.2011 02:51

Hörmətli Elçin müəllim sizin Xəzər TV-də çıxışınızı izlədik. İnanız ki,üzünüzə  tərifləmirəm, bu gün senin kimi jurnalist Azərbaycanda chox azdır. Siz adamyeyənlər ilə mübarizə aparırsız. Bir az ehtiyyatlı olun. Mən Xəzər Lənkəranımızın azarkeşiyəm. Həmin gün Neftçinin alnına qələbə yazılmışdı.Yenə hakim damğası ilə. Siz yazdığınızı yazdınız. Bu tupoylara sizin yazınızın  azacıq da olsa təsiri olacaq? Onlar da insandırlar bəlkə başa düşdülər.

Kend_Usagi / 10.11.2011 02:34

H________A__________L_________A__________L_________D__________I

Şərh yaz:
Ad/Soyad:

E-mail:

Şərhiniz:



Əlavə edilən şərhlər Azərbaycan Respublikası qanunlarına və etikaya zidd olarsa, administrator tərəfindən redaktə edilə və ya silinə bilər.
 
Yazarlar
"Qarabağ"dakı rejim... 
Elçin CƏLİLOV
Elçin CƏLİLOV
Nə oldu, Qurbanov? 
Xəndan ƏLİZADƏ
Xəndan ƏLİZADƏ
Foqtsun gündəliyi (Yekun)
Qismət RÜSTƏMOV
Qismət RÜSTƏMOV
"Oxu" meydanı
FİNALA LAYİQ İŞ (YAZI)
SKARLATAKE "FUTBOLPRESS"Ə DANIŞDI // Rednik haqda susdu, Lənkərana gəlişindən ağız dolusu danışdı
Xəbər-Xronika