
| # | Komanda | O | Q | H | M | T-F | X |
| 1 | Neftçi | 18 | 12 | 1 | 5 | 37-16 | 37 |
| 2 | İnter | 18 | 10 | 6 | 2 | 17-9 | 36 |
| 3 | Xəzər L. | 18 | 10 | 5 | 3 | 27-17 | 35 |
| 4 | Qarabağ | 18 | 8 | 5 | 5 | 20-14 | 29 |
| 5 | Bakı | 18 | 8 | 5 | 5 | 23-16 | 29 |
| 6 | Qəbələ | 18 | 7 | 5 | 6 | 18-19 | 26 |
| 7 | AZAL | 18 | 6 | 5 | 7 | 26-28 | 23 |
| 8 | Rəvan | 18 | 5 | 7 | 6 | 21-22 | 22 |
| 9 | Simurq | 18 | 5 | 4 | 9 | 18-27 | 19 |
| 10 | Kəpəz | 18 | 4 | 4 | 10 | 21-34 | 16 |
| 11 | Sumqayıt Ş. | 18 | 4 | 3 | 11 | 13-23 | 15 |
| 12 | Turan | 18 | 3 | 2 | 13 | 10-26 | 11 |
| # | Oyunçu | Komanda | Q |
| 1 | Bahodir Nasimov | Neftçi | 11 |
| 2 | Robertas Poşkus | Simurq | 8 |
| 3 | Tales Şütz | AZAL | 8 |
| 4 | Flavio Aleks Valensio | Neftçi | 7 |
| 5 | Uinston Parks | Bakı | 6 |
| 6 | Luiz Paulo Hilario | Qəbələ | 6 |
Fevral ayının 22-dən başlayaraq İordaniyada təlim-məşq toplanışı keçən milli komandamız bu gün bu ölkəni tərk edəcək. Komandamız Lüksemburq yığması ilə yoldaşlıq oyunu keçirmək üçün bu gün İordaniyadan Lüksemburqa gələcək.
Qeyd edək ki, İordaniyada gündə iki dəfə məşq edən millimiz fevralın 25-də yerli yığma komanda ilə yoldaşlıq oyununda qarşılaşaraq 2:0 hesabı ilə qalib gəlib.
Bildirək ki, zədə üzündən millinin təmil-məşqinə qatılmayan Vaqif Cavadovun bu gün Lüksemburqda komandaya qoşulacağı xəbər verilir. Həmçinin "Anji"də çıxış edən Mahir Şükürov da milliyə qoşulacaq.
Digər bir xəbərə görə, Rahid Əmirquliyev, Amit Quluzadə və Səlahət Ağayevi millinin heyətindən ayrılırlar. Onlar 21 yaşlılardan yığma komandanın Avropa çempionatının seçmə mərhələsi çərçivəsində martın 2-də Şotlandiya ilə qarşılaşmada iştirak edəcəklər.